NKPI

Əsas elmi istiqamətlər

İNSTİTUTUN FƏALİYYƏTİNİN ƏSAS ELMİ İSTİQAMƏTLƏRİ

  • Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması
  • Neft-qaz emalı və neft kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması
  • Neft kimya sintezi, kataliz, üzvi və fiziki kimya, YMB kimyası sahəsində fundamental təd­qiqatların aparılması
  • Polifunksional korroziya inhibitorları və müxtəlif kimyəvi reagentlərin yaradılması.
  • Azərbaycanın neft emalı və neft kimyası komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması
  • Alternativ enerji mənbəyi – bioyanacağın alınma texnologiyası
  • Nanomateriallar və nanotexnologiyalar
  • “İstilik effekti” yaradan qaz tullantılarından istifadənin metod və texnologiyalarının işlənib hazırlanması
  • Neft kimyası və neft emalının ekoloji problemləri
  • Neft kimya sənayesi üçün alternativ xammal mənbələri yaradılması sahəsində tədqiqatlar
  • Neft və yağ fraksiyalarının təmizlənməsi proseslərində ifratkritik flüidlərin istifadəsi
  • Neft kimya prosesləri üçün ion-maye texnologiyalarının və katalizatorlarının işlənib hazır­lanması

İNSTİTUTUN YENİ ELMİ İSTİQAMƏTLƏRİ

  • Perspektiv və alternativ yanacaq və yanacaq komponentlərinin alınması, o cümlədən bioloji xammal əsasında
  • Dərin heterogen-katalitik hidrogenləşmənin yeni prosesləri
  • İfratkritik ekstraksiya üsulu ilə neftin və onun ağır qalıqlarının asfalten-qatran birləşmələ­rindən və mikroelementlərdən təmizlənməsi
  • Neft kimyası və neft emalı prosesləri üçün ekoloji təmiz ion-maye texnologiyaları
  • Hidrogen xammalının alınmasının alternativ texnologiyalarının işlənməs
  • Yeni funksional monomerlər, makromonomerlər və oliqomerlər
  • Alkilləşmə, oliqomerləşmə, oksidləşmə və s. proseslərdə olefin mənşəli xammalın alkan-larla əvəz olunması
  • Karbohidrogenlərin müxtəlif oksigentərkibli törəmələrinə birpilləli selektiv katalitik oksid­ləşməsi
  • Çoxtonnajlı monomerlərin alınması üçün yeni katalizatorlar və alternativ texnologiyala
  • Neft emalı və neft kimyası prosesləri üçün nanotexnologiyadan və başqa proqressiv üsul­lardan istifadə etməklə, yeni yüksək effektli katalizatorların işlənib hazırlanması
  • Bərpa olunan xammal mənbələri əsasında neft kimyası məhsullarının alınmasının ekoloji münasib üsul və texnologiyaları
  • Alternativ karbontərkibli üzvi və qeyri-üzvi mənbələrdən istifadə etməklə karbohidrogen xammalının alınma texnologiyaları
  • Fülleren və fülleren tərkibli sistemlərin oksidləşmə prosesləri üçün aktivator və inhibitor kimi istifadəsi
  • Yeni effektiv polifunksional korroziya inhibitorlarının və onların əsasında kompozisiyaların alınması
  • Neftçıxarmada və neft emalında tətbiq olunan yeni effektiv kimyəvi reagentlərin (korroziya və duzçökməyə qarşı polifunksional bakterisid-inhibitorlar, ərp əleyhinə vasitələr, deemul­qatorlar və s.) yaradılması
  • Yüksək effektivliyə malik konservasiya mayelərinin və sürtkü materiallarının yaradılması.
  • Neft emalı və neft kimyası proseslərinə nanotexnologiyaların, nanomaterialların və nanoka­talizin tətbiqi
  • Yaxşılaşdırılmış istismar xarakteristikalarına malik yeni sinif estetik yağlar
  • Oliqomer və polimer məhsullarının selektiv istehsalı üçün yeni yüksək effektli katalizatorlar və proseslər
  • Neft kimyası məhsulları əsasında selektiv assimmetrik sintezin yeni üsulları və prosesləri
  • Funksional əvəzolunmuş vinil monomerlərinin nəzarət olunan radikal polimerləşməsi
  • Butadienin qazfazalı polimerləşməsi və onun üçün katalizatorlar
  • Nanokarbonun və nanometalpolimer kompozitlərinin yeni hazırlanma üsulları
  • Ağır neft qalıqlarının emalı üçün yeni yüksəkdispersli katalizatorlar

 

YENİ ELMİ İSTİQAMƏTLƏRİN ƏSASI OLAN FUNDAMENTAL İŞLƏR VƏ TƏDQIQATLAR

  • Alkilləşmə prosesinin və katalizatorun “qaynar” layı texnologiyasının tətbiqi ilə təbii qazın neft kimya sintezinə cəlb edilməsi üzrə akademik Y.H.Məmmədəliyevin fundamental tədqiqatları.
  • Katalizatorun “qaynar” layında etilenin xlorlaşdırılması ilə vinilxloridin alınma texnologiya-sının elmi əsaslarının işlənib hazırlanması.
  • Kiçikdispersli katalizatorların istifadəsi ilə heterogen kontakt-katalitik proseslərin və müxtəlif texnoloji sistemlərin effektivliyinin qiymətləndirilməsinin nəzəri əsasları.
  • Oksigenin seksiyalarla verilmə reaktorlarında olefinlərin və C4-C5 parafinlərin müvafiq dien karbohidrogenlərinə  oksidləşdirici dehidrogenləşdirilməsi.
  • Aromatik karbohidrogenlərin oksidləşdirici ammonolizinin elmi əsasları və texnologiyası.
  • Azərbaycanın  unikal neftlərinin tədqiqi və emal texnologiyalarının işlənib hazırlanması.
  • Azərbaycan neftlərinin fiziki-kimyəvi göstəricilərinə dair informasiya bazasının yaradılması və  yanacaqların, yağların neftin ikinci dərəcəli emal prosesləri üçün xammalların alınması məqsədilə neft emalının elmi əsaslarının işlənib hazırlanması.
  • Hərbi texnikanın tələblərinə cavab verən sintetik efir əsaslı sürtkü yağlarının yeni növlərinin elmi əsaslarının işlənməsi.
  • Bir sıra məhsulların kiçik tonnajlı məhsulların (neft hasili üçün reagentlərin, yeni ətirli maddələrin, sterik mürəkkəbləşdirilmiş fenolların, optiki və səthi-aktiv maddələrin, yağlar üçün aşqarların, polimer materiallara və yanacaqlara əlavələrin, konservasiya mayelərinin, deemulqatorların və.s.) hazırlanma üsulları və onların elmi əsasları:
  • Yeni reaksiya qabiliyyətli oliqomerlər, neft-polimer qatranları, yeni modifikasiya edilmiş fenol­formaldehid qatranları və onların əsasında yaradılmış kompozisiyalar, xətti və tsiklik oliqo­merlər və dien birgə oliqomerləri.
  • Açıq rəngli neft məhsullarının izopropil spirtində karbamid məhlulu vasitəsilə deparafinləş-dirilməsi prosesinin texnologiyası və onun elmi əsasları.
  • Aşağı temperaturlu destruktiv çevrilmələrin, zənginləşdirmənin, həmçinin neft karbohidro-genlərinin katalitik krekinq prosesinin neft kimya variantının elmi əsasları.
  • Anomal yüksək miqdarlarda H2S və CO2 saxlayan mühitlər üçün polifunksional korroziya inhi­bitorlarının hazırlanması və sintezinin elmi əsasları.
  • Neft yağlarındakı aromatik karbohidrogenlərin etilen və onun oliqomerləri ilə katalitik modi­fikasiyasının elmi əsasları.
  • Metalkompleks və metalüzvi kataliz prosesləri üçün keçid metalların yeni komplekslərinin, o cümlədən, yekun məhsulların stabilləşdirməsi ilə dien karbohidrogenlərinin poli­merləşdirilməsi üçün unikal bifunksional stabilizator-katalizatorların işlənib hazırlanması.
  • Metallinium-ion mexanizmləri, oliqomerləşmə və polimerləşmə proseslərinin polifunksional metalkompleks katalizi.
  • Neft lüminoforları və günəş enerjisi akkumulyatorları.
  • Parafin və yağların alınması üçün bir həlledicinin iştirakı ilə distillə yağ fraksiyalarının selektiv təmizlənməsi, və deparafinləşdirmə proseslərinin birgə texnologiyası və onun elmi əsasları.
  • CO2-nin kritik parametrlərdə istifadəsilə neftlərin və neft qalıqlarının deasfaltlaşdırılması və de­metallaşdırmasının yeni ekspress-metodu və prosesin texnologiyasının elmi əsasları.
  • Metanın dehidrogenləşdirilməsi, izomerləşdirilməsi, tsikloheksamerləşdirilməsi prosesləri, ben­zolun propanla alkilləşdirilməsi, karbohidrogenlərin və onların oksigentərkibli törəmələri-nin fotokimyəvi aktivləşdirilməsi prosesləri üçün yeni polifunksional katalizatorlar.
  • Oksidləşdirici kimi CO2-dən istifadə etməklə karbohidrogenlərin yeni katalitik çevrilmə pro­sesləri.
  • Aşağı temperatur və təzyiqdə parofaz metodu ilə həyata keçirilən karbohidrogenlərin hidro­krekinq prosesi üçün metallar ilə (Re, Ni, İr və s.) modifikasiya olunmuş Al2O3 əsaslı bifunk­sional katalizator.
  • Neft karbohidrogenləri bazasında sintetik naften turşularının alınmasının elmi əsasları.
  • Etilenin dar α-olefin fraksiyalarına, sintetik oliqoalkilbenzol yağlarına selektiv oliqomerləşdi-rilməsi və vinilaromatik monomerlərin aşağımolekullu olefinlərlə sodimerləşməsi katalizator-ları, onların modifikatorları və elmi əsasları.
  • CO2 atmosferində suspenziyalaşdırılmış katalizator üzərində mazutun emalı ilə açıq rəngli neft məhsullarının alınmasının yeni texnologiyası.
  • Azərbaycanın neft emal və neft kimya sənayelərinin perspektiv inkişaflarının konsepsiyası.
  • Divinil, izopren, vinilxlorid, tsikloalkilakrilatlar, tsiklopentadien, tsiklopenten, norbornen və s. kimi bir sıra monomerlərin, nef tkimya xammalı bazasında polifunksional makromonomerlərin alınmasının yeni texnologiyalarının elmi əsasları.
  • Funksional əvəzedilmiş fenolların efirlərinin, yağlı-aromatik spirtlərin və qlikolların yönəl­dilmiş sintezi və onların əsasında, bitkiləri və heyvanları zərərvericilərdən və xəstəliklərdən qoruyan, çox təyinatlı yeni effektiv və ekoloji təhlükəsiz bioloji aktiv preparatların yaradılması texnologiyaları və onların elmi əsasları.
  • Pirolizin maye məhsullarının effektiv kompleks emal sxemlərinin müxtəlif variantlarının (ter­miki, inisiator və alüminium tərkibli kompleks katalizatorun iştirakı ilə) elmi əsasları.
  • Vinilaromatik karbohidrogenlərin selektiv hidrovinilləşdirilməsi üçün katalizatorlar və prosesin elmi əsasları.
  • Oliqomerləşdirmə və polimerləşdirmə proseslərinin ion-maye katalizi və neft fraksiyalarının ion-maye təmizlənməsi sahəsində tədqiqatların aparılması.
  • Yeni nefti sıxışdırıb çıxaran, nefti toplayan və nefti dispersləşdirən reagentlərin sintez və tətbi­qinin elmi əsasları.
  • Suyun termokatalitik parçalanması və onun CO2-ilə birgə karbohidrogenlərə və onların törəmə­lərinə çevrilməsi katalizatorlarının və onların elmi əsaslarının işlənib hazırlanması.
  • Fullerenin, fulleren nanoboruların və onların funksionallaşdırılmış törəmələrinin karbohidrogen­lərin oksidləşdirilməsində və inhibitorlaşdırılmasında istifadə edilməsi.
  • Neft kimya proseslərinin katalizində cütləşdirilmiş oksidləşdirici-reduksiya, turşu-əsas və me­talüzvi mexanizmlər haqqında yeni təsəvvürlərin yaradılması.
  • CO2-nin üzvi birləşmələrə cəlb edilməsi üçün katalizatorların yaradılması, xüsusilə alkil- və polialkilkarbonatların alınması və polialkilkarboksilatların sintezi üçün iniferter-katalizatorların alınması.
  • Dien karbohidrogenlərinin polimerləşdirilməsini yalnız kütlədə və həlledici mühitində deyil, həm də qaz fazasında aparılmasına imkan verən yeni heterogenləşdirilmiş katalitik sistemlər.
  • Katalitik krekinq qazlarından benzinlər üçün yüksəkoktanlı komponentlərin alınmasının elmi əsasları.