NKPI

Abdullayev Elmar Şahmar oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikası, Goranboy rayonu
Təvəllüdü (gün, ay, il): 26.01.1947
Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti, kimyaçı
Elmi dərəcəsi: Texnika elmləri doktoru
Elmi rütbəsi: Baş elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 05.17.07-"Yanacaq və qazın kimyəvi texnologiyası"
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 125
Xaricdə çıxmış elmi əsərlərin sayı: 40 məqalə, 15 tezis
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 müəlliflik şəhadətnaməsi və 8 patent
Əsas elmi nailiyyətləri:

Karbamidin iştirakı ilə yüksək təmizliyə malik n-parafinlər və çoxfunksiyalı korroziya inhibitor-bakterisidləri alınmışdır. Yeni sintez edilmiş "VFİKS-82E", "Azəri", "Kaspi", "Kaspi-X", "Parkorin-1", "Bakı" inhibitor bakterisidlərin və yüksək təmizliyə malik n-parafinlərin alınma proseslərinin elmi əsasları öyrənilib və sənayedə istehsal texnologiyası yaradılmışdır. Karbamidin spirtdə məhlulu ilə parafinsizləşdirmə prosesinin yeni modifikasiyasını yaratmaqla ilk dəfə olaraq parafinin tərkibində aromatik karbohidrogenlərin miqdarını 0,01%-ə qədər azaltmağa, çıxımını isə 87%-ə qədər artırmağa imkan yaranmışdır. Eyni zamanda Rusiya Federasiyasında və Azərbaycanda "VFİKS-82E", "Azəri" və "Kaspi-X", "Parkorin-1" korroziya inhibitorlarının təklif olunmuş texnologiya ilə, məhsuldarlığı ildə 20 min ton olan sənaye qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə "Kaspi-X" inhibitorunun 1995-2002-ci illərdə istehsalından 1.400.107.755 manat mənfəət əldə edilmişdir.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 2
Elmlər doktorlarının sayı: -
Əsas elmi əsərlərin adları:
  1. Е.Ш.Абдуллаев. Научные основы и технология процесса депарафинизации нефтепродуктов раствором карбамида в изопропиловом спирте. //Монография, Баку, Изд-полигр. объединение "Азерб. энциклопедия", 2000, с. 234.
  2. А.Г.Исмайлов, Е.Ш.Абдуллаев, А.Ш.Гаджиев, Ф.Н.Новрузов. Комплексообра-зование н-алканов с карбамидом при депарафинизации дизельных дистиллятов. //Химия и технология топлив и масел, 1983, № 6, с.14-16
  3. В.М.Аббасов,Е.Ш.Абдуллаев, А.М.Самедов. Новое поколение химических реагентов. //Азерб. нефтяное хозяйство, 1998, № 4, с.43-45.
  4. Е.Ш.Абдуллаев. Ингибитор "Азери" и его применение в нефтедобывающей промышленности стран СНГ. //Процессы нефтехимии и нефтепереработки, 2000, № 3, с. 36-40 
Təltif və mükafatlar:
SSRİ XTNS-nin bürünc medalı - 1978
Pedaqoji fəaliyyəti: -
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Baş mühəndis
Xidməti tel.: +994 (12) 4903029
Ev tel.: +994 (12) 4776300
Mobil tel.: +994 (50) 3394919
Faks: +994 (12) 4903029
Elektron poçtu: