NKPI

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub

Çox hörmətli əzizlərimiz!

Sizin müqəddəs şəhərimiz Şuşada uzun illərdən sonra təşkil etdiyiniz “Xarı bülbül” festivalı məni riqqətə gətirdi. Özümü dünyanın ən xoşbəxti hiss etdim. Festivalın açılışında çox hörmətli Prezidentimizin həmişəki kimi gözəl çıxışı, verdiyi mesajlar hamımızın ürəyindən oldu. Açılış günü ölkəmizdə yaşayan millətlərin folklor nümunələrinin təqdimatı ölkəmizdə multikultural dəyərlərin nə qədər yüksək olduğunun nümayişi idi. Hər zaman olduğu kimi Heydər Əliyev Fondu bu festivalı da yüksək səviyyədə, bənzərsiz təşkil edib.

Şuşada yenidən muğamlarımızın, xalq mahnılarımızın, saz havalarının səslənməsi qürurumuzu hüdudsuz edib.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi hər bir azərbaycanlının sevincinə səbəb olub.

Siz BÖYÜK QƏLƏBƏNİN memarı olduğunuz üçün ən böyük alqışa, hörmətə və ehtirama layiqsiniz.

Ramazan bayramında Şuşamızdan ucalan dualar xalqa ən böyük həddiyəniz oldu. Bu hədiyyə haqqı ödənilən deyil.

Siz xalqımızın şərəf tarixinə bənzəri olmayan səhifələr yazdınız. Vətən tamlığına qovuşdu. Düşmənin başı əzildi, beli qırıldı. Düşmən tarixinin ən faciəli məğlubiyyətini yaşadı. Dövlət-xalq birliyi, ordumuzun rəşadəti, dostlarımızın siyasi və mənəvi dəstəyi sayəsində böyük zəfər əldə olundu. Siz hər ikiniz bu böyük zəfərin qəhrəman təşkilatçılarısınız.

Otuz ildən sonra ölkəmizə qələbə sevincli bahar gəldi. Bu bahar bənzərsiz, daha gözəl bahardır. Bu baharın bənzərsizliyi Sizə bağlıdır.

Çox hörmətli əzizlərimiz!

Sizlərə sevgimizin hüdudsuzluğuna əmin ola bilərsiniz.

Bayramınız mübarək olsun!

Allah Sizi, ailənizi qorusun!

Xalqın Sizə alqış dolu duaları hər zaman Sizinlə olsun!

Dahi və müdrik Heydər Əliyevin ruhu şad olsun! Onun ən böyük vəsiyyətini tamlıqla yerinə yetirdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

 

 
 
 
 
Sizə sevgisi və ehtiramı sonsuz olan,
hər zaman sadiq silahdaşınız,
akademik Vaqif Məhərrəm oğlu Abbasov

2021-05-13   574