NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunda kimya elminin inkişafına töhfə verən görkəmli qadın kimyaçılara həsr olunmuş “Kimya elminin inciləri” mövzusunda tədbir keçirilib

Noyabrın 14-də AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birlikdə orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə  kimya elminin inkişafına töhfə verən və bəşər tarixində silinməz izlər qoyan görkəmli qadın kimyaçıların rolu haqqında “Kimya elminin inciləri” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə institut direktoru, akademik Vaqif Abbasov açaraq tədbir iştirakçılarını salamlayaraq  şagirdlərə Azərbaycanın görkəmli kimyaçı qadınları -  İzzət Orucova, Elmira Süleymanova, Fəzilə Səmədova haqqında məlumat vermiş, onları hazırda  Neft-kimya Prosesləri  İnstitutunda çalışan elmlər doktorları olan qadınlarla tanış etmişdir.

Sonra  Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi Günay Nəsibova “Kimya elminin inciləri” mövzusunda məruzə ilə çıxış edərək Maria Sklodovskaya-Küri, İren Jolio-Küri, Vera Arsenievna Balandina, Margarita Karlovna Vrangel, Mariya Anna Lavuazye və b. kimi məşhur qadın kimyaçıların həyat və yaradıcılıqları barədə  maraqlı təqdimatı uşaqların diqqətinə çatdırdı.  

Təqdimatlardan sonra Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi Şişkalova Yelena Konstantinovna akademik Abbasova institutun 90 illik yubileyi münasibətilə rəsmi  təbrik məktubunu təqdim etdi  və gənc nəslə göstərilən diqqətə görə institutun  kollektivinə ürəkdən təşəkkürünü bildirdi. 

2019-11-15   1163