Tsikloolefinlər laboratoriyası (25 saylı lab.)
Struktur bölmənin rəhbəri: | Həsənov Arif Həsən oğlu |
İşçilərin ümumi sayı: | 8 |
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Gərginləşmiş tsiklodienlərin, tsikloolefinlərin və onların törəmələrinin alınma texnologiyasının işlənməsi və elmi əsaslarının öyrənilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi. |
Struktur bölmənin əsaselmi nəticələri: | Aparılan tədqiqatlar nəticəsində laboratoriyanın əməkdaşları tərəfindən : - bir çox praktiki qiymətli xassələrə malik mono- və bitsiklik monomerlərin alınmasının əlverişli üsulları işlənib hazırlanmışdır; - pirolizin C5 fraksiyasından tsiklopentadienin, bütün məlum proseslərdən öz iqtisadi və ekoloji göstəriciləri ilə fərqlənən çıxarılma prosesi işlənib hazırlanmış və alınmış nəticələrə görə reqlament təqdim olunmuşdur; - stereomüntəzəm polimerlər üçün tsiklopenten və norbornen kimi tsikloolefin monomerlərinin yeni alınma üsulları işlənib hazırlanmışdır; - norbornen əsasında karkas karbohidrogenlərinin alınma mümkünlüyü aşkar edilmişdir; - norbornen sırası karbohidrogenlərin bioloji aktiv O-törəmələrinin alınma üsulları işlənib hazırlanmışdır; - tədqiqatlar üzvi sintezin ən aktual istiqamətlərindən biri olan asimmetrik sintez sahəsinə yönəldilmiş və nəticədə alitsiklik sırası karbohidrogenlərin bioloji aktiv O- və N-törəmələrinin optiki fəal formaları alınmışdır; - aparılan praktiki yönəmli elmi işlərdən biri də mürəkkəb efir tipli sənaye plastifikatoru olan dibutilftalatın analoqunun alınma prosesidir. Prosesin texnologiyası işlənib hazirlanmış və Təcrübə-Sənaye miqyaslı istehsalı təşkil olunmuş, Bakı “Süni gön və Plyonka materialları” zavodunda müvəffəqiyyətlə tətbiq olunmuşdur; - aparılan axırıncı illərin tədqiqatları arasında mühüm xalq təsərrüfatı əhəmiyyətli işlərin biri də 3 Azərbaycan Patentləri ilə təsdiqlənmiş, neft turşularının və bərpa olunan mənbələrdən ayrılmış ali yağ turşularının nano-ölçülü heterogen katalizatorların iştirakı ilə axar sistemdə dekarboksilləşdirilməsi ilə reaktiv yanacaqları üçün yararlı alkan karbohidrogenlərinin, dizel yanacaqları üçün yüksək setan ədədinə malik alkanların və C16-C18 sırası daxili olefinlərin alınmasıdır; - həmçinin tsiklopentadienin ali alifatik spirtlərlə alkilləşdirilməsi ilə sintez olunmuş poli-alkiltsiklopentadienlər əsasında yüksək özlülük xarakteristikalarına malik müasir sintetik sürtkü yağlarının əsası üçün komponent kimi tsiklopentan sırası dialkil və mürəkkəb efir törəmələrinin alınmasıdır. |
Ətraflı
Son Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün
2024-03-27
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri
2024-03-22
Xankəndi, 18 mart, 2024-03-19