NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – Hikmət İbrahimov, Sara Məlikli, Zenfira İbrahimova, Rəhim Babalı və Sevinc Ələskərovanın həmmüəllifi olduqları “Ni-γ-Al2O3 katalizatorunun iştirakı ilə təbii qazdan nanokarbonun alınması” adlı məqaləsi Springer dərgisinə daxil olan “Applied Petrochemical Research” jurnalında dərc olunub.

Məqalədə zol-gel metodu ilə nano γ-Al2O3 sintez olunmuş, məsamələrinə hopdurma metodu ilə Ni(NO3)2 yerləşdirilmiş və CVD qurğusunda hidrogen axınında pirolizə uğratmaqla Ni-γ-Al2O3 alınmasınıdan bəhs edilir. Müəlliflər tərəfindən qaz fazada kimyəvi çökdürmə üsulu ilə katalizatorun iştiraki ilə (CVD-də) təbii qazın pirolizindən nanokarbon alınmış, müxtəlif parametrlərin prosesə təsiri tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, misin sabitləşdirici qatqı rolunu oynadığı katalitik sistem Ni-Cu/γ-Al2O3-ün istifadəsinin təbii qazın parçalanması zamanı karbon məhsulunun maksimum məhsuldarlığını artırır. 

2021-03-02   868