NKPI

Polimerləşmə katalizi laboratoriyası (30 saylı lab.)

Struktur bölmənin rəhbəri: Əliyeva Reyhan Vəli qızı
İşçilərin ümumi sayı: 13
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Polimerləşmə və oliqomerləşmə prosesləri üçün yeni homogen, heterogen və ion-maye tipli effektiv katalizatorların alınmasının və tətbiqinin elmi əsaslarının işlənib hazırlanması
Struktur bölmənin əsaselmi nəticələri: “Calanmış ion maye” liqandlı metalüzvi katalitik sistemlərin sadə “in situ” alınma üsulu işlənib hazırlanmış, onların iştirakında müxtəlif göstəricilərə malik poliolefinlər alınmışdır. Yeni sadə inisiator sistemləri iştirakında alınan calaq sopolimerlərin sulfo-törəmələri və onların nanotitan modifikatlarının iştırakında efirləşmə reaksiyalarının baş vermə mexanizmləri araşdırılmışdır. Tərkibində Cu-, Fe-, Al-saxlayan yüksək fiziki-mexaniki göstəricilərə və termooksidləşmə stabilliyinə malik, maqnit və elektrik xassələri ilə xarakterizə olunan polimer nanokompozitlər və faza-keçid materialları işlənib hazırlanmışdır. Pirolizin və katalitik krekinqin C4-fraksiyası əsasında yüksək oktanlı əlavələrin azeotrop qarışıqlardan selektiv ayrılmasına imkan verən, ekoloji və iqtisadi cəhətdən sərfəli, resirkulyasiya olunan ion maye tipli ekstragentlər alınmışdır.