NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya şurasının pandemeya dövründə ilk onlayn iclası keçirilib

5 may tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya şurasının pandemeya dövründə ilk onlayn iki iclası keçirilib.

İclası ED 1.16 Dissertasiya şurasının sədri, akademik Vaqif Fərzəliyev açaraq Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib və xüsusi olaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiya müdafiələrinin onlayn keçirilməsi qaydalarına uyğun olaraq təşkil olunması təqdirə layiqdir. Sonra söz iddiaçılara verilib.

Birinci iclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Samir Təyyar oğlu Şahmuradovun “2314.01 – Neft kimyası” ixtisasında “Tsikloalkilxlorfenolların aminometil törəmələrinin sintezi və tətbiq sahələrinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. (Elmi rəhbər kimya elmlər doktoru, professor Çingiz Rəsulov).

İkinci iclasda isə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Lalə Rafiq qızı Mahmudovanın “2314.01 – Neft kimyası” ixtisasında “Heterogen katalizatorların iştirakı ilə bitki yağlarından biodizelin alınması və onun əsasında dizel yanacaq kompozisiyalarının hazırlanması və tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. (Elmi rəhbər kimya elmlər doktoru, professor Mirzə Mövsümzadə).

Qeyd edək ki, 24 şura üzvündən 23 nəfəri iclasda iştirak edib və hər iki iddiaçı yekdilliklə müsbət səs alaraq uğurla müdafiəni keçiriblər.

 

2021-05-06   985