NKPI

Maraqlı Məlumatlar

Azərbaycanın bənzərsiz “dünyanın vətəndaşı” statuslu Xalq yazıçısı, Azərbaycanda detektiv janrının banisi, tribun yazıçı Çingiz Abdullayev

Hörmətli oxucular!

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitablarımın (I, II və III cild) qəhrəmanlarından bir neçəsinin zamanında yaşamışam, bir neçəsi ilə birbaşa ünsiyyətdə olmuşam. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən onun rəhbərlik etdiyi respublikada yaşamışam, onun yüz illərə hesablanmış daxili və xarici siyasətinin uğurlarını müşahidə etmişəm və bu uğurlardan mən də faydalanmışam. Amma dahi Heydər Əliyevlə mənim ən yaxın təmas məsafəm İstiqlaliyyət küçəsində dahi Y.H.Məmmədəliyevin heykəlinin açılışında olub.

Dəfələrlə görüşdüyüm insanlar arasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov, akademik Vasim Məmmədəliyev, SSRİ-də atom bombasının yaradılmasında, atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əvəzsiz xidmətləri olan, elmə beşinci kvant ədədini təklif etmiş professor Abas Çayxorski də var. Kitabın IV cildinin qəhrəmanları arasında da elələri var ki, mən onların həyat dərslərindən hələ də faydalanıram, bəziləri ilə birgə işləmişəm, illərlə elmi təmaslarım olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasiriyəm.  Onun 2003-cü ildən başlanan, hər zaman qələbələrlə nəticələnən siyasətinin iştirakçısı və müşahidəçisiyəm. Cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının üzvüyəm və bu, mənim üçün böyük şərəfdir.

Çox sayda görüşlərdə təmasda olduğum, sadəliyi, səmimiliyi, vətənsevərliyi, ədalətliliyi, ali ünsiyyət mədəniyyəti ilə nümunə olan, tribun yazıçı Çingiz Abdullayevdən yazmaq da mənim üçün həm çətin, həm də şərəflidir. Çətindir, ona görə ki, “dünyanın vətəndaşı” statusunu qazanan, 100 ildə Azərbaycanın ən gənc Xalq yazıçısı adını almış, əsərləri dünyanın çoxlu sayda dillərinə tərcümə olunmuş, onların motivləri əsasında onlarca seriallar, bədii filmlər çəkilmiş bir yazıçı haqqında yazmalıyam. Şərəflidir, ona görə ki, dünya miqyaslı Xalq yazıçımız haqqında yazmalıyam.

Xatırlatmağı özümə borc bilirəm ki, Çingiz Abdullayevin yaradıcılığı haqqında ilk elmi tədqiqatı mənim dilçi qızım Abbasova Ülviyə Vaqif qızı yerinə yetirib və 2016-cı ildə dissertasiya müdafiə edib. Müdafiəyə hazırlıq zamanı baş verən hadisəni sizinlə paylaşmaq istəyirəm. Ülviyə dissertasiya işinin avtoreferatını paylayarkən bir neçə dəfə Yazıçılar Birliyinə gedib, amma Çingiz Abdullayevi tapmayıb. Sonuncu dəfə avtoreferatı köməkçinin yanında qoyub və mobil telefon nömrəsini qeyd edib. Həmin axşam Çingiz Abdullayev Ülviyəyə zəng vurub, təşəkkür edib və mütləq müdafiədə iştirak edəcəyini bildirib. Çingiz Abdullayev müdafiə günü Şuranın iclasına gəldi, axıra qədər müdafiədə iştirak etdi və sonda çıxış etdi. Baxın! Vaxtının az olmasına baxmayaraq, tanımadığı bir xanımın, bir gənc alimin tədqiqatlarına hörmət əlaməti olaraq bir neçə saat davam edən müdafiədə iştirak etmək yalnız böyük ürək sahiblərinə məxsusdur.

Mən hər zaman genetik faktoru digər faktorlardan yüksək dəyərləndirirəm. Təsadüfən bu qənaətə gəlməmişəm. Çox insanın, xüsusən də dahi, müdrik və fatehlərin həyatlarını araşdırdıqdan sonra belə düşünürəm. Bu qənaətim dünya şöhrətli, müdrik, ləyaqətli, vətəndaş mövqeli Çingiz Abdullayev üçün də keçərlidir. Bu dediklərimi nəzərə alaraq Çingiz Abdullayevin nəsli haqqında da məlumatları oxuculara təqdim etmək qərarına gəldim.

Çingiz Abdullayevin özünün dediyi kimi, o, dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Ata babası Abdullayev Abdulla Abdulxalik oğlu uzun illər Ağdamda (Qarabağ) xalq məhkəməsi sədri olub. Ana tərəfdən babası Kərbəlayı Dəmir Qaya Hacı Ramazan oğlu XX əvvəllərində Kərbəla və Məkkəyə ziyarət edib. Çingiz Abdullayevin atası Akif Abdulla oğlu Abdullayev (1926-2007) İkinci Dünya müharibəsinin iştirakçısı olub, sonra ardıcıl olaraq müxtəlif rayonların prokuroru, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının prokuroru, Bakı şəhər prokurorunun müavini, Azərbaycan vəkillər Kollegiyası Rəyasət Heyyətinin sədri olub. Onu qeyd edim ki, Akif Abdullayev 27 yaşı olanda Naxçıvanın prokuroru olub. Onun böyük qardaşları Süleyman və Qulu Abdullayevlər İkinci Dünya müharibəsində həlak olublar.

Çingiz Abdullayevin anası Bədəlova Şəfiqə Dəmir qızı (1924-2010), komsomolda, partiya işində işləyib, respublika həmkarlar ittifaqının sədri, universitet rektoru, professor olub.

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub. Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976-cı ildə). 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) İcrayə Komitəsində şəbə müdiri, Bakı şəhəri Qaradağ rayon Komitəsində təşkilat şəbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cü ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin katibi olmuşdur.

Beynəlxalq təcavüz problemləri barədə dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (1988).

Çingiz Abdullayev 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. 1997-ci ilin oktyabrında, 2004-cü ilin mayında, 2014-cü ilin iyununda yenidən həmin vəzifəyə seçilib.

O, 2005-ci ilin iyulunda Azərbaycanın “Xalq yazıçısı” fəxri adını alıb və bu adı alan ən gənc yazıçı olub.

Dünyanın ən məhsuldar, ən çox dillərə tərcümə olunan və oxunan yazıçısı Çingiz Abdullayevin ictimai fəaliyyəti də çox zəngindir.

2003-cü ilin fevralından Beynəlxalq Ədəbiyyat Fondunun həmsədridir.

Çingiz Abdullayev 2005-ci il sentyabrın 15-dən 2015-ci il martın 10-a qədər YUNESKO üzrə Azərbaycan Prezidenti yanında Milli Komissiyanın üzvü olub.

2011-ci ilin iyulundan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2013-cü ilin dekabrından Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvüdür.

2016-cı il noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti seçilib.

2015-ci il sentyabrın 15-də Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının Fəxri üzvü seçilib.

2014-cü ildən Bolqarıstan Kitabxanaçılıq və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktorudur.

Çingiz Abdullayevin aşağıdakı təltifləri var:

1. “Şöhrət” ordeni (7 aprel 2009).

2. “Şərəf” ordeni (9 aprel 2019).

3. Dostluq ordeni (19 may 2020, Rusiya).

4. Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan).

5. Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan).

6. Belarus Yazıçılar İttifaqının medalı (2014).

 Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin çap olunan əsərlərinin 2021-ci ilin fevralın 6-na qədər olan siyahısını və çap tirajını verməyi çox vacib hesab edirəm. Hər bir kitabın böyük tirajla çapı yazıçının əsərlərinə verilən böyük dəyəri ifadə edir. Elə kitablar var ki, 50-105 min nüsxə ilə buraxılıb. Əslində, Çingiz Abdullayev yaradıcılığına verilən bu dəyər onu göstərir ki, oxucunun ürəyinə yol tapan yazıçı kitablarını xahişlə, sponsorların hesabına yox, sifarişlə çap etdirə bilər və kifayət qədər yaxşı vəsait əldə edə bilər.

  1. Mavi mələklər (rus dilində), roman, Bakı, “Yazıçı”, 1988, 256 s. tiraj 30000 nüsxə.
  2. Demək olar ki, inanılmaz qətl (rus dilində). Povest, “Azərbaycan ədəbiyyatı” jurnalı, Bakı, 1989, № 2, 3.
  3. Monpeldə cinayət (rus dilində). Povest, Bakı, “Gənclik”, 1989, 31 s, 10500 nüsxə.
  4. İnsan ovu (rus dilində). Roman. “Araz roman-qəzeti”, Bakı, Azərnəşr, 1990, №1,2.
  5. Qara yanvar (rus dilində). Bakı, 1990. Sənədlər və materiallar (Buraxılışa məsul: Çingiz Abdullayev və İbrahim Şükürov).
  6. Eranın əvvəlində süi-qəsd (rus dilində). Roman. Birinci kitab, “Azərbaycan ədəbiyyatı” jurnalı, Bakı, 1990, № 4,5,6.
  7. Eranın əvvəlində süi-qəsd (rus dilində). Roman. İkinci kitab. “Azərbaycan ədəbiyyatı” jurnalı). Bakı, 1993, № 3-4, 5-6, 7-8.
  8. Peşəkarların oyunu. Roman. Apokalipsisi gözləyərkən. Roman Krasnodar “Sovetskaya Kuban”, 1994, 352 s, 100000 nüsxə.
  9. Müqəddəs olmaq yaxşıdır (rus dilində). Roman insan ovu. Rostov na Donu. Prof-Press. 1995, 512 s, 25000 nüsxə.
  10.  Peşəkarların oyunu. Roman. Apokalipsisi gözləyərkən. Roman. Özünə ölümü seç. Roman (rus dilində). Rostov na Donu, Prof-Press, 1995, 544 s, 2500 nüsxə.
  11.  Peşəkarların oyunu. Roman. Apokalipsisi gözləyərkən. Roman. Peşəkarların məntiqi qaydası. Povest. (rus dilində). Moskva, 1995, 480 s, 60000 nüsxə.
  12.  Getmək və qayıtmamaq. Roman. Mənim gözəl alibim. Roman (rus dilində), Rostov na Donu, Prof-Presss, 1995, 480 s, 100000 nüsxə.
  13.  Eranın əvvəlində süi-qəsd. Roman. (rus dilində). Rostov na Donu, 1995, 480 s, 25000 nüsxə.
  14.  Əclafların qanunu. Məntiq qaydası: Hekayələr (rus dilində). Rostov na Donu, Prof-Press, 1995, 448 s, 75000 nüsxə.
  15.  Əclafların əqidəsi: Roman. Rostov na Donu: Prof-Press, 1995, 448 s, 75000 nüsxə.
  16.  Günəş altında zülmət. Roman. Rostov na Donu: Prof-Press, 1995, 416 s, 100000 nüsxə.
  17.  Əclafarın vicdanı. Roman. Rostov na Donu: Prof-Press, 1995, 416 s, 100000 nüsxə.
  18.  Məhşər ayağında. Roman. Rostov na Donu: Prof-Press, 1996, 416 s, 1000000 nüsxə.
  19.  Sənin adında cəhənnəm var, qadın. Roman. Özünə dünya yarat. Roman. Rostov na Donu: Prof-Press, 1996, 416 s, 50000 nüsxə.
  20.  Cəhənnəmi qazanmaq. Roman. Qadının qisası. Povest. Rostov na Donu: Prof-Press, 1996, 416 s, 50000 nüsxə.
  21.  Sənin adında xəyanət var, qadın. Roman. Qadının qisası. Povest. Rostov na Donu: Prof-Press, 1996, 384 s, 40000 nüsxə.
  22.  İrodun kölgəsi. Roman. Məhkumların cənnəti. Povest. Rostov na Donu: Prof-Press, 1996, 416 s, 40000 nüsxə.
  23.  Zülmətin simfoniyası. Roman. Rostov na Donu, 1996, 409s, 40000 nüsxə.
  24.  Qanın üç rəngi. Roman. Rostov na Donu, 1996, 384 s, 50000 nüsxə.
  25.  Üçüncü variant. Roman. Nifrət okeanı. Roman. Rostov na Donu: Prof-Press, 1996, 384 s, 50000 nüsxə.
  26.  Alliqatorun xətti. Roman. Xarona ödəniş. Povest. Rostov na Donu, 1996, 384 s, 50000 nüsxə.
  27.  Ayın günü. Roman. Moskva: Eksmo, 1996, 416 s, 40000 nüsxə.
  28.  Əclafların mühiti. Trilogiya: Əclafların qanunu, Əclafların kredosu, Əclafların vicdanı. Romanlar. Rostov na Donu - Xarkov: Prof-Press; Evro Ekspress, 1996, 640 s, 200000 nüsxə.
  29.  Həmişə dünənki sabah. Roman. Milyard neçəyədir. Povest. Rostov na Donu: Prof-Press 1997, 448 s, 40000 nüsxə.
  30.  Günahlılar üçün alternativ. Roman, Moskva: Eksmo, 1997, 400 s, 40000 nüsxə.
  31.  Cəza standartı. Rman. Moskva; Eksmo, 1997, 400 s, 40000 nüsxə.
  32.  Qaniçənlərin güzgüsü. Roman. Moskva, Eksmo, 1997, 464 s, 50000 nüsxə.
  33.  Səfehlər üçün alternativ. Roman. Günahlılar üçün alternativ. Roman. Moskva, Eksmo, 1997, 416 s, 60000 nüsxə.
  34.  Və mənim ağrımı götür. Roman. Moskva, Eksmo, 1997, 416 s, 50000 nüsxə.
  35.  Ədalətin gücü. Povest. Cəza standartı. Roman. Moskva, Eksmo, 1997, 448 s, 60000 nüsxə.
  36.  Cani üçün “Qran-pri”. Roman. Moskva, Eksmo, 1998, 432 s, 60000 nüsxə.
  37.  Parçalanma simvolu. Roman. Moskva, Eksmo, 1998, 464 s, 60000 nüsxə.
  38.  Ümid külü. Roman. Moskva, Eksmo, 1998, 464 s, 60000 nüsxə.
  39. Və mənim ağrımı götür. Roman. Fei öpüşü. Povest. Moskva, Eksmo, 1998, 432 s, 60000 nüsxə.
  40.  Alçağın stili. Roman. Manyakın düşüncəsi. Roman. Moskva, Eksmo,1998, 544 s, 40000 nüsxə.
  41.  Məhkumların müddəti. Roman. Moskva, Eksmo, 1998, 512 s, 50000 nüsxə.
  42.  Parçalanma simvolları. Roman. Həqiqətin məzəmməti. Povest. Moskva, Eksmo, 1998, 448 s, 30000 nüsxə.
  43.  Qəzəb günü. Roman. Moskva, Eksmo, 1999, 512 s, 50000 nüsxə.
  44.  Kabusların tuneli. Povest. Məhkumların müddəti. Roman. Moskva, Eksmo, 1999, 464 s, 40000 nüsxə.
  45.  İdeal hədəf. Roman. Moskva, Eksmo, 1999, 496 s, 40100 nüsxə.
  46.  Qorxu faktoru. Roman. Moskva, Eksmo, 1999, 400 s, 40000 nüsxə.
  47.  Cəlladın müdrikliyi. Roman. Moskva, AST, 1999, 432 s, 25000 nüsxə.
  48.  Sonuncu sinklit. Roman. Allahın tərəfində. Roman. Moskva, AST, 2000, 400 s, 100000 nüsxə.
  49.  Xanımlar hərəkətsizliyi qoruyur. Roman. Moskva, Eksmo, 2000, 448 s, 40000 nüsxə.
  50.   Ləğv olunmuş ayin. Roman. Sutenyorun qəlbi. Roman. Moskva, AST, 2000, 384 s, 30000 nüsxə.
  51.  Valtaşar ilə görüş. Roman. Moskva, AST, 2000, 384 s, 20000 nüsxə.
  52.  Monte-Mario təpəsində ölüm. Roman. Ən etibarlı. Roman. Moskva, AST, 2001, 320 s, 15000 nüsxə.
  53.  Əsgərin yolu. Roman. Moskva, Eksmo, 2001, 384 s, 40100 nüsxə.
  54.  Son divarın daşları. Roman. Moskva, AST, 2001, 320 s, 15000 nüsxə.
  55.  Aşkar metamorfoza və ya Denis İvanoviçin həyatından bir gün. Povest. “Naş vek” qəzeti. Bakı, 2001. №18-32.
  56.  Dosta məktub. Hekayə. Avropanın ədəbiyyat cədvəli. Toplu (“Avropa-2000” “Ədəbiyyat ekspresi” beynəlxalq aksiyasının yekunu üzrə). Moskva, Raduqa, 2001, c. 11-19-928 s, 2000 nüsxə.
  57.  Çevrimiş reallıq. Roman. Moskva, Eksmo, 2001, 384 s, 35000 nüsxə.
  58.  Saturnın tövbəsi. Roman. Moskva, AST, 2001, 320 s, 10000 nüsxə.
  59.  Milleniumda bir dəfə. Roman. Moskva, AST, 2001, 316 s, 20000 nüsxə.
  60.  İcazə verilən xəta. Roman. Moskva, AST, 2001, 283 s, 25000 nüsxə.
  61.  Seviledə flirt. Roman. Moskva, AST, 2002, 283 s, 20000 nüsxə.
  62.  Uzunçu. Roman. Moskva, AST, 2002, 320 s, 10000 nüsxə.
  63.  İngiltərə bulvarı. Roman. ”Literaturnıy Azerbaydjan”. Bakı, 2002, № 2,3.
  64.  Samurayların ənənəsi. Roman. Qorqon baxışları. Povest. Moskva, Eksmo, 2002, 416 s, 12000 nüsxə.
  65.  Son diaqnoz. Roman. Atlantika üzərində ölüm. Hekayə. Moskva, AST, 2002, 315 s, 20000 nüsxə.
  66.  Aktyorun iflası. Roman. Moskva: AST, 2002, 300 s, 20000 nüsxə.
  67.  Payız gözəlləməsi. Roman. Moskva. AST, 2002, 300 s, 20000 nüsxə.
  68.  Fillər ölərkən. Roman. Moskva. AST, 2003, 320 s, 20000 nüsxə.
  69.  Sehirli hədiyyə. Roman. Moskva, AST, 2003, 320 s, 20000 nüsxə.
  70.  Manipulyator. İki cilddə. Moskva. AST, 2003, T.1. Üç payız günü. Roman. 320 s, 20000 nüsxə.
  71.  Manipulyator. İki cilddə. Moskva. AST, 2003, T.2. Plutokratlar. Roman. 320 s, 20000 nüsxə.
  72.  Onun apatiyası. Roman Moskva. AST, 2003, 320 s, 10000 nüsxə.
  73.  Lissabonda qürub. Roman. Moskva. AST, 320 s, 20000 nüsxə.
  74.  Valensiya üçün tribunal. Roman.Moskva. AST, 2003, 304 s, 10000 nüsxə.
  75.  Əfsanəyə haqq. Roman. Moskva. AST, 2004, 16 s, 25000 nüsxə.
  76.  Ağrı mələyi. Apenninlər üzrə səyahət. Roman. Moskva, AST, 2004, 288 s, 5000 nüsxə.
  77.  Ağrı mələyi. Onun qəlbinin dörddə üçü. Roman. Moskva. AST, 2004, 288 s, 5000 nüsxə.
  78.  Bağdaddan olan əlaqələndirici. Roman. Moskva. AST, 2005, 320 s, 10000 nüsxə.
  79.  Xammurapi məcəlləsi. Roman. Moskva, AST, 2005, 320 s, 10000 nüsxə.
  80.  Unudulmuş yuxu. Roman. Moskva. AST, 2005, 288 s, 10000 nüsxə.
  81.  Yalnız özününkülər. Roman. Moskva. AST, 2005, 288 s, 10000 nüsxə.
  82.  Bir toy əhvalatı. Hekayə. Bir toy əhvalatı. Nəsr antologiyası. Bakı, Nurlan, 2005, 140 s, 100 nüsxə.
  83.  Hakimiyyətə qəsd. Hakimiyyət subyekti. Roman. Moskva, AST, 2005, 320 s, 5000 nüsxə.
  84.  Hakimiyyətə qəsd. Hakimiyyət atributu. Roman. Moskva, AST, 2005, 304 s, 4000 nüsxə.
  85.  Hakimiyyətə qəsd. Hakimiyyət obyekti. Roman. Moskva. AST, 2005, 320 s, 10000 nüsxə.
  86.  Oliqarxın varisi. Roman. Moskva, Eksmo, 2006, 320 s, 10000 nüsxə.
  87.  Namussuzluğun qiyməti. Roman. Moskva, Eksmo, 2006, 320 s, 14100 nüsxə.
  88.  Centelmen sövdələşməsi. Roman. Moskva, Eksmo, 2006, 320 s, 17000 nüsxə.
  89.  Bizim qorxumuzun zamanı. Roman. Moskva, Eksmo, 2006, 320 s, 22100 nüsxə.
  90.  Soyuğu qoruyanlar. Roman. Moskva, Eksmo, 2006, 320 s, 20000 nüsxə.
  91.  Qərb bürküsü. Roman. Moskva, Eksmo, 2006, 288 s, 22100 nüsxə.
  92.  Tver bulvarı. Roman. Moskva. AST, 2006, 320 s, 10000 nüsxə.
  93.  Oliqarxın vəsiyyəti. Roman. Moskva. Eksmo, 2007, 288 s, 22000 nüsxə.
  94.  Kazanova 2000. Hekayə. Besame-Mucho və ya Qarabağ əsirləri: Nəsr və poeziya antalogiyası. Bakı, Nurlan, 2007, 152 s, 200  nüsxə.
  95.  Maskanın hakimiyyəti. Roman. Moskva. Eksmo, 2007, 320 s, 25000 nüsxə.
  96.  Kuba napriççiosu. Roman. Moskva. Eksmo, 2007, 320 s, 18000 nüsxə.
  97.  Sevgi və nifrətin zirvəsi. Roman. Moskva, Eksmo, 2007, 320 s, 20100 nüsxə.
  98.  Şərq küləyi. Roman. Moskva. Eksmo, 2007, 320 s, 18000 nüsxə.
  99.  Soyuqdan qayıtmamış casus. Roman. Moskva. Eksmo, 2007, 320 s, 18100 nüsxə.
  100.  Freyd üçün etüd. Roman. Moskva. Eksmo, 2007, 288 s, 20000 nüsxə.
  101.  Bafos axtarışında. Roman. “Birja Plus” qəzeti, Bakı, 2007-2008.
  102.  Etiraflar vadisi. Roman. Moskva. Eksmo, 2008, 256 s, 18000 nüsxə.
  103.  Hakimiyyətə qəsd. Trilogiya. Hakimiyyət subyekti; Hakimiyyət atributu; Hakimiyyət obyekti. Romanlar. Moskva. AST, 2008, 544 s, 5000 nüsxə.
  104.  Okkamanın inkarı. Roman, Moskva. Eksmo, 2008, 320 s, 18100 nüsxə.
  105.  Oliqarxın səhvi. Roman, Moskva. Eksmo, 2008, 288  s, 18000 nüsxə.
  106.  Oliqarxın qayıdışı. Roman, Moskva. Eksmo, 2008, 320 s, 18100 nüsxə.
  107.  Günahların qayıdışı. Roman, Moskva. Eksmo, 2008, 320 s, 18000 nüsxə.
  108. Milad günündə atəş. Roman, Moskva. Eksmo, 2008, 320 s, 14000 nüsxə.
  109.  Meymun ili. Roman. Moskva, Eksmo, 2008, 320 s, 14000 nüsxə.
  110. Sağlam düşüncənin tərifi. Moskva, Eksmo, 2008, 320 s, 13100 nüsxə.
  111.  Qırılmış əlaqə. Roman. “Literaturnıy Azerbaydjan”, Bakı, 2008-2009, №11.
  112. Birdəfəlik istifadə. Roman. Moskva, Eksmo, 2009, 320 s, 14000 nüsxə.
  113. İblislərin ənənəsi. Roman. Moskva, Eksmo, 2009, 320 s, 13000 nüsxə.
  114.  Diletantların arzuları. Roman. Moskva, Eksmo, 2009, 320 s, 13100 nüsxə.
  115.  Cənub şəhəri üçün festival. Roman. “Liberaturnıy Azerbaydjan” jurnalı, Bakı, 2009, № 4,5, 6, 7, 8.
  116.  Bütün zamanların dərvişi. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11000 nüsxə.
  117.  Xəzinədar. Roman. Moskva, Eksmo, 2009, 288 s, 11000 nüsxə.
  118.  Yaxşı oğlanlar həmişəlik birinci olurlar. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11000 nüsxə.
  119. Zəhərləyici. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11000 nüsxə.
  120.  Cənub şəhəri üçün festival. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11000 nüsxə.
  121.  Yaşam mühiti. Roman. Moskva, Eksmo, 2009, 320 s, 12100 nüsxə.
  122.  Veneranın ikinci yaranışı. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11100 nüsxə.
  123. Tam kare. Roman. Moskva, Eksmo, 2009, 320 s, 11100 nüsxə.
  124. Məlum iştirak. Roman. Moskva, Eksmo, 2010, 320 s, 12000 nüsxə.
  125.  Ləyaqətli insan. Roman. Moskva, Eksmo, 2010, 320 s, 12100 nüsxə.
  126.  Paralel mövcudluq. Roman. Moskva, Eksmo, 2010, 320 s, 12100 nüsxə.
  127. Kandaqardan olan casus. Roman. Moskva, Eksmo, 2010, 320 s, 12100 nüsxə.
  128.  Vyana gecəsinin sirri. Roman. Moskva, Eksmo, 2010, 352 s, 10000 nüsxə.
  129.  Azmış ruhlar şəhəri. Roman. Moskva, Eksmo, 2010, 384 s, 11000 nüsxə.
  130.  Tənha ürəklərin evi. Roman. Moskva, Eksmo, 2010, 320 s, 11000 nüsxə.
  131.  Berlin tranziti. Roman. Moskva, Eksmo, 2010, 352 s, 11000 nüsxə.
  132.  Qələbə səcdəgahı. Roman. Moskva, Eksmo, 2010, 320 s, 10000 nüsxə.
  133.  Alqışlar altında ölüm. Roman. Moskva, Eksmo, 2010, 10000 nüsxə.
  134.  Ləngimiş son söz. Roman. Moskva, Eksmo, 2010, 320 s, 10000 nüsxə.
  135. Bumeranq zərbəsi. Roman. Moskva. Eksmo, 2011, 272 s, 9000 nüsxə.
  136. Qurban sindromu. Roman. Moskva, Eksmo, 2011, 352 s, 10000 nüsxə.
  137. Vicdanın uyğunlaşması. Roman. Moskva, Eksmo, 2011, 320 s, 10000 nüsxə.
  138. Bakı bulvarı. Roman. Moskva, Eksmo, 2010, 320 s, 10000 nüsxə.
  139.  Yeni amozonların qəbiləsi. Roman, Moskva. Eksmo, 2011, 352 s, 9000 nüsxə.
  140.  Transilvanyaya səyahət. Roman, Moskva. Eksmo, 2011, 352 s, 10100 nüsxə.
  141. Dağılış. Məhvə labüd yaz. Roman, Moskva. Eksmo, 2011, 320 s, 8000 nüsxə.
  142.  Dağılış. İki prezidentin yayı. Roman, Moskva. Eksmo, 2011, 352 s, 9000 nüsxə.
  143.  Fol həddində. Roman. Moskva, Eksmo, 201, 352 s, 9000 nüsxə.
  144.  Dağılış. Parçalanmış avqust. Roman, Moskva. Eksmo, 2011, 352 s, 10000 nüsxə.
  145.  Dağılış. İmperiyaların dəfnləri. Roman, Moskva, Eksmo, 2011, 352 s, 10000 nüsxə.
  146.  Balkan sindromu. Roman. Moskva, Eksmo, 2011, 320 s, 8000 nüsxə.
  147.  Uğursuzun hekayəti. Roman. Moskva, Eksmo, 2012, 352 s, 8000 nüsxə.
  148.  Mənəviyyatsızlıq tarixçəsi. Roman. Moskva, Eksmo, 2012, 352 s, 8000 nüsxə.
  149. Dağılış. Sonuncu qürub. Roman. Moskva, Eksmo, 2012, 320 s, 9000 nüsxə.
  150.  Naşir üçün pras-list. Roman. Moskva, Eksmo, 2012, 352 s, 8000 nüsxə.
  151.  Dan ulduzunun doğması. Roman,Moskva, Eksmo, 2012, 320 s, 6000 nüsxə.
  152.  Diplomatın ölümü. Roman. Moskva, Eksmo, 2012, 352 s, 8000 nüsxə.
  153. Kralların əyləncəsi. Roman. Moskva, Eksmo, 2012, 352 s, 6000 nüsxə.
  154.  Sənin ölümcül günahın. Roman. Moskva. Eksmo, 2012, 288 s, 7000 nüsxə.
  155.  Qorxu tarazlığı. Roman. Moskva, Eksmo, 2012, 288 s, 7000 nüsxə.
  156.  Ailə sirri. Roman. Moskva, Eksmo, 2012, 320 s, 6000 nüsxə.
  157. Sağ qalma məharəti. Roman. Moskva, Eksmo, 2012, 320 s, 6000 nüsxə.
  158. Autsayder üçün fəxri kürsü. Roman. Moskva, Eksmo, 2012, 320 s, 6000 nüsxə.
  159.  Adepti stajı. Soyuğu hifz edənlər. Qərb kürsüsü. Soyuqdan qayıtmamış casuslar. Romanlar. Bakı, Qanun, 2013, 840 s.
  160.  Aypaşa işarəsi altında. Roman. Moskva, Eksmo, 2013, 352 s, 6000 nüsxə.
  161. Avropanın opponetləri. Roman. Moskva, Eksmo, 2013, 288 s, 6000 nüsxə.
  162. Top-model üçün edam kürsüsü. Roman. Moskva, Eksmo, 2013, 320 s, 6000 nüsxə.
  163. Mizantrop. Roman. Moskva, Eksmo, 2013, 320 s, 7000 nüsxə.
  164. Rubikonun püşkü. Roman, Moskva, Eksmo, 2013, 288 s, 6000 nüsxə.
  165.  Təhlükəli may ayı. Roman, Moskva, Eksmo, 2013, 320 s, 5000 nüsxə.
  166. Xəfiyyənin günahı. Roman, Moskva, Eksmo, 2013, 320 s, 5000 nüsxə.
  167.  Qanın utancaq mativi. Roman, Moskva, Eksmo, 2013, 320 s, 5100 nüsxə.
  168. Onun həqiqi ehtirası. Roman, Moskva, Eksmo, 2013, 320 s, 5100 nüsxə.
  169. Nəhənglərin şücaəti. Roman. Moskva, Eksmo, 2013, 320 s, 5000 nüsxə.
  170. Haqsızların məhkəməsi. Roman. Moskva, Eksmo, 2013, 320 s, 5100 nüsxə.
  171.  Заметки на полях открытого письма. Зория Балаяна Владимиру Путину: Москва, Радуга, 2013, 16 с, 6000 экзем.
  172. Yalanın sehri. Roman. Moskva, Eksmo, 2014, 288 s, 5000 nüsxə.
  173. Dəyyus. Roman. Moskva, Eksmo, 2014, 320 s, 5100 nüsxə.
  174.  Sağlam düşüncənin qurbanı. Roman. Moskva, Eksmo, 2014, 288 s, 4700 nüsxə.
  175. Etikanın qızıl qaydası. Roman. Moskva, Eksmo, 2014, 320 s, 4500 nüsxə.
  176. Yol verilən ziyan. Roman. Moskva, Eksmo, 2014, 320 s, 4500 nüsxə.
  177.  Şəhvətin qaydası. Roman. Moskva, Eksmo, 2014, 320 s, 4500 nüsxə.
  178. Xeyirxahın sınağı. Roman. Moskva, “Э” nəşriyyatı, 2016, 320 s, 4000 nüsxə.
  179. Ölmək adəti. Roman. Moskva, “Э” nəşriyyatı, 2017, 320 s, 4000 nüsxə.
  180. Ədəbsizin təntənəsi. Roman. Bakı, Azərkitab, 2019.
  181. Kriminalistika dərsi. Roman. Moskva, Eksmo, 2020, 320 s.

Təkcə bu siyahı onu təsdiq edir ki, Çingiz Abdullayevin əsərlərinə çox böyük maraq var və nəşriyyatlar yazıçının əsərlərini çap edərək böyük mənfəət əldə edirlər. Qeyd edim ki, Çingiz Abdullayevin əsərlərinin əksəriyyəti rus dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap olunub. Amma onların bir neçəsi istisna olmaqla digərləri az tirajla buraxılıb. Hesab edirəm ki, bu, ölkəmizdə, bir tərəfdən, mütaliəyə marağın kəskin azalması, digər tərəfdən, gənclər arasında kitabın təbliğatının zəif aparılması ilə bağlıdır.

Hörmətli oxucular!

Mən Çingiz Abdullayev haqqında sizə daha dolğun məlumat vermək məqsədi ilə ondan müsahibə aldım. Həmin müsahibəni sizə təqdim edirəm:

Sual: Çingiz müəllim, bilirsiniz ki, şəxsiyyətin həyat uğurlarında genetik kodun böyük və inkarolunmaz rolu var. Odur ki, nəsliniz haqqında məlumat verməyinizi xahiş edirəm.

- Mən 1959-cu ilin aprelin 7-də anadan olmuşam. Ulu babam, babam çox tanınmış hüquqşünas olublar. Atam da hüquqşünas olub, Böyük Vətən müharibəsində iştirak edib, 27 yaşında Naxçıvan Muxtar Respublikasının prokuroru olub. Sonralar şəhər prokuroru və Vəkillər Kollegiyas Rəyasət heyətinin sədri olub. Anam Bakıda, çox tanınmıış ailədə doğulub. Anamın nəsli iki yüz ilə yaxın İçəri şəhər, Pirşağı, Binəqədi, Şüvəlanda yaşayıb. Ana babam Şüvəlanda, ata babam isə Qarabağda dəfn olunub. Anam Mərkəzi Komitədə yüksək vəzifələrdə çalışıb, Azərbaycan Respublikası Həmkarlar İttifaqının sədri olub, otuz ildən çox Mərkəzi Komitədə Marksizm-leninizm Universitetinin rektoru olub.

Sual: Yazıçı olmaq istəyiniz nə vaxtdan yaranıb və ilk əsəriniz hansıdır?

- Hələ uşaq ikən, məktəb illərində yazırdım, mütaliəni çox sevirdim. Universitetdə təhsil aldığım illərdə qəzet redaktoru idim, sonra yazmağa başladım, amma kimsə mənə desəydi ki, peşəkar yazıçı olacaqsan, ömrümdə inanmazdım.

Sual: Detektiv janrda yazmaq seçiminiz nə ilə əlaqədardır?

- Mən detektiv janrda ilk əsərimi yazanda səkkiz ildən çox idi ki, işləyirdim və öz peşəmin incəliklərinə bələd idim. Ona görə də bu janrda əsər yazmaq mənim özümə də maraqlı idi. Bəlkə də, həkim olsaydın, həkimlərdən, neftçi olsaydım, neftçilərdən yazardım.

Sual: Siz Azərbaycan tarixində ən cavan yaşda “Xalq yazıçısı” fəxri adına layiq görülmüsünüz. Bu adın məsuliyyətini çox erkən yaşda daşımaq çətin olmayıb?

- Etiraf edim ki, 45 yaşımda “Xalq yazıçısı” fəxri adına layiq görüləcəyimi heç gözləmirdim. Çünki “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adlarını 50 yaşdan tez, ümumiyyətlə, heç kim almayıb. Azərbaycanda 50 yaşında bu fəxri ada xəstəliyini bildikləri üçün dahi Səməd Vurğun layiq görülüb. Keçmiş SSRİ-də isə Çingiz Aytmatov, Rəsul Həmzətov və Mustay Kərim cavan yaşda fəxri adlara layiq görülüblər. 45 yaşında “Xalq yazıçısı” fəxri adı mənə veriləndə heç mənim özüm də inanmadım, çünki məni heç kəs təqdim etməyib. Məmurların hamısı etiraz ediblər. Üç dəfə mənə fəxri ad verilməsin deyə Prezidentə müraciət ediblər. Axırda Prezident hirslənib kağızı cırıb və 45 yaşında məni “Xalq yazıçısı” fəxri adına layiq görüb. Mən hər zaman bu fəxri adın məsuliyyətini hiss edirəm.

Sual: Bu günə qədər neçə kitabınız çap olunub və onlardan hansı neçə xarici dilə tərcümə olunub?

- Bu günə qədər mənim 41 ölkədə 32 dildə 31 milyon nüsxə kitabım nəşr olunub. Ümumiyyətlə, iki yüzdən çox roman yazmışam.

Sual: Sizin neçə əsərinizə film çəkilib və bu filmlər harada çəkilib?

- Bu günə qədər əsərlərimin senarisi əsasında iki serial (onlardan biri 13, digəri 20 seriyalı) və 8 kinofilm çəkilib. Seriallar və kinofilmlər Azərbaycanda, Rusiyada, İranda, Almaniyada, Tacikistanda, Amerikada, Ukraynada çəkilib.

Sual: Əsərlərinizin qəhrəmanları arasında real yaşamış insanlar olubmu?

- Mənim əsərlərimdə təsvir olunan qəhrəmanların doxsan faizi real yaşamış insanlardır. Onlar uydurma deyil, real insanlardır. Yazıçı həmişə həqiqətin tərəfində olmalıdır və əsl yazıçı xalqın ədəbiyyatda vəkilidir. Lakin çox vaxt bəzi insanlar bunu qəbul etmir.

Sual: “Yazıçı-tribun” olan ədiblərimizin sayı azdır. Bunun səbəblərini nədə görürsünüz?

- Mən deməzdim ki, belə ədiblərimiz azdır. Indi İsa Həbibbəyli, Ramiz Rövşən, Elmira Axundova, Nizami Cəfərov, Kamal Abdulla kimi ictimaiyyət qarşısında danışmağı bacaran görkəmli yazarlarımız var.

Sual: Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının inkişafını necə xarakterizə edərsiniz?

- Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı çox geniş yayılıb və doğrudan da, çox inkişaf edib. Bizim kitablarımız senzurasız nəşr olunur. Mən müstəqillik dövründə yaşayıb-yaratdığım üçün fəxr edirəm.

Sual: Ədəbiyyatımızda vətənpərvərlik ruhunun səviyyəsi sizi qane edirmi?

- Xeyir, məni qane etmir. Mən istərdim ki, daha çox, daha ətraflı, daha dərin olsun.

Sual: Siz “dünyanın vətəndaşı” statusu qazanmış ən görkəmli insanlardan birisiniz. Bu statusu qazandıran səbəblər arasında nələri əsas götürərdiniz?

- Zəhmət, zəhmət və yalnız zəhmət. Heç kəs mənim gözlərimə vurulmayıb. Dünyanın bir çox ölkələrində insanlar mənim yaradıcılığıma maraq göstərirlər, kitablarımı oxuyurlar. Ona görə hər zaman cavanlara məsləhət görürəm ki, zəhmətə qatlaşsınlar, özlərinə inansınlar, heç kimə bənzəməsinlər.

Sual: Ulu öndər Heydər Əliyev hər zaman yazıçılara və şairlərə çox böyük dəyər verib. Bu gün qürur yerimiz olan hörmətli Prezidentimiz İlham Əliyev də bu xətti sadaqətlə davam etdirir. Belə yüksək dəyərləndirmənin yaradıcılığa təsirini necə qiymətləndirirsiniz?

- Yazarların yaradıcılığında Ulu öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin xidmətləri əvəzsizdir. Bu illər ərzində Azərbaycan Yazıçılar Birliyinə dəfələrlə maliyyə vəsaiti ayrılıb, hər il şair və yazıçıların yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması üçün yetmiş nəfərə xüsusi təqaüdlər verilir. Həmçinin şair və yazıçılara fəxri adlar, evlər təqdim edilir. Tam məsuliyyətimlə deyirəm ki, son otuz ildə Azərbaycan ədəbiyyatını qoruyub saxlayan Heydər Əliyev və İlham Əliyev olub. İlham Əliyev indi də ədəbiyyatımızın qorunması üçün lazım olan hər şeyi edir.

Sual: Otuz ilə yaxın müddətdə torpaqlarımızın 20%-dən çoxu işğal altında idi. Çox hörmətli Prezidentimiz, qəhrəman, cəsarətli, qorxmaz, müdrik Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti sayəsində cəmi 44 gün (27 sentyabr – 8 noyabr 2020-ci il) davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımızın yarıdan çoxu azad edildi. 10 noyabr 2020-ci ildə Ermənistan təslim olduğunu təsdiq edən sənədi imzaladı. Bu sənədə əsasən 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın işğaldan azad oldu, bir güllə atmadan, bir şəhid vermədən... Tarixdə misli görünməmiş bu qələbənin tərənnümü üçün bədii əsərlərin yazılması, filmlərin çəkilməsi sahəsində hansı işlərin görülməsi vacibdir? Sizin bu istiqamətdə yaradıcılıq planlarınız nədir?

- Bu 44 günlük müharibədə bütün torpaqlarımızı qaytara bildik. Mən fəxr edirəm ki, bu xalqın nümayəndəsiyəm. Bizim qəhrəman xalqımız və hörmətli Prezidentimiz torpaqlarımızı işğaldan azad edə bildilər. Hesab edirəm ki, xalqımızın misilsiz qələbəsini tərənnüm edən əsərlər yazılmalı, sənədli və bədii filmlər çəkilməlidir. Gələcək nəsillər qəhrəman Prezidentimiz başda olmaqla bu qələbəni qazananları tanımalıdır.

Sual: Siz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsi zamanı beynəlxalq informasiya məkanında ölkəmizə qarşı ədalətsiz təbliğata qarşı mübarizə aparan və ölkəmizin haqq səsini dünyaya çatdıran bir yazıçısınız. Sizin bu sahədə fəaliyyətiniz tarixi qeydiyyata alınmalı dəyərli fəaliyyətdir. Xahiş edirəm ki, bu haqda geniş məlumat verəsiniz.

- Mən 44 günlük müharibədə altmış bir müsahibə vermişəm, skaypla, zumla çıxış etmişəm. Dünyanın bir çox ölkələrində - Fransa, İngiltərə, Almaniya, Ukrayna, Gürcüstan, Rusiyada çıxış edərək xalqımızın haqq səsini dünyaya çatdırmağa çalışmışam. Pandemiya olmasına baxmayaraq, iki dəfə Moskvaya gedib, orada canlı yayımda birbaşa verlişlərdə çıxış etmişəm. Hesab edirəm ki, belə də olmalıdır, hər bir ziyalı bacardığını etməlidir. Mən informasiya müharibəsində fəal iştirak etdiyim üçün fəxr edirəm.

Sual: Sizin çox böyük oxucu auditoriyanız, dünya miqyaslı dostlarınız, böyük həyat uğurlarınız var. Amma hamı sizi sadə, səmimi, həqiqəti üzə deyən, həmişə üzündə nur olan bir insan kimi tanıyır. Sadəlik və səmimilik dəyərlərinin belə yüksək ifadəsi üçün kimlərə və nələrə borclusunuz?

- Mən hesab edirəm ki, həyatda qazandığım uğurlara görə anama və atama, onların tərbiyəsinə, kitabxanasına borcluyam. Onlar mənə kitabları sevməyi, oxumağı öyrədiblər.

Sual: Sizin yaradıcılığınızın elmi təhlili sahəsində hansı işlər aparılıb və aparılır?

- Mənim yaradıcılığım haqqında Azərbaycanda və xaricdə ədəbiyyatşünaslar, tənqidçilər tərəfindən onlarla kitab, dissertasiya yazılıb və yazılmaqdadır. Onlardan ikisini qeyd etmək istərdim. Gülxani Pənah və Tural Məzahir oğlu 2012-ci ildə “Azərbaycan ədəbiyyatında detektiv janr (Çingiz Abdullayevin yaradıcılığı əsasında) monoqrafiya çap etdiriblər (Bakı, MSA, 2012, 556 s.)

Ülviyyə Vaqif qızı Abbasova 2015-ci ildə “İngilis dilinə bədii tərcümədə epitetlərin verilməsi üsulları (Ç.Abdullayevin əsərləri əsasında)” adlı dissertasiya müdafiə edərək filalogiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Sual: “Dünyanın vətəndaşı” statuslu Xalq yazıçısı Çingiz Abdullayevdən xalqa birbaşa müraciət etməsi istənilsə, o, xalqına nələri demək istərdi?

- Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam, Azərbaycan Xalq yazıçısıyam. Mən fəxr edirəm ki, biz işğal altında olan torpaqları qaytara bilmişik.

Hörmətli oxucular!

Gülxani Pənah və Tural Məzahir oğlunun Çingiz Abdullayev yaradıcılığı haqqında monoqrafiyasından bəzi hissələri sizə də təqdim etmək istəyirəm.

“Dünya ədəbiyyatında yazıçı Çingiz Abdullayev siyasi detektiv əsərləri ilə tanınır. (f.e.d., professor Cəlal Abdullayevin kitaba yazdığı ön sözdən).

“Çingiz Abdullayevin özünəməxsus yaradıcılıq yolu var, kimsənin açdığı yolla getməyib. O, elmi, biliyi, böyük ruh yüksəkliyi ilə, cisminə sığmayan ruhu ilə o əsərlərin içindədir, o əsərlərinin sanki baş qəhrəmanıdır”.

“Çingiz Abdullayev kimi dünya miqyaslı tanınmış yazıçının rus dilində yazıb-yaratmasını təbii bir hal kimi qəbul etməliyik. Hansı dildə yazsa da, onun yaradıcılığında milli-mənəvi köklərə malik olan dərin bir özül var. Azərbaycan xalqının oğludur”.

“Çingiz Abdullayevin romanlarında özünəməxsus xüsusiyyətlərdən biri publistik keyfiyyətlərlə zənginliyidir. O, əsərlərində hadisələri təsvir edərkən, o əsərlərlə bağlı siyasətçi, tarixçi, politoloq kimi, siyasi məqamlara diqqəti cəlb edir, onların şərhini verir. Xarici-daxili siyasətdə gördüyü çatışmazlıqlara biganə qalmır. Onun obyektiv şərhlərində beynəlxalq siyasət, milli siyasət, qlobal dünyanın problemləri öz geniş əksini tapır”.

“Çingiz Abdullayevin yaradıcılığında qəribə “manevrlər” var. O, bu manevrlər vasitəsi ilə ictimai-siyasi hadisələrə, hətta sosial-məişət məsələlərinə əsərlərində elə bir şəkildə münasibət göstərir ki, oxucu yazıçının vətəndaş mövqeyini görməyə bilmir”.

“Çingiz Abdullayevin əsərlərini oxuculara sevdirən bir cəhət də çeynənmiş mövzulardan, süjetlərdən uzaq olmasıdır”.

“Çingiz Abdullayev əsərlərində tarixçidir. O, hansı ölkə, xalq olur-olsun, əsərlərində onlarla bağlı müəyyən hadisələri təsvir edəndə, tarixi məqamlara üz tutur, təsvir etdiyi xalq, torpaq haqqında ətraflı söhbət açır”.

“Çingiz Abdullayev əsərlərində coğrafiyaşünasdır. İstənilən ölkə, onun şəhərləri, yerləşdiyi ərazi, əhalisi, xalqı, torpaqları, ən yaxşı memarlıq abidələri haqqında məlumat ala bilərsən”.

Çingiz Abdullayevin şəxsiyyəti və yaradıcılığına aid çoxlu təhlillər və rəylər var. Onlardan biri də Sankt-Peterburqdan olan professor Mariya Semyonavanın araşdırmaıdır. Rusca yazılmış mətnin tərcüməsini də sizə təqdim edirəm. Çünki bu rəy, əslində bir elmi araşdırma, analitik təhlil, qərəzsiz yanaşma, həqiqi dəyər vermə nümunəsdir. Eyni zamanda, yazının müəllifi azərbaycanlı da deyil. Amma səmimidir, dəqiqdir, ürəkdən gələn fikirlərini təqdim edib.

 

İstedadın enerjisi

Azərbaycan yazıçısı Çingiz Abdullayev fenomeni haqqında

Hər dəfə Azərbaycan yazıçısı Çingiz Abdullayevin fenomeni ilə rastlaşanda mən qeyri-ixiyari olaraq fikirləşirəm ki, o öz yaradıcılığı ilə müasir dövrün ədəbiyyatı və yazıçıları haqda olan mifləri təkzib edir və sübut edir ki, mümkün olmayan da mümkündür. 29 dilə tərcümə olunmuş 200-dən çox roman və povestin müəllifi öz işgüzarlığını qoruyub saxlayır.

Bu gün artıq müəlliflər çoxcildli epopeyaların yayılmasının mümkün olmadığını anlayaraq onlara müraciət etmədikləri halda, bu işgüzarlıq daha da möcüzəvi görünür. Müasir dövrdə oxucuya beşcildlik kitab oxutdurmaq isə qeyri-realdır.

Bəzi müəlliflər öz əsərlərini pərəstişkarlarına daim internet vasitəsilə çatdırırlar. Bəziləri, əsasən ingilis dilində yazılan və nəinki tənqidçilər tərəfindən bəyənilən, hətta yaxşı satılan bestsellerlər yaradırlar. Bu baxımdan, ingilis yazıçısı Coan Roulinq hələ bir neçə nəsil yazıçılar üçün qıcıqlandırıcı faktor olacaqdır. Əgər heç kəsin tanımadığı sadə ingilis yazıçısı bunu edə bildisə, onda daha çox tanınmış və müvəffəqiyyətli olanlarda nə üçün alınmır? Əlbətdə, Roulinq Harri Potter haqqında kitablarını uşaqlar üçün yazırdı ki, bu da ən çoxsaylı və minnətdar oxuculardır. Ancaq romanın uğurunu yalnız uşaq ədəbiyyatına aid olması ilə izah etmək olar. Dünyada nə qədər uşaq kitabları çap olunur, amma onların heç biri Roulingin kitabları ilə heç cür müqayisə edilə bilməz.

Beləliklə, aydın olur ki, kitaba maraq doğuran onun janrı deyil, müəllifin istedadı, onun oxucularını maraqlandıra bilmə qabiliyyəti, inandırma bacarığıdır. Bu baxımdan, Azərbaycan yazıçısı Çingiz Abdullayev bəşəriyyəti öz əməksevərliyi ilə heyran edir. 30 il ərzində dünyanın bir çox dillərinə tərcümə olunan bu qədər kitab yazmaq çox çətin işdir. İndiki dövrdə, internetə hər il milyonlarla əlyazma və çap olunmamış kitablar ötürüldüyü halda, heç kəs müəllifin müvəffəqiyyət qazanacağına zəmanət verə bilməz.

Bu fonda seçilmək, müxtəlif ölkələrin müxtəlif dillərinə, intellekt və mentalitetlərinə məxsus insanların rəğbətini qazanmaq onlardan bir pillə yüksəkdə durmaq, insan ruhunun sirlərinə yiyələnmək deməkdir.

Rusiya ilə müqayisədə kiçik Azərbaycanda yaşayan müəlliflərdən başqa kim hazırki dövrdə beşcildlik “Dağılma” (“Распад”) epopeyasını yazmağa cəhd edər. Onun qədər müasir və aktual bir əsər, nəinki postsovet məkanında, heç dünyada belə yaradılmayıb. Böyük ölkənin əzabla dağıldığı 1991-ci il haqqında olan bu beşcildli əsər həm maraqlı, həm də ibrətamiz yazılmışdır.

O, İttifaqda olan qarşıdurmalar, Qarabağ münaqişəsi, respublikalarda olan digər münaqişələr haqda cəsarətlə yazır. Bu ərəfədə azərbaycanlı gəncin erməni qızı ilə sevgisi bizi qədim klassik süjetlərə aparır. Bu dəfə qarşıdurma bir-birinə düşmən olan feodal ailələri deyil, zaman, yaşam şəraiti, tarixinin çətin anlarını yaşayan iki qonşu xalq iştirak edir.

“Dağılma”nın beş cildi sevgi və nifrət, rəğbət və qınaq, anlayış və kinlə doludur. Epopeya bizi həm yaxın keçmişimiz, həm də uzaqda olmayan gələcəyimiz haqda düşünməyə məcbur edir. Ukraynada baş verən hadisələr isə “Dağılma”nın növbəti dramatik səhifələrinə bənzəyir. Əlbəttə ki, Çingiz Abdullayev siyasi liderlərdən də bəhs edir. Təbiətcə dağıdıcı olan Rusiya lideri Boris Yeltsin, taleyin zərbəsi altında əzilməyən və Bakıya qayıdan Heydər Əliyev çox canlı təsvir olunmuşdur. Mixail Qorbaçov isə ölkəsinə demokratiya gətirə bilməyən lider, kommunizmin dağıdıcısı, sistemi reforma etməyə çalışan sosial-demokrat kimi deyil, öz səlahiyyətlərinin böyüklüyünü anlaya bilməyən, zəif iradəli adam, gəmini idarə edə bilməyib dayazlığa oturdan kapitan kimi göstərilir. 91-ci ilin avqust hadisələri hələ də siyasətçlərin mübahisələrinə səbəb olur. Abdullayevin bu barədə öz fikri vardır. Subyektiv səhvlər və obyektiv olaraq ölkənin parçalanması – bu vəziyyətdə geriyə dönüş mümkün deyildi.

Bu beşcildlik kitab yalnız tarixlə maraqlanan alim və siyasətçilər üçün nəzərdə tutulmuş elmi əsər deyil. Bu, son illər  Çingiz Abdullayevin çox müvəffəqiyyətlə işlədiyi  siyasi detektiv janrında yazılmış kitabdır. Ola bilsin ki, gələcəkdə bu kitabı 90-cı illərin əvvəllərində dünyanın 1/6 hissəsində nə baş verdiyini anlamaq istəyən ali məktəb tələbələrinə dərslik kimi tövsiyə edəcəklər.

Əgər azərbaycanlı yazıçı bundan başqa heç bir əsər yazmasaydı belə, yenə də müasir dövrün ən görkəmli yazıçıları arasında öz yerini tapmış olardı. Müxtəlif janrlarda yazılmış 200-ə yaxın romanı isə onun istedadının qeyri-adi enerjisindən xəbər verir.

Üçcildli “Duşequb” (“Душегуб”) əsəri manyakın psixologiyasına bələd olma dərinliyi ilə valeh edir. Dünya ədəbiyyatında ilk dəfə olaraq onu manyaka çevirən psixoloji problemlərdən əziyyət çəkən professor, elmlər doktoru, institut rəhbəri obrazı göstərilmişdir. Cinayətkar sanki iki fərqli adama çevrilir. O, bir tərəfdən öz əməllərinin nə qədər çirkin olduğunu anlayır, digər tərəfdən isə dayana bilmir. Əsərdə Çingiz Abdullayev bu cür ziddiyətli və faciəvi obraz yaradaraq məşhur rus yazıçısı Fyodor Dostoyevskinin davamçısı kimi çıxış edir. O həm də bu cinayətləri qınamır, onların psixoloji əsaslarını araşdırır.

Digər bir epopeya “Adeptı stuji (“Адепты стужи”) bizi xüsusi xidmətin sehirli dünyasına aparır ki, burada da özünəməxsus şərəf, yaxşılıq, pislik, xəyanət anlayışları var. Dörd kitabda Çingiz Abdullayev bu dünyanı, sanki tərs üzünə çevirir, eyni zamanda həm canlarından keçməyə hazır olan insanları göstərir, həm də həmin insanların ən pis cəhətlərini. Bu, bizə çox az məlum olan sirli həyatın əsl ensiklopediyasıdır.

Ötən il çap olunmuş beş yeni romanı Çingiz Abdullayevin sönməz istedadının nümunəsidir. O, müxtəlif mövzulara toxunur, müxtəlif janrlarda yazır: siyasi detektivdən klassik tarixi səhnələrə qədər casus trillerlərindən psixoloji romanlaradək. Bir şey dəyişməz qalır: onun kitabları əsl oxucu marağı yaradır, müxtəlif dillərə tərcümə olunur və dünyanın hər bir tərəfində həvəslə oxunur.

Azərbaycanlı yazıçının insan orqanizminin imkanları xaricində olan əməksevərliyini qeyd etməmək olmaz. Bu qədər yüksək səviyyəli əsər yaradaraq milyonlarla oxucusunu qəhrəmanları ilə birlikdə gülməyə və ağlamağa ancaq inanılmaz istedada malik müəllif vadar edə bilər.

O, çoxdan bütün dünyada tanınmışdır. Azərbaycanlı yazıçının kitablarına ayrılmış rəflər olan şəhərləri sadalamaqla qurtarmaz. Onun aldığı Tudor Argezi mükafatı Çingiz Abdullayevi keçən əsrin ən layiqli yazıçıları ilə bir cərgəyə qoyur.

On dörd beynəlxalq mükafatın laureatı hesab edir ki, müəllif, ilk növbədə öz vətənində, öz ölkəsində tanınmalıdır. Ölkəsində verilən ən yüksək “Xalq yazıçısı” adını 45 yaşında alan Çingiz Abdullayev təməlini hələ orta əsrlərdən – bəşəriyyətə öz ədəbi irsini qoyub gedən poetik fikir titanları dövründən götürən Azərbaycan ədəbiyyatında bu adı qazanan ən cavan yazıçı olmuşdur.

Bizim günlərimizdə insanlara maraqlı olan kitablar yaradan, ədəbiyyatın dağılması haqqında yayılan tezisləri inkar etməyi bacaran, bütün dünyada milyonlarla insanı onun həqiqətlərinə inanmağa məcbur etməyi bacarmış azərbaycanlı yazıçı öz pərəstişkarlarını yeni kitablarla sevindirməkdə davam edir. Yalnız arzulamaq qalır ki, o, intensiv çalışmasını davam etdirsin, çünki aydındır ki, o, başqa cür bacarmır, oxucular isə onun əsərlərini oxuyaraq ləzzət almaqda davam etsinlər”.

Ukraynalı Andrey Bondar Çingiz Abdullayev haqqında rəy yazarkən işlətdiyi və məni çox sevindirən bir cümləni onun yazdığı rəyin tərcüməsində axtarmağı sizin ixtiyarınıza buraxıram. Bu rəyi oxuyun, həmin cümləni tapın və fəxr edin ki, xalqımızın belə dahi, müdrik, əməksevər, ləyaqətli, xalqına və dövlətinə sadiq yazıçısı var. Biz çox vaxt belə ali dəyərləri ona görə zamanında qiymətləndirə bilmirik ki, bu dəyərlərin sahibi bizim aramızdadır, biz onun ucalığını görə bilmirik, sanki bunun üçün uzaqlaşmaq və onun şəxsiyyət zirvəsini görmək lazımdır. Əslində, belə deyil. Biz öz ədiblərimizin əsərlərini oxumalı, əxz etməliyik. Hər bir əsər, eyni zamanda, yazıçının şəxsiyyətinin inikas forması olduğunu bilməliyik.

Çingiz Abdullayev Avropa yazıçıları arasında seçilirdi...

Əvvəl-əvvəl bu azərbaycanlını “Literaturnıy ekspress”ə (“Ədəbi ekspress”) gətirən hansı təsadüf oldu sualı yaranırdısa, sonralar hər bir Avropa şəhərində yeni tikilmiş jileti, bahalı qalstuk və sancağı, hətta həmin rəngdə burun dəsmalı olan təptəzə kostyumda çıxan Çingiz hamını heyrətləndirirdi. Polşanın Malbork şəhərində, harda ki, hətta fin xanımı Anni Sumari və ya bolqar Virginiya Zaxariyeva çemodanlarının dərinliklərindən çıxmış və əzik paltarlarda qəbula gəldikləri halda, slovakiyalı yazıçı Peter Piştyanek elə mülahizə irəli sürmüşdü ki, Çingiz bu kostyumları yolda tikir. Madridin “Trip” otelindən Bordonun “Meriadek” otelinə getməyə hazırlaşanda o özünə dərzidə kostyum sifariş etdi. Köhnəsini isə Madriddəki otelin işçisinə bağışladı, çünki hər birimizin yalnız bir çemodan götürməyə icazəsi var idi. O, Parisin “Hilton” otelində də, Bordoda da, Brüsselin “Prins de Ling” otelində də özünə təzə kostyum sifariş etdi və beləliklə, Berlinə çatana qədər hər yerdə eyni hərəkəti təkrarladı. Yeni şəhər – yeni kostyum. Biz onun yanında dilənçi kimi görünürdük. Onun kitablarının tərcümələri milyonluq tirajlarla çap olunurdu.

Lissabonda biz onu DTK polkovnikinə oxşatdıq – bir qədər kino qəhrəmanı kimi görünürdü. Ümumiyyətlə, Çingiz çox ürəyiyumşaq, eleqant, açıqürəkli, gözəl görünüşlü idi... onun müsbət cəhətlərindən sonsuza qədər danışmaq olar. Restoranda o, adətən masaya yaxınlaşaraq hazırcavablığını nümayiş etdirir, lazım gəldikdə kimisə sakitləşdirir, həyat haqqında nikbin söhbətlər edir, sonra isə barda nəzakətlə hamının hesabını ödəyirdi.

Rusiyalı həmkarlarımızdan öyrəndik ki, o öz qazancının bir hissəsini Dağlıq Qarabağdan olan uşaqlara kömək üçün xərcləyir. O özünü çox sadə və dost kimi aparırdı. Həyat onun üçün bir qədər uzanmış kubar ziyafət idi. O, gözəl ətirləri də xoşlayırdı! Şair Yozef Qrubi Brüssel küçələrində gəzişərək yeni şeirlərini beynində canlandırdığı anda ətrafa gözəl ətir yayıldı. Yozef diqqətlə baxdıqda 30 metr aralıqda ətirlənmiş bu azərbaycanlının gəzdiyini gördü.

Çingiz Abdullayev, Çingiz – xan, Çingiz – bəy, Çingiz – ağa mələyə oxşamır, lakin o, Ələddin haqqında ərəb nağıllarındakı cinə bənzəyir. Nəzakətli kavaler, çox populyar və məhsuldar prozaik, xeyirxah, alicənab, sentimental, cəlbedici, təsirli, ətir tanrısı. Onu incitmək, xətrinə dəymək çox asandır, o özü isə milçəyi belə incitməyib. Bəzən adama elə gəlir ki, o, bütün mümkün olan kəşfiyyat idarələrinin rezidentidir – “Ştazi”, DTK, “Sekuritate”dən MKİ, FTX, “Mossad”a qədər. O, bizim Avropaya avanturalı səyahətimizdən roman yazarsa, bundan Böyük və Kiçik Avrasiya, Kuril adaları, Saxalin, Kamçatka, Frans-İosif torpaqlarına qədər hamı xəbər tutar.

Onun ədalət və bərabərhüquqluluq haqqında mülahizələri ilə kübar adətləri çox möcüzəli şəkildə üst-üstə düşür. Bizdə onu hamı oxuyur – fəhlədən akademikə qədər – metroda, tramvayda, trolleybusda. O, birlikdə götürülmüş Şekspir, Puşkin, Höte və Balzakdan daha populyardır. Onu tez-tez haqlı olaraq Çingiz Aytmatovla səhv salırlar. Onun ədəbi bənzəri yoxdur. Mən onun qədər geniş qəlbə sahib olmaq və onun yazdığı qədər roman müəllifi olmaq istəyirəm. Lakin nə birincisi, nə də ikincisi yoxdur.

Rumıniyadan olan professor Dimitri Belanın Çingiz Abdullayev haqqında yazdığı fikirlər də çox maraqlıdır.

Çingiz Abdullayev və ya oxumaq sevinci

Mən hələ uşaq vaxtlarından kəskin süjetli və macəra romanlarını böyük maraqla oxuyuram. İkinci Dünya müharibəsi dövründə məktəbdə oxuyarkən dünya ədəbiyyatı nümunələrindən olan Bibliyanı oxumuşdum. Kitablara olan həvəs məni gənc yaşlarımda, liseydə oxuyarkən də tərk etmirdi, baxmayaraq ki, həmin illərdə mən itkilərə məruz qaldım, çünki həm müəllimlər (mənim dərs vaxtı kitab oxumaq adətim var idi), həm də U.T.M. təşkilatının yorulmaz rəhbərləri “dəyərini itirmiş” və “imperializmi məhv edən ədəbiyyat”la mübarizə apararaq bu kitabları əlimdəm alırdılar. Edqar Alan Po, Artur Konan Doyl, Moris Leblan, Qaston Leru, Daşiyel Hammet, Ceyms Çeyz kimi məşhur yazıçıların əsərləri məni filoloji təhsil almağa sövq etdi. O vaxtdan yarım əsrə yaxın vaxt keçdikdən sonra mən özüm də buna bənzər kitabları tərcümə etmişdim və rusiyalı kəskin süjetli romanların müəllifləri Arkadi və Georgi Vayner qardaşları və Leonid Slovinin qonağı olmuşdum. Keçmiş sövet ölkəsinin yazıçısı, ədəbi sözün mahir ustası olan Çingiz Abdullayevlə tanış olmaq da mənə nəsib omuşdur. O, öz orjinallığı və canlı artistizmi ilə sübut edir ki, keyfiyyətli romanlar, nəinki köhnəlmir, hətta, əksinə, intelektuallar elitası olan ən seçmə və xüsusi tərbiyəli oxucuların diqqətini cəlb edir.

Çingiz Abdullayevin dünya şöhrətinə və əsərlərinin Rusiya, Fransa, İsveç, ABŞ, Bolqarıstan, Serbiya, Latviya, Litva, Türkiyə, İsrail, Norveç, Gürcüstan kimi ölkələrdə marağa səbəb olaraq 18 dilə tərcümə olunmasına baxmayaraq, Rumıniyada onun əsərləri hələ indi çap olunmağa başlayır. Ona görə də yazıçının bəzi əsərlərini və bioqrafik məqamlarını nəzərinizə çatdırmağı lazım bildim.

Çingiz Arif oğlu Abdullayev 1959-cu il aprelin 7 də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası uzun illər ərzində Vəkilllər Kollegiyası Rəyasət Heyətinin sədri, anası – Universitet rektoru olmuşdur. 1976-cı ildə məktəbi bitirdikdən sonra Çingiz Abdullayev atasının yolunu davam etdirərək BDU-nun hüquq fakültəsinə qəbul oldu. 1985-ci ildə, həmçinin sosiologiya fakültəsini də bitirdi. 1992-ci ildən etibarən hüquq elmləri doktorudur. Hal-hazırda o, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubunun prezidenti, Beynəlxalq Ədəbi Fondun həmsədridir.

Onun həyatı avtobioqrafik romanın əsasını təşkil edə biləcək qədər maraqlı və qeyri-adi hadisələrlə zəngindir. Onun 1988-ci ildə çap olunmuş ilk “Mavi mələklər” (“Голубые ангелы”) macəra romanı DTK-da saxlanılırdı və bir çox məxfi məlumatları əks etdirdiyinə görə nəşri qadağan olunmuşdu. Sonralar roman böyük müvəffəqiyyət qazandığı üçün dəfələrlə böyük tirajlarla nəşr olunmuşdu.

Bu gün Çingiz Abdullayev Onore de Balzak və ya Aleksandr Düma ilə müqayisə oluna biləcək qədər məşhur yazıçıdır. Onun haqqında əfsanələr yazılır. Uzun illər ərzində o, çox məhsuldar və çoxsahəli əməyi nəticəsində 87 roman və hekayədən ibarət müasir həyatın epopeyasını yaratmışdır. Onun kitabları arasında siyasi detektivlərə, tarixi romanlara, cinayət hadisələrinə, sosial-psixoloji dramlara rast gəlmək olar. O, iyirmi milyondan çox tirajla nəşr olunmuş kitabların müəllifdir. Onun bəzi əsərlərinin əsasında kinofilmlər çəkilmişdir. Onun Dronqoya həsr olunmuş roman və hekayələr silsiləsi “Cinayət komediyası” (“Криминальная комедия”) adlanır. Onların arasında İnsan ovu” (“Охота на человека”), “Peşəkarlar üçün oyunlar” (“Игры для профессионалов”), “Dünyanın sonunu gözləyək” (“В ожидании Апокалипсиса”), “Məntiqin qaydaları” (“Правила логики”), “Əclafların qanunu” (“Закон негодяев”), “Nifrət okeanı” (“Океан ненависти”), “Qaranlıq simfoniyası” (“Симфония тьмы”), “Qanın üçü rəngi” (“Три цвета крови”), “Qaniçənlər aynası” (“Зеркало вампиров”), “Cəlladın müdrikliyi” (“Мудрость палача”), “Monte-Mario təpəsində ölüm” (“Смерть на холме Монте-Марио”), “Qorqonanın baxışı” (“Взгляд Горгоны”) əsərləri vardır.

Gizli agentlər, xüsusilə də DTK haqqında romanlar silsiləsindən “Günəşin altında qaranlıq” (“Мрак под Солнцем”) 1989-cu ildə ölkəmizdə baş verən dramatik hadisələri əks etdirdiyi üçün daha çox maraq doğurur. Burada reallıqla macəranı fərqləndirmək mümkün deyil, son vaxtlar haqqında çox yazılmış hakimiyyətdə olan şəxslər uydurma personajlarla əlbir hərəkət edirlər. Bəzən rumın inqilabının əvvəllər məlum olmayan sənədləri və bu inqilabın sirrini açan yeni fərziyyələri irəli sürülür. Ona görə də müəllifin həmin illər bu kitabın Rumıniya və Moldovada çap olunmasına qadağa qoyulduğunu qeyd etməsi başa düşüləndir.

Aqata Kristinin romanlarında belçikalı detektiv Erkül Puaro, Jorj Simenonun romanlarında – komissar Meqre, Raymond Çandlerin romanlarında – detektiv Filip Marlov olduğu kimi, Çingiz Abdullayevin romanlarının çoxunda baş qəhrəman detektiv və ya çox vaxt ekspert adlandırılan Dronqo olur.

Başqa ölkələrdən olan həmkarları kimi Dronqo da ləyaqətli, fərasətli, ziyalı, ağıllı, diqqətli, yumor hissinə malik adamdır. Tanınmış detektiv olduğu üçün ona böyük tələbat var, onunla həm rusiya oliqarxları, həm də keçid dövrünün milyaderləri maraqlanır. Konan Doylun əsərlərində Şertlok Holmsa doktor Vatson kömək etdiyi kimi, Çingiz Abdullayevin Dronqosunun da köməyinə latviyalı Edqar Veydemanis çatır.

Bəzən Dronqo xüsusi detektiv Krujkova da müraciət edir. Lakin nə Veydemanis, nə də Krujkov hadisələrin gedişatına təsir göstərmir, bir növ kapitan Xastinq kimi Aqata Kristinin Puaro haqqında romanlarının Sanço Pançosudurlar.

Abdullayevin yazdığı hadisələr sosial-siyasi və psixoloji nöqteyi-nəzərdən də gerçəyə uyğundur, personajları da müasir dövrün insanları olub, özlərini çox sərbəst aparırlar, Rusiya və Avropa cəmiyyətlərini əks etdirirlər. Müəllif cinayətin sosial və psixoloji tərəflərinə xüsusi diqqət yetirərək, gözlənilmədən baş verən və tapmacalar sırasına əsaslanan, həllini yalnız romanın sonunda tapan hadisələri də diqqətsiz qoymur. Fərziyyələr və tapmacalarla dolu romanlar oxucuları daha çox cəlb edir, instintaqın məntiqi nəticələri isə onların açılmasına ipucu olur.

Əslində, Dronqo müəllifin ikinci “mən”idir, o, həmsöhbətlərini dinləməyi, anlamağı, hiss etməyi bacarır. Müəllif təkcə cinayətlərin probleminə əsaslanmır, həm də cinayətin mənəvi vəziyyətini əks etdirir. Dronqo ilə birlikdə hər bir personaj özünün həqiqi və ya qeyri-real əhvalatı ilə bütöv səhnənin yaradılmasında bilavasitə iştirak edir və sonda aşkara çıxan hadisə əsərə heyranedici xarakter verir. Baş qəhrəmanın özünü hər bir cəmiyyətdə sərbəst apara bimə bacarığı, əminliklə və adətən, yumor hissi ilə qətl, oğurluq və quldurluq hadisələrini aça bilmə qabiliyyəti Dronqonu Avqust Düpon, Şerlok Holms, komissar Meqre, Erkül Puaro kimi detektivlərlə bir sıraya qoyur.

Dronqo haqqında romanlar yeni növ romanların modeli olub həyatdan götürülmüş real sənədlərə əsaslanmış həyəcanlı hadisələrlə dolu postsovet və hazırki Rusiya reallığını əks etdirir.

Çingiz Abdullayevin romanları daha dərin psixoloji analiz və mənəvi düşüncə incəliyi, qısa və dəqiq tərzi ilə seçilir. Çingiz Abdullayevin hər bir əsəri XXI əsrin əvvəlində kitabın hələ də verə biləcəyi zövqü yaşadır. Şübhəsiz ki, bu kitab da məşhur müasir yazıçılar Jorj Vilye, Con La Karre, Umberto Ekonun bestselləri ilə yanaşı öz yerini tapacaq”.

Çingiz Abdullayevin əsərlərinin ekranlaşdırılması haqqında aşağıdakıları qeyd etmək istərdim.

2002-ci ildə Rusiya kinematoqrafçıları tərəfindən “Dronqo” serialı çəkilib. Bu filmin əsasında Çingiz Abdullayevin üç əsəri durur. Filmin rejisoru Zinovi Royzman olub və baş rolda İvar Kalnınış çəkilib. Filmin çəkilişi iki il davam edib və Müstəqil Dövlətlər Birliyinin 7 ölkəsindən 400 aktyor iştirak edib. Filmin ümumi büdcəsi 1,5 milyon dollar səviyyəsində olub. Filmin janrı analitik detektivdir.

2003-cü ildə Rusiyada Vladimir Krasnopolskinin və Valeri Uskonun rejisoru olduğu “Lisenziyasız xəfiyyə” televiziya serialı çəkilib. Bu serial Çingiz Abdullayevin “Manyakın idrakı”, “Yol verilən yanlışlıq” “Əclafın stili”, “Yekun diaqnoz”, “Bir dəfə milleniumda” adlı romanları əsasında çəkilib. Bu serial 2015-ci ildə Belarus kanalında transliyasiya olunub.

2007-ci ildə Çingiz Abdullayevin “Məhkumların cənnəti” adlı romanı əsasında çəkilmiş film Azərbaycan ekranına çıxarılıb. Film IX Bakı Beynəlxalq “Şərq-Qərq” kinofestivalının açılış mərasimində təqdim olunub. Filmin rejissoru Mehriban Ələkbərzadədir.

2011-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və ”Sadrafilm” İran kinostudiyasının dəstəyi ilə Çingiz Abdullayevin əsəri əsasında “Alt-üst olmuş dünya” filmi çəkilib. Filmin rejisoru Həsən Əblucdur. Baş rollarda Rasim Balayev, Fuad Poladov və məşhur İran aktyoru Mahamməd Firuton çəkilib. Filmin çəkilişləri Gəncədə, Tehranda və Ənzəlidə aparılıb.

Rejissor Yavər Rzaev Çingiz Abdullayevin “Quba kapriççiosu” romanı əsasında “Xeyir və Şərin rəqsi” filmini çəkib. Bu film 2017-ci ildə Azərbaycan tamaşaçılarına təqdim olunub.

Hörmətli oxucular!

Çingiz Abdullayevin yaradıcılığında tarixi həqiqətlərə dəqiq və qərəzsiz baxışın ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu var. Qeyd edim ki, məkrli düşmənlərimizdə Çingiz Abdullayev kimi dahi, dünyanın qəbul etdiyi və sevdiyi yazıçılar olmadığına görə onlar dünyada nəşr olunan və çoxtirajlı kitablarda tarixi həqiqətləri saxtalaşdıraraq özlərini qədim, əzilən, yüksək mədəniyyətli xalq kimi göstərməyə çalışırlar. Bu haqda iki misal. 2016-cı il aprelin 19-da ABŞ-da Nyu-Yorkda “Universe Publishing” nəşriyyatında fransız müəllif Jean Damin Lesayın “Dünyanın min ən yaxşı futbol klubu” adlı kitab ingilis dilində nəşr olunub, 2017-ci ildə Moskvanın “Eksmo” nəşriyyatı kitabı rus dilində çap etdirib. Bu kitab dünyanın futbol sevərləri üçün ensiklopedik mənbədir. Kitabın 139-cu səhifəsində dünyanın 100 yaxşı futbol klubu arasında Azərbaycanın iki futbol klubunun adı var: “Neftçi” və “Qarabağ”. Bu barədə verilın məlumatdakı qəsdən yanlışlıq isə təəssüf doğurur. “Qarabağ” haqqında məlumat belədir:

“Ağdamın “Qarabağ” futbol klubu “Çaparlar” 1951-ci ildə yaradılıb. Stadion “Tofiq Bəhramov adına Respublika stadionu” (Bakı).

“Qarabağ” futbol klubu 1992-ci ildə yaradıldığı vaxtdan Azərbaycan çempionatında oynayır və onu iki dəfə udub (1993, 2014). Baxmayaraq ki, klubun doğma şəhəri Bakıdır (harda ki, onlar paytaxtın ən böyük stadionunda oynayırlar), bu populyar klub Dağlıq Qarabağ xalqını təmsil edir, hansı ki, bu regiona Ermənistan və Azərbaycan iddialıdır”.

Hörmətli oxucular!

Əvəla, siz də yaxşı bilirsiniz ki, “Dağlıq Qarabağ” adlı xalq yoxdur və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Digər tərəfdən, Ağdamın Dağlıq Qarabağa nə aidiyyatı var? Burada erməni məkrinin gələcəyə hesablanmış niyyəti gizlənir. Yüz milyonlarla oxucusu olan kitabın bütün dünyada Azərbaycan haqqında yanlış təsəvvürün formalaşmasına təsiri bir neçə yüz, ən yaxşı halda, bir neçə min nüsxə çap olunmuş əsl həqiqəti əks etdirən elmi əsərlərlə müqayisədə ölçüsüzdür.

İkinci misal: Deniel Erqinin ingilis dilində yazdığı “THE PRİZE. THE EPIC QUEST FOR OİL, MONEY POWER” (“Hasilat, neft, pul və hakimiyyət uğrunda dünya mübarizə tarixi”) adlı kitab 1991, 1992, 2008, 2001-ci illərdə təkrar nəşr olunub. İngilis dilindən rus dilinə tərcümə olunub, 2011-ci ildə Moskvada “Alpina Pablişer” nəşriyyatında çap olunub. Kitabın 67-ci səhifəsində yazılıb:

“1873-cü ilin martında səyahət Roberti Bakıya gətirib çıxardı. O vaxt şəhər Qərb və Şərq arasında ticarətin çoxdilli iri ticarət mərkəzi olmasına baxmayaraq, yenə də öz minarələri, fars şahlarının məscidləri ilə Asiyanın bir hissəsi olaraq qalırdı, əhalisi isə tatarlar, farslar və ermənilərdən ibarət idi”. Göründüyü kimi, Bakının əhalisi arasında azərbaycanlıların adı verilməyib.

Müəllif kitabın 206, 207, 208, 223, 224 səhifələrində Qalust Gülbenkyanı neft maqnatı kimi tərənnüm edir. Lakin bir nəfər də olsun azərbaycanlı neft maqnatının adını çəkmir.

Milyonlarla əcnəbi oxucu Çingiz Abdullayevin əsərlərini oxumaqla Azərbaycana aid dəqiq məlumatlarla da tanış olur. Azərbaycan, onun paytaxtı Bakının hansı xalqa məxsus olduğunu, onun tarixini, mədəniyyətini öyrənir.

Mərhum yazıçımız Vaqif Səmədoğlu Çingiz Abdullayev haqqında belə deyib:

“Hal-hazırda o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm... Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını son dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa və fəxr etməyə tam haqqımız var”.

Rumıniyalı general-polkovnik Stenkulesku Çingiz Abdullayevin rus dilindən rumın dilinə tərcümə etdiyi “Günəş altında zülmət” romanı haqqında belə yazır:

"Çingiz Abdullayevin “Günəş altında zülmət” (“Мрак под солнцем”) romanını rumıniyalı oxuculara rus dilindən tərcümədə təqdim etmək mənim üçün olduqca maraqlı və xoşdur. Tərcümədə orijinal mətnin hər sözünə, ifadəsinə xüsusi diqqət yetirilmiş, mətn tərcüməçi qeydləri ilə zənginləşdirilmiş, hətta baş qəhrəmanların real həyatdakı adları da açıqlanmışdır.

Sosialist sisteminin dağılması və Maltada ABŞ prezidenti Buşla Qorbaçov arasında Anlaşma imzalanmasından sonra DTK-nın fəaliyyəti maraqlı epizodlar şəklində romanda öz əksini tapmışdır. Əsas əməliyyat o vaxta qədər, yəni 90-ci illərdə, Kubada SSRİ tərəfindən idarə olunan sonuncu kommunist bastionunu oyundan kənarlaşdırmaq cəhdidir.

Baş qəhrəmanlar keçmiş məxfi xidmət orqanları, əsasən DTK işçiləridir. Romanda hadisələri, məkanları, məqam və personajları təsvir edən müəllif də onların arasında yer alır. Personajlar bəzi Avropa, Cənubi Amerika ölkələri ərazisində və sonda Kubada bir neçə ölkənin məxfi xidmət orqanları arasında aparılan səssiz savaş (yeraltı müharibə) zamanı rastlaşırlar. Əsərin son hadisələri Kubada baş verir.

Bizlər, rumıniyalı oxucular üçün əsərdəki toqquşmalar, ifşalar, həqiqətin görünməyən tərəflərini üzə çıxaran məqamlar xüsusilə maraqlıdır. O həqiqət ki, 1989-cu ilin dekabr hadisələri iştirakçılarına da bəlli deyildi və 18 il keçməsinə baxmayaraq, hələ də təkidlə açılması gözlənilir!

Roman ilk səhifələrindən “Hökmdar”, “Markiz”, yaxud “Məmur” adları altında gizlənən bəzi casusları ifşa edir, “8796 agentliyinin dosyesi” adı altında bir sıra mühüm sənədləri üzə çıxarır. Bu casusların çoxu DTK-də, Rusiya məxfi xidmət orqanlarında, yaxud Baş Kəşfiyyat İdarəsi, Rus ordusunun məxfi xidmətində çalışıb, 89-90-cı illərdə aparılan yenidənqurma işlərində iştirak edib. Baş Kəşfiyyat İdarəsinin fəal üzvlərindən olan müəllif dəyişikliklərdən bəhs edərkən keçmiş əlaqələrin “indiki dostlar keçmiş düşmənlərimiz, keçmiş düşmənlərimiz isə indiki dostlarımızdır” prinsipi əsasında yenilənməsini zəlzələdən sonrakı yerdəyişməyə bənzədir.

Müəllif, həmçinin o dövrdə rus ordusunun müxtəlif kəşfiyyat qrupları (Baş Kəşfiyyat İdarəsi) və məxfi xidmət orqanları (DTK) arasında baş verən münaqişələrə, onların şəklinə diqqət çəkir.

Bizlər üçün roman şok ilə – 1989-cu ilin dekabr ayında Rumıniyada cərəyan edən hadisələrin qısa təsviri ilə başlayır. Bu hadisələri müəllif bizim ərazimizdə, əsasən də Buxarest və Timişoara şəhərlərində fəaliyyət göstərən casusun dili ilə “89-cu il dekabr üsyanı” adlandırır.

“Dosye 8796. “Hökmdar” – roman bu başlıq altında ilk səhifəsindən etibarən bəzi kütləvi hərəkatlara səbəb ola biləcək məqamları, Çauşesku rejiminin çox ciddi müxalifətlə üzləşməsini işıqlandırır və general-polkovnik Stenkuleskuya, onun müəyyən şəraitdə çevriliş edə biləcəyinə, ölkədə sol təmayüllü diktatura qura biləcəyinə dair kiçik təsəvvür yaradır.

Bir faktı da qeyd etmək lazımdır ki, bəzi xüsusi qruplar Rumıniyaya ovaxtkı DTK-nın sədri Kryuçkovun əmri ilə gəlmişdi. Onların fəaliyyətində məxfiliyin qorunması məqsədilə “Rumıniya səfəri barədə heç kəsin – nə Buxarestdəki sovet səfirinin, nə də DTK-nın Rumıniya rezidentinin xəbərdar edilməməsi” faktı məxsusi olaraq vurğulanmışdır. Beləliklə, bu hadisələr haqqında, hətta bizim belə, yalnız uzun zaman sonra məlumat əldə edə bilməyimizə haqq qazandıran ciddi bir arqument ortaya çıxmış olur.

Onların missiyası “Təsəvvür edirsənmi, sənin adamlarından biri səhvə yol versə, yaxud körpü altından cəsədi tapılsa, bütün dünyadakı qəzetlər bu barədə nə yazar...” sözlərində ifadə olunmuşdur. Bu, qarışıqlıq yaratmaq məqsədilə təxribat törətmək, yaxud mitinqdə iştirak edən kütləyə qarışmaq kimi bəzi tapşırıqların yerinə yetirilməsidir.

Çauşeskunu, daha az nifrət edilən və daha çox ölkəsinə sadiq biri ilə əvəz etmək naminə ölkəmizdə çalışan casusların ifadələrindən tapşırıqların məzmununu anlayıb yadda saxlamaq lazımdır. Dialoq zamanı onlardan Rumıniyada fəaliyyət göstərən bəziləri bu kimi ifadələr də işlədir: “Çauşesku cütlüyünün fiziki kənarlaşdırılmasına dair ehtimalınız varmı?”, yaxud “Bizim annalistlər bu ehtimalı da istisna etmirlər”.

“Xatirələr”də “Məmur” adlı qrupun polis bölmələrinə qoşulmasından bəhs edilir. “Məmür”un üzvləri rumın manifestçilərə atəş açmaqla onları mövcud quruluşa qarşı daha dinamik şəkildə etiraz etməyə təhrik edirlər.

Rumıniyanın kommunist rəhbərlərinin, həmçinin Çauşesku cütlüyünün devrilməsi xüsusi dəqiqliklə təsvir edilmişdir.

Romanın əsas hissəsində müəllif Kubada Kastro rejiminin devrilməsi, onun öldürülməsi kimi mühüm hadisələrin necə təşkil və idarə edilməsini “Ceyms Bond” üslubu ilə təsvir edir. Bu hadisələr əvvəl İspaniyada başlayır, sonra Fransa, İngiltərə, Meksika, Kolumbiyada cərəyan edir. Hətta keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin casusu, polkovnik Paul Biksbi də onların iştirakçısına çevrilir.

Müəllif, həmçinin dünyanın böyük şəhərlərini maraqlı şəkildə tərənnüm edir. O, Nyu-Yorku “XX əsrin sonlarının mədəniyyət paytaxtı”, Los-Ancelesi “dünya kinematoqrafiyasının paytaxtı”, Vyana, Roma, Madrid şəhərlərini “insan dahiliyinin möhtəşəm monumentləri ilə” zəngin diyarı, Parisi isə “sevgililər şəhəri, eşq, ətir, gözəl dərzilər, füsünkar qadınlar və güclü kişilər paytaxtı” adlandırır.

Əsərdə Çauşesku cütlüyünün edam edildiyi yerdə, Tırqoviştedə baş verən hadisələr təsvir edilir, bununla yanaşı, İngiltərədə I Karl, XIX Lüdoviklə xanımı və çoxsaylı Fransa zadəganları, ailəsi ilə birgə Rusiya çarı kimi bəzi “inqilab naminə” öldürülən baş qəhrəmanların adları anılır.

Real və saxta həyatın dahiyanə sintezindən yaranan romanın sonlara yaxın Fidel Kastronun bir şəxsiyyət kimi malik olduğu əhəmiyyətli xüsusiyyətləri də qeyd olunur.

Romandakı real və uydurulmuş hadisələr, Amerika filmlərində olduğu kimi, “happy end”lə Kuba şəhərində başa çatır. Əsər birnəfəsə maraqla oxunur və “Günəş altında zülmət”, guman ki, 1989-cu ildə Rumıniyada fəaliyyat göstərən DTK qrupunun keçirdiyi əməliyyatın kod adıdır. Əməliyyatda müəllifin özünün də iştirakı istisna edilmir.

Düşünürəm ki, romandakı tarixi hadisələrin şahidləri, həmçinin indiki cavan nəslin nümayəndələri daha yaxşı anlayacaqlar ki, dünənki müttəfiqlər zamanla potensial rəqiblərə, dünənki rəqiblər isə yeni partnyorlara çevrilə bilər.

Mən, şəxsən tanımadığım müəllifə, Rumıniyaya, 1989-cu ilin dekabr hadisələrinə və mənim personama göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm.

Çingiz Abdullayevin “Avropanın opponentləri” romanı haqqında rəy yazmış rumın yazıçısı, ədəbiyyatşünas, politoloq Muyo Musaqiçin (rəy Belqradda, 2015-ci ildə yazılıb) fikirləri də çox maraqlıdır. Burada yazıçı təhlili, ədəbiyyatşünas yanaşması, politoloq dəyərləndirilməsi var. İndi həmin fikirləri təqdim edirəm.

“Əgər kriminal romanın xüsusi ədəbi janr, detektiv romanın isə bu ədəbi janrın xüsusi alt növü kimi qəbul edildiyini təsdiq edən ədəbi-nəzəri bəyanata əsaslansaq, onda “Avropanın opponentləri” kitabını oxuduqdan sonra dilemmasız və qeydsiz-şərtsiz demək olar ki, olduqca məhsuldar azərbaycanlı yazıçı Çingiz Abdullayevin bu romanı, sadəcə möhtəşəmdir. Əsər ədəbi və kinematoqrafik hekayənin bu növünün bütün elementlərini özündə birləşdirməklə, detektiv roman məktəbi üçün belə romanları necə yazmaq qaydasını göstərən əsl nümunədir. Gəlin, qısaca bu elementləri yada salaq:

- əlbəttə, detektiv romanda detektiv romanın əsas rəvayətçisidir, o, bir qayda olaraq, hətta ən mürəkkəb qətl və ya digər cinayət hadisələrinin üstünü çox bacarıqla açır, çünki o, qorxmazdır, ağıllıdır, təcrübəlidir, lazım olanda məntiqə və ya intuisiyaya arxalanır, o həm də cəsarətlidir, bacarıqlıdır, emosiyalara təslim olmur və əlbəttə ki, həmişə xeyirxahdır.

- detektiv romanlarda cinayət, demək olar ki, həmişə qüsursuz, həlli isə mümkünsüz görünür, cinayət bir neçə ehtimal olunan cinayətkarı, tez-tez də hansısa bir səbəbdən yalnış zamanda yalnış bir yerdə olan tamamilə günahsız insanları da şübhə altında qoyur.

- detektiv roman kriminal janrın alt növü kimi kütləvi mədəniyyət üçün xarakterik olan ədəbiyyat, komiks və ya filmdir, buna görə də nəzəriyyəçilər və ədəbi tənqidçilər ona xüsusi estetik dəyər vermir, lakin onlar bir faktı yaddan çıxarırlar ki, çoxları bu janrın banisi kimi ədəbiyyat nəhəngi Edgar Allan Pounu və onun “Morq küçəsindəki qətllər” (“Убийства на улице Морг”), “Oğurlanan məktub” (“Украденное письмо”), “Qızıl bӧсәк” (“Золотой жук”) və s. hekayələrini çox tez-tez xatırlayırlar.

- Burada Aqata Kristi, Jorj Simenon və ya Şerlok Holms, Ripa Kirbi və ya Çirkli Harri kimi digər məşhur müəlliflərin və bu janra aid roman personajlarının bəzilərinin adlarını da çəkmək lazımdır.

Ola bilər ki, giriş üçün bu fikirlərim artıq görünər amma əsaslandırılmış ifadələrdən istifadə edərək, kriminal və detektiv romanın əsas xüsusiyyətlərini qısaca yada salmaqda məqsədim – azərbaycanlı yazıçı Çingiz Abdullayevin romanının detektiv roman məktəbi üçün əsl nümunə olduğunu, bütün elementləri ilə bu janrın ədəbi nəsr yaradıcılığının geniş palitrasında xüsusi seçildiyini qeyd etməkdir.

Hər halda, bu, o qədər də gözlənilməz açıqlama və ya hansısa uydurma tərif deyil: bu kitabın arxasında son dərəcə zəngin həyat təcrübəsi və olduqca məhsuldar ədəbi yaradıcılığı olan müəllif durur və hətta niyyəti xoş olmayan oxucu belə Abdullayevin iç-içə hekayə labirintinə daxil olmazdan qabaq onun haqqını verməlidir. Bura bir faktı da əlavə etsək ki, söhbət Bosniya və Hersoqovinanm adi oxucusuna, adi vətəndaşına çox az, səthi məlum olan Azərbaycan yazıçısından gedir və bu cüzi bilik bir sıra stereotipdən və aprior mühakimədən ibarətdir, onda bu kitab əsasında belə bir nəticəyə gəlmək olar ki, bizim üçün dost olan ölkənin ədəbi yaradıcılığı ilə tanış olmağa daha çox imkanımız olacaq.

Gəlin, mənim şərhimin əsas mövzusu olan Çingiz Abdullayevin “Avropanın opponentləri” kitabına qayıdaq. Biz artıq dedik ki, o, əsl klassik detektiv roman nümunəsidir, ona görə də indi romanın quruluşunu analiz edək. İlk gözümə dəyən fakt o oldu ki, romanın rəvayətçisi yazıçının alter eqosudur (ikinci məni), çünki müəllifin öz şəxsi bioqrafiyasından vacib elementləri: savadlılıq, döyüşkən ruh, dünya və Avropa siyasi və ictimai imkanları ilə tanışlıq, tarix, bir neçə əcnəbi dil... bilgisi onda öz əksini tapıb. Artıq burada yazıçının məharəti hiss olunur: hekayənin belletristik xətti oxucu üçün daha inandırıcı, məntiqli, real və məqbul görünsün deyə, baş personajı ilə öz şəxsi xüsusiyyətlərini bölüşməsi çox təbii deyilmi?

Əlbəttə, baş personaj necə olursa-olsun, hekayənin tam quruluşu üçün kifayət deyil, buna görə də müəllif hadisələr şəbəkəsini genişləndirir, funksional surətdə hadisələrə qoşulan müxtəlif peşədən olan personajlardan əsl tapmaca yaradır. Bəzilərini yada salım: məşhur zinət əşyaları alverçisinin arvadı gənc və gözəl Madlen Brouçek, jurnalistlər Morzone və Xmayn, avrokomissar Frederik Qittens, Bolqarıstandan iki cavan qadın, rus evli cütlük Gennadi və Elina, holland siyasətçi Şurman və romanda ölümü əsaslı dramatik çevriliş yaradan, Avropa İttifaqı ilə danışıqlarda öz ölkəsini təmsil edən türk diplomat Məsud Sarqın. Əlbəttə, burada polislər də var, çünki polisin və polis agentlərinin iştirakı olmadan detektiv roman necə ola bilər? Romanda bunlar müfəttiş Kryuberqer və komissar Fon Zerberqdir. Türk diplomat Məsud Sarqının qətlindən sonrakı dramatik hadisələrə tab gətirə bilən bu personaj şəbəkəsində qətl və kriminal üzrə dünyaca məşhur ekspert romanın baş personajı Dronqo belə bir adi suala cavab tapmağa çalışır: kim, niyə və kimin sifarişi ilə Məsud Sarqını öldürdü?

Əvvəldən sonadək dramatizmlə dolu bu romanı oxuyarkən, türk diplomatın öldürüldüyü məqama çatanda, mən bir anlıq fikirləşdim ki, romanın adını, “MƏSUD SARQINI KİM ÖLDÜRDÜ? qoymaq olardı, çünki “Avropanın opponentləri” adı mənə çox jurnalistcə və siyasi cəhətdən aktual gəldi. Sonra məsuliyyətli oxucu kimi öz fikrimi dəyişməli oldum. Başa düşdüm ki, müəllif öz romanını qəsdən belə adlandırıb, çünki türk diplomatın ölümü Avropa İttifaqının genişləndirilməsi barədə gələcək diskusiyaların aparılmasının dayandırılmasına xidmət edir. Avroskeptiklər adlandırılan genişləndirmə əleyhinə olan opponentlər vahid Avropaya, ümumiyyətlə, inanmırlar və bəlkə də, bu, ABŞ, Çin və Rusiyaya qarşı strateji kontrapunkt kimi lazımdır. Onlar Avropanı “rənglilərdən”, başqa allahlara və etik dəyərlərə inananlardan qorumaq üçün öz ənənəvi dəyərlərinə sadiq qalan qoca, mehriban, xristian Avropası kimi görmək istəyirlər.

Mən bu detektiv romanın müəllifi Abdullayevin tarixi, müasir siyasi və ictimai quruluşlar haqqında necə dərin biliklərə malik olduğuna heyran qaldım. Romanın bəzi yerlərində baş personaj dünyaca məşhur Azərbaycan mənşəli DRONQO müasir Avropa və dünya siyasətinin sətiraltı mənalarının həqiqi kiçik təhlillərini aparır. Müharibə və ya iqtisadi yoxsulluğa məruz qalmış Əfqanıstan, İran, Suriya, Sudan, Efiopiya və digər ölkələrin qaçqınlarının ağır həyatının bütün dramatikliyini nəzərə alsaq, Avropada olan müasir siyasi vəziyyətin antisipasiyasını – hadisələrin qabaqcadan təyin edilməsini baş qəhrəmanın bəzi fikirlərindən anlamaq olar. Əlbəttə, bu siyasi mövzular geniş mənada işlənməyib, onlar ancaq bu romanda baş verən hadisələrin əsasını təşkil edir və sərhədlərini müəyyənləşdirir. Beləliklə də, daimi siyasi və iqtisadi böhranın hökm sürdüyü qeyri-sabit dövrdə romana siyasi müasirlik verir. Belçikada, Bryüqdə Avropanın birləşdirilməsinə həsr olunan beynəlxalq konfrans bir sıra qətl və teraktların dramatik səhnəsinə çevrilir. Burada məqsəd dinc və özünü təmin edən qoca Avropaya sarıların, qaraların, qıyıqgözlərin hücum etdiyini, burada altruizm və rəhmdillikdən deyil, vital fəhlə gücü çatışmadığı üçün proqmatik və iqtisadi səbəblərdən “bəzilərinin” onların ölkəyə girişinə icazə verməsidir. Qeyri-ixtiyari bu dramatik hadisələrin mərkəzinə düşən səriştəli Dronqo qətllərin sifarişçiləri və icraçılarının kimliyini öyrənməyə çalışır və beləcə, Bryüqqə gedən qatarda baş verən dramatik qətllərin motivlərini, məhz onun təcrübə və biliyi ilə çözə biləcəyindən qorxan qatillərin hədəfinə çevrilir, lakin öz fərasəti hesabına öz həyatına yönələn qəsddən qaça bilir, özünün də iştirak etdiyi vəziyyətləri və qətlə qarışa biləcək hər kəsi analiz edir. Personajların hamısının müəyyən mənada alibisi olsa da, onlar qatil olmasalar da, hərdən bəzi düyünlü situasiyalarda hamı şübhəli görünür. Lakin qətllər mükəmməl işlənib, onları yadplanetlilər yox, Bryüqq qatarındakı canlı adamlar və ya Avropa İttifaqını genişləndirməyə həsr edilən konfransın iştirakçıları törədiblər.

Roman sona yaxınlaşdıqca, dramatik hadisələr finala doğru getdikcə oxucu qeyri-ixtiyari gərginləşir və özü bir çox tapmacanı çözməyə çalışır, hətta əlində olsa, qatili tapmaq üçün sevinə-sevinə baş qəhrəmana yardım edər. Müfəttiş Dronqo başa düşəndə ki, qətl və terrorların fonu daha dərin, daha gizlidir, polis xidmətini və güclü siyasətçiləri, daha doğrusu, Avropa İttifaqının genişləndirilməsinə həsr olunan beynəlxalq kofransın baş sədri olacaq avrokomissar Frederik Qittenseni də əhatə edir. Təəssüf ki, mümkün ola bilən qatil və ya qatillər haqda bütün oxucu fərziyyələri puç olur. İndi artıq oxucu da tamam çaşır, çünki əsas müqəssir heç bir an da şübhə doğurmayan adamdır, amma hadisələr ən yüksək çevriliş həddinə çatmamış, romanın müəllifi özü hər şeyi yaxşıca izah edir.

Abdullayevin romanına bu təvazökar icmalı bitirməzdən əvvəl soyuqqanlı detektiv hekayənin çərçivələrinə daxil olmayan kriminal romana müəllif yanaşması barədə vacib olmasa da, maraqlı bir müşahidəmi bölüşmək istərdim. Söhbət cavan qadından və baş qəhrəmanın emosiyalarından gedir. Elə bil, müəllif demək istəyir ki, qətllər üzrə dünyaca məşhur ekspert, qeyri-adi kompyuter maşını, yoluna çıxan hər şeyi acımadan silib cinayətkarları aşkara çıxaran soyuq və məntiqli bu maşın, əslində elə emosiyalarına və zəifliklərinə əsir düşən canlı insandır. Cavan, ərli qadın Madlenlə onun arasında həqiqi hisslər, qarşılıqlı məhəbbət yaranır, lakin təəssüf ki, yanlış zamanda və yanlış yerdə. Buna görə də, hisslər axıra qədər deyilməmiş və axıra qədər yaşanmamış qalır.

Ən sonda, imkandan istifadə edərək, onsuz da tərifli “Avropanın opponentləri” romanı və onun müəllifi Çingiz Abdullayev haqqında yazdığım rəydə bizə dost olan Azərbaycanın ədəbi və mədəni yaradıcılığı barədə biliklərimizin artırılmasının vacib olduğunu bir daha qeyd etmək istəyirəm”.

Bosniyanın Yazıçılar Birliyinin sədr müavini, Sarayevo Scholl of Science and Texnology Universitetinin professoru Edin Konhodjic Çingiz Abdullayevin “Avropanın opponentləri” romanına aid rəy yazıb. Bu rəy də dünya şöhrətli yazıçımıza və onun əsərlərinə böyük hörmətin və dəyərin ifadəsidir. Bu rəyi sizin də oxumanızı istədim. Oxuyun və böyük yazıçımıza verilən böyük dəyərin şahidi olun.

“Tələbələri ədəbiyyat elmi ilə tanış edən bir çox dərsliklər, uydurulmuş, yaxud saxta obraz anlayışını izah edərkən detektiv janrına aid personajlara üz tutur. Səbəbi yalnız onların populyarlığında, yaxud seriallarda yer almalarında axtarmaq lazım deyil, burada müəlliflərin böyük ustalıqla öz qəhrəmanlarını yaratmaq, onları oxuculara maraqlı və inandırıcı şəkildə təqdim etmək bacarığı böyük əhəmiyyət kəsb edir. Belə ki, detektiv janr yazıçıları, hal-hazırda isə söhbət Çingiz Abdullayev və onun Dronqosundan gedir, hər zaman əsərin baş qəhrəmanını uydurulmuş arxetiplə harmoniyalaşdırdıqda böyük uğur əldə edirlər. Böyük detektiv hekayəsinin hələ XIX əsrin ortalarından etibarən ən çox da Birinci Dünya müharibəsindən bu günə qədər əldə etdiyi populyarlıq bizi təəccübləndirməməlidir. Kolumbiya Universitetinin professoru Harrison R. Stivsin detektiv romanlar haqqında mülahizələrində qeyd etdiyi kimi, bu janrın adətən, yaxşı oxucuları olur, çünki çox vaxt akademik cəhətdən layiqincə qiymətləndirilməyən detektiv romanlar kardinallar və ali məhkəmə hakimləri tərəfindən oxunur. Məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev və onun “Avropanın opponentləri” kitabı haqqında danışdıqda isə yaxşı oxucular sırasına, ilk növbədə siyasətçiləri daxil etmək lazımdır. Onun böyük yaradıcılığı 1981-ci ildən başlayaraq davam edir və bu günədək 194 roman, novella, qısa hekayə, bunlarla yanaşı, 440 publisistik məqaləni əhatə edir. Əsərləri əsasında 7 film və 2 serial çəkilmişdir.

Abdullayevin 2013-cü ildə yazdığı romanda hadisələr Belçikada cərəyan edir. Müəllif sanki kitabın nəşrindən 2 il keçdikdən sonra məhz bu ölkənin Avropa: böhranının mərkəzinə çevriləcəyini və məhz burada təcavüz, qətl hadisələrinin sayının artacağını öncədən görür. Artıq bəllidir və bu ilk dəfə deyil ki, onun romanında cərəyan edən hadisələr real həyatda baş verənləri qabaqlayır. Təkcə prezident Heydər Əliyevin həyatına süi-qəsd hadisəsini xatırlatmaq kifayət edər.

Onun əsərindəki məşhur Dronqo adlı xüsusi xəfiyyə, əslində hansısa qətl hadisəsini araşdırmaq üçün çağırılmamışdır. O, siyasi konfransa dəvət olunmuş və ora Avropa Birliyinin siyasətçiləri ilə birlikdə yola düşmüşdür. Türkiyənin Avropa Birliyinə qoşulması barədə danışıqlar aparan türk siyasətçinin qətli qatarda baş verir. Məhz bu nəqliyyat vasitəsinin seçilməsi bizə xəfiyyə Puaronu və Aqata Kristinin “Şərq Ekspresində qətl” adlı 1934-cü il romanını, həmçinin siyasi nöqteyi-nəzərdən hal-hazırda gedən Türkiyə-Avropa Birliyi danışıqlarındakı müasir problemləri xatırladır. Puaro kimi, Dronqonun da səyahəti birinci sinif vaqonunda baş tutur və bura onun üçün “Avropanın bir parçası” deməkdir, çünki “artıq sərhədlər silinmiş, hər şey bir-birinə qarışmışdır”. Səyahət boyu Dronqo bizi Artur Konan Doylun romanındakı Şerlok Xolmsa xas olan deduktiv qüvvəsi ilə ovsunlasa da, Ceyms Bondtək gözəl qadınlar qarşısında göstərdiyi zəiflik ilə də təəccübləndirməyi bacarır. Detektiv roman јаnrındа nəzərə çarpan bu tendensiyanı daha müasir və Artur Konan Doylun qəhrəmanından uzaq hesab etmək olar.

Türkiyə diplomatının qətli, bütün detektiv qaydalarına uyğun olaraq, romanın  əvvəlində baş verir və müasir jurnalistlər, tamaşaçı cəmiyyət tərəfindən açıq tənqidi nəzərlə izlənilir. Faciəli hadisələri biznes-imkanlara və KİV istifadəçilərini qıcıqlandırma vasitəsinə çevirmələri onlarda jurnalist etikasının olmamasından xəbər verir. Dronqonun da qeyd etdiyi kimi, onlar “insanları dağıntılar altından  çıxarmaq əvəzinə insafsızcasına şəkillərini çəkirlər”. Dronqonun jurnalistlər və onların əxlaqı ilə olan konflikti romanın sonunda Brüqqedə dəbdəbəli Kempinski mehmanxanasında jurnalist qətlinin baş verməsi ilə öz kulminasiya nöqtəsinə çatır. Qatarın birinci sinif sərnişinlərinin səkkizinin də sonradan yerləşdiyi bu məkan növbəti yeni qətl hadisələrinin ünvanına çevrilir.

Abdullayevin böyük ustalıqla detektiv hekayə janrının dar çərçivəsinə çox qabarıq və həyəcanverici şəkildə sığışdırdığı siyasi mövzunun əsasını, ilk növbədə Türkiyənin Avropa Birliyinə daxil olması məsələsi təşkil edir. Və Türkiyənin Avropa Birliyinə üzv olma prosesində əsas tacir rolunu oynayan türk diplomatın qətlinin əsl səbəbi onun fəaliyyətinin qarşısının alınmasıdır. Bakılı poliqlot və aqnostik, özünü “duyğu və düşüncələrinə görə avropalı, ancaq daxilində hələ də, şərq mentalitetini yaşadan” biri hesab edən xəfiyyə Dronqonun əks tərəfində Avropa Birliyinin siyasi nümayəndələri – hollandiyalı mübariz milliyətçi Şurman və Avropa Birliyinin əməkdaşlıq və genişləndirmə məsələləri üzrə komissarı Friderik Gitens dayanır. Qatilin kim olduğuna dair aydın fikri olan oxucu Çingiz Abdullayevin böyük məharətlə qoyduğu suallarla qarşılaşır: bu qatillər, Avropanın opponentləri, “yeni sədd və Yeni Roma çarlığı” qurmaq arzusunda, həmçinin Avropa identitetini formalaşdıracaq və türklərin qarşısını alacaq yeni lider” axtarışında olanlar kimlərdir? Cavabı bizə tezliklə zaman özü verəcəkdir...”

Hörmətli oxucular!

Çingiz Abdullayev haqqında yazıya belə yekun vurmaq istəyirəm:

Çingiz Abdullayev ləyaqətli vətəndaş, dahi, müdrik şəxsiyyət, həm də dünyada ən çox oxunan yazıçımızdır.

Çingiz Abdullayev “dünyanın vətəndaşı” statusunu qazanmış böyük şəxsiyyətdir.

Çingiz Abdullayev tribun yazıçıdır, o, hər zaman oxucuları ilə görüşlərə, dialoqa açıqdır.

Çingiz Abdullayev vətənini, xalqını, dövlətini sevən, onun haqlarını hər zaman ən nüfuzlu və geniş miqyaslı məlumat məkanlarında müdafiə edən yazıçıdır.

Onun dünyagörüşü və yaşam fəlsəfəsi heyranedicidir, örnəkdir. Dünyanın sevdiyi yazıçımızın dəyərini zamanında bilməliyik.

Çingiz Abdullayev Nizami Gəncəvi, İmaməddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərlə yanaşı Azərbaycanın şərəfli tarixində əbədi qalacaq. Dahilər və müdriklər bu haqqa sahibdir.

Çingiz Abdullayev haqqında ürəklə yazdım və onu sizlərə təqdim etdim. Bəlkə də, mənim tərənnümüm yetərincə olmadı, amma ürəyimdən keçənləri ürəklə yazdım, onun haqqında oxuduqlarımdan, bildiklərimdən çıxardığım nəticələri bölüşdüm. Əgər bu məlumatlar Çingiz Abdullayev yaradcılığına sevginizi bir az da olsa artırsa, hesab edərəm ki, zəhmətim hədər getməyib. Onun dünyasına gəlin, onu duyun, sevin, əsərlərini oxuyun. Fayda görəcəyinizə əminəm...

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (IV cild). Bakı, “Elm”, 2021, – 640 s.

2022-02-14   29126