NKPI

Elmi-texniki əlaqələr

TƏHSİL MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR

Bakı Ali Neft Məktəbi,

Gəncə Dövlət Universiteti,

Sumqayıt Dövlət Universiteti,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Moskva Dövlət Universitetinin Bakı filialı

ilə sıx əlaqələr mövcuddur.

 

İnstitutun alimləri uzun illər ərzində keçmiş SSRİ-nin kimya profilli institutları; Bolqa­rıstanın neftemalı zavodu, Burqass şəhəri; ABŞ-nın Emory Universiteti, “Fenomeneks” şirkəti; “Shell”, “Mobil” şirkətlərinin neft emalı zavodları, Fransa, İngiltərə; Çexoslovakiya; İran İslam Respublikasının Azad İslam Universiteti; Taylandın Elmlər Akademiyasının Kimya İnstitutu; Türkiyənin “TÜBİTAK” şirkəti, Egey Universiteti, “İşıqsan-kimya” Firması; Səudiyyə Ərəbistanın “SABIC” şirkəti, Kral Əbdül Əziz adına Elmi-Texniki Mərkəzi; Misir Ərəb Respublikası; Gürcüs­tanın Fiziki və Üzvi Kimya İnstitutu, Tbilisi Dövlət Universiteti; Qazaxıstanın Üzvi Kataliz və Elektrokimya İnstitutu və digər ölkələrin elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələr saxlayırlar. Institutun 6 gənc əməkdaşı 1 il müddətində Almaniyanın  Berlin, Rostok və Münhen şəhərlərində iş təcrübəsi toplayıblar.

İnstitut ənənəvi olaraq, bir çox xarici ölkələr üçün, o cümlədən Asiya, Afrika, Latın Ame­rikası ölkələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayır.

İnstitut bir sıra beynəlxalq forumların təşkilatçısı olub və hal-hazırda da təşkilatçısıdır, o cümlədən:

  • Sosialist Ölkələrinin I Neft Kimyası Simpoziumu (1978)
  • Ümumi və Tətbiqi Kimya Üzrə  XII Mendeleyev Qurultayı  (1981)
  • Metalkompleks katalizi üzrə Respublika Konfransı (1990)
  • Katalitik krekinq üzrə I və II Elmi - texniki Müşavirə (1991-1992)
  • Neft-kimyası üzrə I-VIII Bakı Beynəlxalq Məmmədəliyev Konfransları (1994, 1996, 1998, 2000, 2002, 2005, 2009, 2012)
  • “Kimya elminin və texnologiyalarının üstün istiqamətləri” mövzusunda Seminar Müşavirə (2001)
  • “Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda Azərbaycan-Rusiya Beynəlxalq Simpoziumu (2010, 2013)
  • “Azərbaycanın neftçıxarma, neft emalı və neft kimyası sənayelərinin aktual problemləri”(2011) mövzusunda Azərbaycanın gənc alimlərinin respublika elmi konfransı
  • “I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” (Qafqaz Universiteti, 2013)
  • Akademik  S.C. Mehdiyevin 100 İlik Yubileyinə Həsr Olunmuş Respublika Elmi Praktiki Konfrans. (2014)