NKPI

Maraqlı Məlumatlar

Kimyadan maraqlı məsələlər (həlli ilə) - 16

Məsələ: Təbii şəraitdə misin iki əsas karbonatı-malaxit və azurit rast gəlir. Azuritin kimyəvi formulunu təyin etmək üçün kütləsi 5,51 q olan azurit nümunəsi xlorid turşusunun artıq miqdarı ilə işləndikdə 773 ml qaz (19°C, 100,5 kPa) ayrılır. Alınan məhlul elektroliz olunduqda 3,05 q mis alınır.

1) Malaxitin formulunu yazın.

2) Analizin nəticəsinə əsasən azuritin molekul formulunu müəyyən edin.

3) Təsir olunan eksperimentdə gedən reaksiyaların tənliklərini yazın.

Cavab:

1) Malaxit  ən sadə Cu2CHO5 formuluna malikdir və misin əsasi karbonatıdır. Uyğun olaraq onun formulunu Cu(OH)2∙CuCO3 və ya [CuOH]CO3 kimi yazmaq olar.

2) Hesab edək ki, analoji olaraq azuritin formulu xCu(OH)2 ∙ yCuCO3 olsun. Onda    mineralın xlorid turşusunda həllolma reaksiyası belə olacaq.

3) xCu(OH)2 ·yCuCO3 + 2(x+y) HCl = (x+y)CuCl2 + (2x+y)H2O + yCO2.

Klapeyron – Mendeleyev tənliyindən istifadə edərək ayrılan karbon qazının kimyəvi miqdarının 0,773 · 100,5 / 8,314 · (273+19) = 0,032 mol olduğunu tapırıq.

Uyğun olaraq, ilkin nümunədə y = 0,032 mol CuCO3 olub. M(Cu) = 63,55 q/mol.

Elektroliz prosesində 3,05/63,55 = 0,048 mol Cu əmələ gəlib.

Uyğun olaraq (x+y) = 0,048, y = 0,032 olduğundan onda x = (0,048 – 0,032) = 0,016 olur.

Azuritin formulu 0,016 Cu(OH)2 · 0,032 CuCO3 və ya Cu(OH)2 · 2CuCO3.

Aşağıdakı reaksiya gedib:

Cu(OH)2·2CuCO3 + 6HCl = 3CuCl2 + 4H2O + 2CO2 ,

CuCl2 = Cu↓ + Cl2 ↑.

2019-11-19   32396