Əsas elmi nəticələr
TƏTBİQ OLUNAN VƏ TƏTBİQƏ HAZIR İŞLƏR
- Yüksək oktanlı aviasiya benzininin istehsalı təşkil olunmuşdur (NEZ, Bakı). – 1942-ci il
- Yüksək oktanlı aviasiya benzininin komponenti olan kumolun alınma prosesi işlənib hazır-lanmışdır (NEZ, Bakı və SSRİ). – 1946-cı il
- İlk dəfə SSRİ-də Bakı neftinin əsasında termostabil aviasiya yanacaqları T-1 (1947) və T-5 (1951) istehsalı təşkil olunmuşdur.
- İlk dəfə SSRİ-də sürtkü yağlarının donma temperaturunu aşağı salan depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ-i). – 1948-ci il
- Termiki krekinq proseslərinin intensivləşdirilməsi və qurğuların modernləşdirilməsi (NEZ, Bakı) həyata keçirilmişdir. – 1948-ci il
- Sürtkü yağları üçün yeni növ depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ). - 1951-ci il
- İlk dəfə SSRİ-də 1B (1953), 1A,1A/1M (1957-1961-ci illər) tipli qurğularda qaynar laylı xırda dispersli katalizatorun iştirakı ilə katalitik krekinq prosesi tətbiq edilmişdir (NEZ, Bakı, Ryazan, Yaroslavl, Ufa, Polşa, Rumıniya).
- İlk dəfə SSRİ-də katalizatorun yarımyüksələn və birbaşa yüksələn axın ilə proqressiv texnoloji sxemləri və reaktor konstruksiyaları işlənib hazırlanmışdır. – 1960-cı il
- Dünyada ilk dəfə olaraq “Azəralüminium” zavodunda alüminium oksidi almaq məqsədi ilə alunitin “qaynar” layda yanması və reduksiyası üçün qurğu yaradılmışdır (Gəncə ş.). - 1966-cı il
- Butadien stirol oliqomeri əsasında örtük əmələ gətirən birləşdirici tərkib alınmışdır (TİZ NKPİ). – 1968-1970- ci illər
- Yüksək cərəyan keçirən naqilli transformatorlar üçün aşağı donma temperaturu olan yağların (1970), K-12, K-19 kompressor (1999-cu il) və AK-15 (2002-ci il), T-46 (2008-ci il) turbin yağının alınması texnologiyaları işlənib hazırlanmışdır (NEZ, Bakı).
- Elektron sənayesi üçün plastifikator – stabilizator (EPST) yaradılmışdır. – 1970- ci il
- Oliqodivinilstirol (ODS) lakı alınmışdır. – 1970-1988-ci illər
- Plastiazan tipli plastifikatorlar alınmışdır. – 1972-cil
- Etilləşməmiş yüksək oktanlı Aİ-93 avtomobil benzininin bilavasitə katalitik krekinq prosesilə alınması (H.Əliyev adına NEZ, Bakı). – 1975-1980-ci illər
- İlk dəfə SSRİ-də dizel yanacağının və az özlülük yağların parafinsizləşdirmə prosesi işlənib hazırlanmışdır (NEZ Bakı, Moskva, Ufa, Novokuybeşev, Sizran, Volqoqrad). – 1976-cı il
- Quruducu agent QA-1 (1976-cı il), oliqo-polimer kompozisiyalar (1977-ci il), səthi-aktiv maddələr (SAM - 1978-ci il), təbii gönlərin və xəzli dərilərin aşılanması üçün yağın istehsalı (məişət kondisionerləri zavodu, Volqodonsk kimya kombinatı) təşkil olunmuşdur.
- Yüksək təmizlik dərəcəsi olan alfa-naftolun alınması prosesi işlənib hazırlanmışdır (TİZ NKPİ). – 1976-1982- ci illər
- Epoksid kompozisiyaları üçün bərkidicilər və ekoloji zərərsiz sənaye dibutil (oktil) ftalat plastifikator - PVX kompozisiyaları alınmışdır. – 1978-1985-ci illər
- İşlənib hazırlanmış “Yüksələn və “yarım yüksələn” axınlı katalizatorları olan reaktor sistemində neft xammalının ikipilləli katalitik krekinq prosesi yaradılmışdır (NEZ, Bakı). – 1980-ci il
- Neftin benzin fraksiyaları və platforminq qaz-kondensatlarından benzolun alınma prosesi işlənib hazırlanmışdır (Sumqayıt neft kimya kombinatı). – 1980-ci il
- Beton qarışıqları üçün “40-03” superplastifikatoru yaradılmışdır (ВНИИЖБ, “Polimod Assosasiya”, “Оргсинтез”, “Новомосква” zavodu, Moskva ş.). – 1980-1990-cı illər
- Yeni sintetik ətirli maddələr, ketonlar (1980-1981-ci illər) və laktonlar (1987-1988-ci illər) işlənib hazırlanmışdır (Effekt-parfyumer-kosmetik fabriki, Xarkov və ВНИИСНДВ Kaluqa).
- Butanın “qaynar” layda dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır (Sumqayıt ş. SK” zavodları və Sterlitamak). – 1980-1981-ci il
- “Arien” adlı neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır – 1984-1986-cı illər.
- Poliolefinlər üçün polifunksional stabilizator STANAZ (nikel, O, O-difenilditiofosfat) alınmışdır. – 1984-1986-cı illər
- Pirokondensatın C8-C9 fraksiyası əsasında neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır (NEZ “Neftqaz”, Bakı və “Slantsı” Leninqrad vilayəti). – 1985-1990-cı illər
- Neft süxurlarına təsir edən yeni ekobiotexnologiya yaradılmışdır (NQÇİ Azərbaycan). – 1984-2011-ci illər
- “ВФИКС – 82” çoxfunksiyalı korroziya və duzçökmə inhibitorı 1983-cü ildə SSRİ Neft Sənayesi Nazirliyinin qərarı ilə tətbiqə qəbul olunub və Təcrübə-Sənaye istehsalı təşkil olunmuş, Rusiya Federasiyasının, Qazaxstanın, Ukraynanın, Azərbaycanın neftçıxarma sənayesində istifadə olunub. 1986-cı ildə bu inhibitorun qış modifikasiyası olan “AZƏRI” inhibitoru yaradılıb. Rusiya Federasiyası onun alınma texnologiyasını lisenziya ilə almış və gücü ildə 20000 ton olan sənaye qurğusu istifadəyə verilib (Başqırdıstanın Meleuz şəhərində). “AZƏRI” inhibitoru 1988-2013-cü illərdə istehsal olunmuş, Rusiya, Ukrayna və Türkmənistanın neft çıxarma sənayesində 26454 ton miqdarında istifadə olunub.
- C4-C5 parafinlərinin dehidrogenləşdirilməsi üçün yeni yüksək effektli katalizator (6A-24) işlənmişdir (“Oргсинтез” İB, Sumqayıt ş.). – 1986-1987-ci illər
- Kəsici və hamarlaşdırıcı alətlər üçün fenolformaldehid qatranı əsasında bərkidici sürtkü hazırlanmışdır (Kamaz İB, Aviasiya zavodu İB (Perm), Vertolyot zavodu (Kazan), Cihazqayırma zavodu (Gəncə ş.), Məişət kondisionerləri zavodu (Bakı)). – 1987-1988-ci illər
- Neftin suxurlardan çıxarılması üçün suda həll olunan polimerlər alınmışdır. – 1987-1992-ci illər
- Kapilyar defektoskopiyası üçün penetrant kimi “ŞIRVANOL” adlı neft lüminoforları işlənib hazırlanmışdır (AТОММАШ Leninqrad ş., ТЯЖМАШ Moskva ş.). – 1988-1990-cı illər
- Qazma prosesində su uducu suxurlar üçün izolyasiya reagenti alınmışdır. – 1987-1992-ci illər
- 1992-ci ildə dünyada analoqu olmayan BEPİKOR dəri aşılayıcı maddə yaradılmış, 1993-cü ildə 24 ton istehsal olunmuş və Türkiyənin “Günder Deri” fabrikində sənaye sınağından keçib, istifadəyə qəbul olunmuşdur.
- Müxtəlif polimer materialları üçün antioksidantlar alınmışdır. – 1987-ci il
- Etilendən xətti α-olefinlərin alınma üsulu (Səudiyyə Ərəbistan, SABİC şirkəti) – 2005-2013-cü illərdə tətbiq olunmuşdur.
- Etilendən yüksək keyfiyyətli sintetik sürtkü yağlarının alınması üçün birmərhələli texnologiya işlənib hazırlanmışdır. – 1989-cu il
- 1,4 tsispolibutadienin alınması üçün katalizatorlar işlənib hazırlanmışdır. – 1989-cu il
- Butan-butilen fraksiyası, təkrar emal benzinlərinin yüngül fraksiyaları və sadə efirlər əsasında yüksək oktanlı əlavələrin istehsal texnologiyası yaradılmışdır. – 1989-cu il
- Keçmiş SSRİ-də yeni nəsl Г-43-107 katalitik krekinq qurğusu yaradılmışdır (ВНИИНП, ГрозНИИ). Keçmiş SSRİ-də bu qurğu Moskva, Mojekyay, Ufa, Pavlodar, Anqarsk, Lisiçansk şəhərlərində və Bakıda yaradılmışdır. Hal-hazırda H.Əliyev adına BNEZ-də bu qurğu fəaliyyət göstərir.
- Krekinq prosesində kokslaşmış katalizatorun regenerasiyası zamanı CO-nun CO2-yə yanması üçün promotorlar yaradılmışdır.
- Piroliz prosesinin C5 fraksiyasından tsiklopenten, tsiklopentadien və norbornenin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 1991-ci il
- Parafinsizləşdirmə, selektiv təmizlənmə və asfaltsızlaşdırma proseslərinin tətbiqi ilə M-8, M-8B, M-10Q2 baza yağlarının alınma texnologiyası işlənib hazırlanmışdır (NEZ, Bakı). - 1994-cü il
- Stereomüntəzəm polibutadien kauçuklarının alınması prosesi üçün yeni bifunksional nikel-tərkibli katalitik sistemlər işlənib hazırlanmışdır (Rusiya, SK zavodu) – 1994-1995-ci illər
- 1995-ci ildə dünyada analoqu olmayan “KASPI-X” korroziya inhibitoru yaradılıb və bu inhibitorun təcrübə-sənaye istehsalı təşkil olunub. Hal-hazırda H.Əliyev adına BNEZ-də tətbiqə başlanılıb.
- Hidravlik mayenin baza məhsulunun alınması üsulu işlənib hazırlanmışdır (TSZ NKPİ) – 1996-1997-ci illər
- 1997-ci ildə “PARKORIN-1” parafinçökmə inhibitoru yaradılıb və Azərbaycanın neft sənayesində sənaye sınağından keçirilərək tətbiq olunmuşdur.
- Azərbaycanda yanacaq və yağ istehsalının mərhələli inkişafının perspektiv kompleks sxemləri işlənib hazırlanmışdır. (H.Əliyev adına Bakı NEZ – 1997-ci il, “Azərneftyağ” NEZ – 1998-ci il)
- Asfaltbeton qarışığı alınmışdır. – 1998-ci il
- 1998-ci ildə “XƏZƏR” deemulqatoru yaradılmış və həmin ildən H.Əliyev adına BNEZ-də istifadə olunur.
- 1998-ci ildə “BAKI” ərp həlledicisi işlənib hazırlanmış və ölkənin NEZ-də istifadəsinə başlanmışdır.
- 2000-ci ildə “KASPI” korroziya inhibitorunun təcrübə-sənaye istehsalı təşkil olunmuş və H.Əliyev adına BNEZ-də istifadəsinə başlanmışdır.
- 2000-ci ildə yanğınsöndürmə üçün həm şirin suda, həm də dəniz suyunda davamlı köpük yaradan köpükəmələgətirici (NKPİ-34-2) işlənib hazırlanmış və tətbiqə qəbul olunmuşdur.
- Yüksək özlülük indeksli yarımsintetik yağların istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2000-2005-ci illər
- Benzolun, etilbenzolun, neft-polimer qatranlarının, naftalinin və s. alınmasını təmin edən pirolizin maye məhsullarının kompleks emalı prosesi üçün metallik alüminium və alkilhalogenlərin əsasında katalitik komplekslərin yeni yüksək effektivli modifikasiyası işlənib hazırlanmışdır. (“Azərkimya”, Sumqayıt ş.). – 2001-2002-ci illər
- Yeni katalitik kompleksin iştirakı ilə pirolizin maye məhsullarının kompleks emal sxemi işlənib hazırlanmışdır (“Sintez kauçuk” və SAM zavodu, Sumqayıt ş.). – 2002-ci il
- Neftyığıcı və neft dispersləşdirici kompozisiya işlənib hazırlanmışdır. – 2002-ci il
- Hidrotəmizləmə prosesinin tətbiqi ilə (Avro-2) dizel yanacağı alınmasının yeni texnologiyası işlənib hazırlanmışdır (H.Əliyev adına Bakı NEZ). – 2004-cü il
- Sudan, duzdan, texniki qarışıqlardan neftin alternativ texnologiya ilə təmizlənməsinin işlənməsi və tətbiqi (“Azərneftyağ” NEZ). - 2004-2005-ci illər (Sənaye sınağı üçün təklif hazırlanmışdır)
- İ-8А, i-12А, i-30А və i-40А. i-20В, i-30В sənaye yağlarının alınma texnologiyası (“Azərneftyağ” NEZ). – 2001-2013-cü illər
- Ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün DT markalı yanacağın alınması (“Azərneftyağ” NEZ). - 2007-2013-cü illər
- “Neft daşları” və “Günəşli” yataqlarındakı neft qarışıqlarından baza M-12 mühərrik yağının istehsal texnologiyası (“Azərneftyağ” NEZ). - 2008-ci il
- 2011-ci ildə “XƏZƏR” (VFİKS-82) inhibitor-bakterisidi yaradılmış və ARDNŞ-nin neft mədənlərində laya su vurma sistemlərində istifadə olunmuşdur.
- 2009-cu ildə “KASPI-X” (M) korroziya inhibitoru yaradılmış və H.Əliyev adına BNEZ-də kimyəvi təmizlənmiş su nəqli sistemlərini korroziyadan müdafiə üçün istifadəyə qəbul olunmuşdur.
- 2012-2013-cü illərdə katalitik krekinq prosesində alınan yüngül qazoyl fleqması əsasında quru superplastifikator (beton qarışığına kimyəvi qatqı) alınmış və Təcrübə-sənaye Zavodunda, yenidən rekonstruksiya olunmuş qurğuda sınaq nümunələri alınmışdır.
- Tərkibində benzolu az olan ekoloji əlverişli yüksək oktanlı avtomobil benzinin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2009-2011-ci illər
- Bioetanol və pirolizin C4 fraksiyası əsasında etil üçlü butil efirinin yeni istehsal texnologiyası işlənib hazırlanmışdır (“Tural -110 Azərbaycan”). – 2011-2012-ci illər
- “NEFRAS” – neft həllediciləri alınmışdır (“Aşqarlar ASC” Sumqayıt ş.). – 2002-2012 –ci illər
- Pestisid-2-morfolilmetil-4-metilfenolun kompleks duzu - 2013-cü il (Təcrübə-Sənaye Zavodunda sınaq nümunələri alınıb, hazırda pestisidin geniş çöl sınaqları aparılır).
- Bioloji parçalanmaya qabil bitkilər üçün yeni ekoloji əlverişli boy maddəsi - 2011-2013-cü illər ərzində sınaqdan keçirilmiş və tətbiq üçün tövsiyə olunmuşdur.
- Vitsinal dikarbon turşularının mürəkkəb efirlərinin alınması texnologiyası 1990-2013-cü il-lərdə Rusiyada sınaqlardan keçirilmiş və təcrübə-sənaye qurğusu tikilmişdir. Vertalyot yağının, plastik sürtküsünün və saat yağının sınaq nümunələri alınmışdır
- Biodizel yanacağının kavitasiya üsulu ilə alınmasının yeni texnologiyası işlənilib hazırlanmış, 2012-2013-cü illərdə kavitasiya prinsipli pilot qurğusu quraşdırılmış, sınaq nümunəsi alınmışdır.
- Yanğınsöndürmə üçün bütün təbii sularda, o cümlədən dəniz suyunda işləyə bilən “NAFTAPEN” köpükəmələgətiricisi yaradılmış, Respublika Fövqaladə Hallar Nazirliyinin poliqonunda sənaye sınağından keçirərək tətbiq üçün tövsiyə olunmuşdur.
- 2013-cü ildən yeni daha səmərəli azot və fosfor tərkibli kübrə yaradılmış, təcrübə sənaye nümunəsi alınmışdır. 2013-2014-cü illərdə müxtəlif bitkilərin əkildiyi sahələrdə uğurlu nəticələrlə sınaqdan keçirilmişdir.
- 2014-cü ildə 2-morfolilmetilenil-5-metilfenolun kompleks duzu alınmış və üzümçülükdə oidium xəstəliyinə qarşı preparat kimi ET Üzümçülük və Şərabçılıq İnstitutunun üzüm sahələrində ilkin və geniş çöl sınaqlarının aparılması üçün təqdim edilmişdir.
- 2014-cü ildə AMQ-10 hidravlik mayesinin alınmasının texnoloji sxemi verilmiş və prosesin texnoloji reqlamenti hazırlanmışdır.
- 2014-cü ildə neft distilatlarından naften turşusunun üzvi absorbentlə çıxarılma texnologiyası işlənib hazırlanmış və pilot qurğusunda sınaqları uğurla başa çatmışdır.
- Müalicəvi Naftalan neftinin yeni təmizlənmə üsulu ilə “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib hazırlanıb, AMEA-nın Təcrübə-Sənaye zavodunda təcrübə-sənaye sınaqlarından keçib. “AĞ NAFTALAN YAĞI” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçib (DV № 14- 01172) və dərman preparatı kimi istifadəsinə icazə verilib.
Ətraflı
Son Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün
2024-03-27
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri
2024-03-22
Xankəndi, 18 mart, 2024-03-19