NKPI

NKPİ-nin ELMİ ŞURASI

İnstitutun Elmi Şurası aparıcı alimlərdən və həmçinin institutun ictimai təşkilatlarının nümayəndələrindən təşkil olunan və direktorun yanında fəaliyyət göstərən məsləhətçi orqandır. Onun tərkibinə institutda işləməyən aparıcı alim və mütəxəssislər də dəvət oluna bilərlər.

Elmi Şuranın fərdi tərkibi İnstitut direktorunun və KEB –in təqdimatı əsasında Rəyasət Heyəti tərəfindən təsdiq olunur.

Elmi Şuranın tərkibi İnstitut direktorunun və Azərbaycan MEA KEB bürosunun təqdimatı əsasında Azərbaycan MEA-nın RH tərəfindən dəyişdirilə bilər.

NKPİ-nin Elmi Şurası direktor tərəfindən müəyyənləşdirilən müddətlərdə toplanılır. Elmi Şuranın sədri İnstitutun direktorudur, o olmadıqda isə institutun elmi işlər üzrə direktor müavini Elmi Şuranı aparmaq səlahiyyətinə malikdir.

Elmi Şura aşağıdakı məsələləri nəzərdən keçirir və müzakirə edir:

— institutun elmi fəaliyyətinin əsas istiqamətləri;

— elmi tədqiqat və təcrübə işlərinin planları, elmi kadrların hazırlanması, elmi əsərlərin çap edilməsi, yığıncaq və konfransların keçirilməsi üçün layihələr;

— maliyyə və elmi-texniki təminat, beynəlxalq elmi əlaqələr və digər nəzərdə tutulan işlər üzrə planlar;

— direktorun, institut struktur bölmələrinin rəhbərlərinin və digər elmi işçilərin vacib elmi təşkilati fəaliyyəti barəsində hesabatları;

— institut strukuturunun dəyişdirilməsi ilə əlaqədar məsələlər;

— vacib elmi problemlər, elmi məruzələr və institutun ən başlıca elmi işlərinin nəticələrinə qiymət verilməsi;

— digər elmi təşkilatlarla koordinasiya və birgə əməkdaşlıq məsələləri;

— səmərəli beynəlxalq əməkdaşlıq məsələləri, beynəlxalq elmi təşkilatlarla birgə aparılan elmi tədqiqatların gedişatı, həmçinin institut işçilərinin xaricə ezamiyyəti barəsində hesabatlarının dinlənilməsi;

— elmi kadrların hazırlanması və onların səviyyələrinin yüksəldilməsi ilə əlaqədar məsələlər, aspirantların və dissertantların namizədlik dissertasiyaları mövzularının təsdiq olunması;

— görkəmli elmi əsərlərin, elmi kəşflərin və ixtiraların Azərbaycan Dövlət Mükafatına, həmçinin Azərbaycan MEA –nın görkəmli alimlərin adını daşıyan medal və mükafatlarına layiq görülmələri üçün təqdimatların verilməsi;

— Azərbaycan MEA –nın üzvlüyü və müxbir üzvlüyünə namizədlərin irəli sürülməsi;

— Mövcud qayda əsasında Azərbaycan Ali Attestasiya Komissiyasına professor və ixtisas üzrə dosent adlarının verilməsi barəsində təqdimatların göndərilməsi;

— Mövcud qanunvericiliyə müvafiq olaraq laboratoriya müdirlərinin yeni müddətə seçilməsi;

— Institutun elmi əsərlərinin çap olunması üzrə təkliflərin verilməsi;

— Institutun nizamnaməsi ilə nəzərdə tutulan digər məsələlərin nəzərdən keçirilməsi

Direktor və İnstitutun Elmi Şurası arasında fikir ayrılıqları Azərbaycan MEA-nın Kimya Elmləri Bölməsinin bürosu tərəfindən nəzərdən keçirilir. İnstitutun elmi Şurası əgər onun iclaslarında siyahı üzrə tərkibinin 2/3 hissəsindən az olmayan üzvləri iştirak edərsə, səlahiyyətə malikdir.

Elmi Şuranın qərarı, əgər ona iştirak edən Elmi Şura üzvlərinin 50%-dən az olmayan hissəsi səs vermişsə, qəbul edilmiş sayılır.

Əgər Elmi Şura gizli səsvermə keçirmək barədə qərar qəbul etməzsə, qərar açıq səsvermə yolu ilə qəbul edilir.

Boş olan elmi-tədqiqat laboratoriyalarının rəhbərləri yerinə baş, aparıcı və böyük elmi işçilıərin, həmçinin elmi işçiləri yenidən həmin vəzifələrə seçmək üçün müsabiqə məsələləri ilə əlaqədar qərarlar mövcud olan qaydalara müvafiq olaraq qəbul edilir.

Elmi Şuranın elmi adların verilməsi barəsində qərarları, boş yerlərə müsabiqə və yeni müddətə elmi işçilərin seçilməsi barəsində qərarları Azərbaycan MEA tərəfindən bu məsələlər üçün müəyyənləşdirilmiş qaydada qüvvəyə minir.

AMEA NKPİ-nin Elmi Şurası üzvlərinin siyahısı

Sıra №-si
Soyadı, adı, atasının adı
Elmi dərəcə
Vəzifə
1.
Vaqif Abbasov
akademik
Baş direktor
2.
Nizami Mürsəlov
t.e.d.
İcraçı direktor
3.
 
   
4.
Təranə Məmmədova
t.e.d.
Şöbə müdiri
5.
Səfa Abasov
k.e.d.
11 saylı lab. müdiri
6.
Elmar Abdullayev
t.e.d.
Baş mühəndis
7.
Nərminə Abdullayeva
t.ü.f.d.
Gənc Alim.Şura.sədri
8.
Zaur Ağamalıyev
t.ü.f.d.
Şöbə müdiri
9.
Rəna Cəfərova
k.e.d.
Şöbə müdiri
10.
 Lalə Əfəndiyeva
k.e.d.
6 saylı lab. müdiri
11.
 Gülnarə Əhmədova
k.e.d.
8 saylı lab. müdiri
12.
Hafiz  Əlimərdanov
AMEA-nın müxbir üzvü
7 saylı lab. müdiri
13.
 Fatma Əliyeva
k.e.d.
27 saylı lab.müd. müavini
14.
 Leylufər Əliyeva
t.e.d.
Şöbə müdiri
15.
 Reyhan Əliyeva
k.e.d.
30 saylı lab. müdiri
16.
Səyyarə Əliyeva
t.e.d.
19 saylı lab. müdiri
17.
Mənzər Əmiraslanova
k.e.d.
26 saylı lab. müdiri
18.
 Səadət Əsgər-zadə
t.e.d.
5 saylı lab. müdiri
19.
Arif Həsənov
k.e.d.
25 saylı lab. müdiri
20.
Elgün Həsənov
k.ü.f.d.
12 saylı lab. müdiri
21.
Minavər İbrahimova
k.e.d.
Şöbə müdiri
22.
Teyyub İsmayılov
k.ü.f.d.
28 saylı lab. müdiri
23.
 
 
10 saylı lab. müdiri
24.
Elmira Qasımzadə
k.ü.f.d.
Qrup rəhbəri
25.
Akif Quliyev
k.ü.f.d.
23 saylı lab. müdiri
26.
Eldar Məmmədbəyli
k.e.d.
31 saylı lab. müdiri
27.
Cəlal Məmmədov
a.e.d.
17 saylı lab. müdiri
28.
Zaira Qasımova
t.ü.f.d.
21 saylı lab. müdiri
29.
Fizuli Nəsirov
k.e.d.
15 saylı lab. müdiri
30.
Bəhruz Paşayev
 
Həmk. kom. sədri
31.
Çingiz Rəsulov
k.e.d.
22 saylı lab. müdiri
32.
Nigar Rzayeva
k.ü.f.d
Şöbə müdiri v.i.e.
33.
Ülviyyə Yolçuyeva
k.ü.f.d.
2 saylı lab. müdiri
34.
Sahib Yunusov
t.ü.f.d.
18 saylı lab. müdiri
35.
Yusif Yusifov
k.ü.f.d.
1 saylı lab. müdiri
36.
Yeganə Ağazadə
k.e.d.
28 saylı lab a.e.i.