NKPI

Maraqlı Məlumatlar

Xərçəngə qalib gəlmiş həkim Odile Fernandesin açıqlaması: 148

Küncüt toxumu xərçəng riskini azaldır

Küncüt kalsiumun yüksək miqdarı ilə (900 mq/100 q) fərqlənir.Küncütdə kalsiumun miqdarı inək südündə olduğundan (163 mq/100 q) o, osteoporoza qarşı çox faydalıdır.

Küncüt antioksidantdır, E vitamininə, maqneziuma, dəmirə, kaliuma, misə və B3 vitamininə malikdir.

Küncütdə liqnanlar, sezamin və sezamol var ki, onlar xərçəng ilə mübarizə aparmağa kömək edirlər; onlar NF-kB faktorunun qarşısını alır, bu səbəbdən də xərçəng öz yaşamlılığını itirir.

Sezamol hüceyrələrin qocalmasının qarşısını alır və bununla da xərçəng yarada bilən mutasiyanın əmələ gəlməsinə mane olur. O, həmçinin şişlərin inkişafını dayandırır və şiş hüceyrələrini özü-özünü öldürməyə yönəldir.

Küncüt fitoestrogen kimi fəaliyyət göstərir, dəqiq olaraq kətan toxumu kimi və qanda estrogenlərin səviyyəsini tənzimləyərək süd vəzi xərçənginin qarşısını alır.

Küncüt və kətan toxumları təbiətdə mövcud olan liqnonların mənbəyidir. Brokkoli, kələm və çia toxumu da liqnanların mənbəyidir. Küncüt şişlərin yeni damarlar yaratması və yayılması qabiliyyətini inhibitorlaşdırır. O, süd vəzləri xərçəngi zamanı pronqiogen və iltihab yaradan maddələrin sintezinin qarşısnı alır.

Ağciyər, süd vəzi, yoğun bağırsaq, prostat, mədəaltı vəz xərçəngi, həmçinin leykemiya və çoxlu mielomlar zamanı şiş hüceyrələrinin yayılmasını məhdudlaşdırır.

Küncüt yağının tez-tez istifadə olunması mədə xərçəngi riskini yaranmasını azaldır.

 

Mənbə: Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим.

2019-11-19   32309