NKPI

Maraqlı Məlumatlar

Petti Vudun müsahibənin uğurlu olması üçün məsləhətləri - 11

Düzgün nəfəsalma sakitlik və əminlik yaradır

Sizin əhvali – ruhiyyəniz pisləşdikdə və əsəbləşdiyiniz zaman sizin nəfəsalmanız dəyişir. Elə indi hesablayın ki, bir dəqiqədə nəçə dəfə nəfəs alırsınız və nəfəs verirsiniz. Ola bilsin siz hiss edəcəksiniz ki, hətta sakit vəziyyətdə də sizin nəfəsalma tezliyiniz orta tezlikdən (12 – 14 nəfəsalma/dəqiqə) çox olur, yeri gəlmişkən hətta bu tempi də həkimlər olduqca sürətli hesab edirlər. Müəyyən edilmişdir ki, bizim əksəriyyətimiz özümüz də hiss etmədən ağ ciyərlərin giperventilyasiyası vərdişə çevrilir, başqa sözlə sinənin yuxarı hissəsini istifadə edərək sürətli dərin olmayan nəfəs alırıq. Belə nəfəsalma qanda karbon qazının səviyyəsini kəskin azaldır. Karbonat turşusunun azalması arteriyanın, o cümlədən beyinə gedən yuxu arteriyasının daralmasına səbəb olur ki, bədəndən keçən qanın həcmini azaldır. Bu baş verdikdə, beyin və bədən sizin neçə dəfə nəfəs almağınızdan asılı olmayaraq oksigen çatışmazlığı hiss etməyə başlayır. Oksigen çatışmazlığı simpatik əsəb sistemini aktivləşdirir. Simpatik əsəb sistemi “donub qalmaq, qaçmaq, mübarizə aparmaq və ya huşunu itirmək” reaksiyalarına cavabdehdir. Bizim ibtidai əcdadlarımıza bu reaksiyalar gizlənməyə imkan verirdilər ki, vəhşi heyvanlardan gizlənsinlər və ya onlardan qaçsınlar, ehtiyac olduqda onlarla mübarizə aparsınlar. Lakin bizim günlərimizdə bu reaksiyalar bizi gərgin, narahat və qıcıqlanma vəziyyətinə gətirir.

Sürətli səthi nəfəsalma aydın düşünmə qabiliyyətini azldır. İşə qəbul üçün söhbət zamanı bu, sizə suallara tez və qısa cavab verməyə mane ola bilər. Dərin nəfəsalma aydın düşüncəni, enerjililiyi və əminliyi hiss etməyə kömək edir. Deafraqmanı, qarını, döş qəfəsini və beli istifadə edərək ləng nəfəs almağı öyrənin.

Dərhal məşqə başlayın. Dörd sayana qədər nəfəsalın, iki sayana qədər nəfəsalmanı ləngidin, sonar bərk səslə bütün havanı buraxın. Dörd dəfə təkrar edin.

 

2021-05-16   32253