NKPI

Mükafatlar

MÜKAFAT VƏ TƏLTİFLƏR
İnstitutun işləri və əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiy­mətləndirilmiş və 1940-2014-cü illər ərzində 230 orden, medal, diplom və s. ilə təltif olunmuşlar. Bunlardan aşağıdakıları göstərmək olar:
1940-cı il
 
Y.H.Məmmədəliyev SSRİ Neft Komitəsi tərəfindən “Sosialist yarışmasının əlaçısı” nişanı ilə mükafatlandırılmışdır.
M.F.Nağıyev Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
1942-ci il
 
 
İnstitutun alimlər qrupu yüksəkoktanlı aviabenzin istehsalının təşkilinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
V.S.Qutırya “Lenin Ordeni” ilə təltif olunmuşdur.
B.Q.Zeynalov “Qırmızı Ulduz” ordeninə layiq görülmüşdür.
S.C.Mehdiyev silahların ayrı-ayrı növlərinin işlənib hazırlanması təşəbbüsünə görə SSRİ Neft Xalq Komitəsi tərəfindən mükafatlandırılmışdır.
R.H.İsmayılov “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
1943-cü il
 
B.Q.Zeynalov “II dərəcəli Vətən Müharibəsi” və “Qırmızı Bayraq” ordenləri ilə təltif olunmuşdur.
S.C.Mehdiyev SSRİ Neft Xalq Komitəsi tərəfindən “Sosialist yarışmasının əla­çısı” nişanı ilə mükafatlandırılmışdır.
1944-cü il
 
 
 
 
 
Y.H.Məmmədəliyev Böyük Vətən Müharibəsi illərində cəbhəni və xalq təsərrü­fatını mühüm neft məhsulları ilə təmin etdiyinə görə “Lenin Ordeni” ilə təltif olunmuşdur.
V.S.Əliyev ölkənin neftemalı və neftkimyası sənayesinin inkişafındakı böyük roluna görə “Lenin Ordeni” ilə təltif olunmuşdur.
H.H.Haşımov “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür.
B.Q.Zeynalov “Varşavanın azad olunmasına görə” medalı ilə təltif olunmuş, Ko­val və Lüblin uğrunda döyüşlərdə fəal iştirakına görə Baş Ali Komandanlığın tə­şəkkürünü almışdır.
R.H.İsmayılov, V.S.Əliyev, H.H.Haşımov, S.C.Mehdiyev, Ə.M.Quliyev, B.A. Dadaşov “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.
Ə.M.Quliyev “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
1945-ci il
 
 
 
 
 
 
 
Y.H.Məmmədəliyev, M.F.Nağıyev, Ş.M.Məmmədov, R.S.Quliyev “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.
Y.H.Məmmədəliyev, R.H.İsmayılov, M.F.Nağıyev, H.H.Haşımov, V.S.Əliyev, B.A.Dadaşov, S.C.Mehdiyev, Ş.M.Məmmədov, R.S.Quliyev “1941-1945–ci il­lərdə Böyük Vətən Müharibəsində şərəfli əməyinə görə” medalı ilə mükafat­landırılmışlar.
M.F.Nağıyev Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
M.Ə.Məmmədyarov, M.Ə.Mərdanov 1941–1945-ci illərdə Böyük Vətən Mühari­bəsində “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşlar.
B.Q.Zeynalov “Aleksandr Nevskiy”, “I dərəcəli Vətən Müharibəsi” ordenləri və “Berlinin alınmasına görə” medalı ilə təltif olunmuşdur.
Ş.M.Məmmədov “Şərəf nişanı” ordeni ilə mükafatlandırılmışdır.
1946-cı il
 
 
 
 
Y.H.Məmmədəliyev institutun bir qrup alimi və istehsalçılar ilə birlikdə avia­benzinin yüksəkoktanlı komponenti – kumolun alınması prosesinin işlənməsi və tətbiqinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
R.H.İsmayılov ölkənin neft emalı və neft kimyası sənayesinin inkişafındakı xid­mətlərinə görə “Lenin Ordeni” ilə təltif olunmuşdur.
M.F.Nağıyev Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
M.F.Nağıyev “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.
M.Ə.Məmmədyarov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Döyüş xidmətinə görə” medalı ilə mükafatlandırılmışdır.
1948-ci il
 
 
 
 
 
Ə.M.Quliyev AzNTİ-nin bir qrup alimi və istehsalçılar ilə birlikdə sürtkü yağ­larının donma temperaturunu aşağı salan ilk yerli aşqar – depressatorun işlənib hazırlanmasına görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
R.H.İsmayılov, V.S.Əliyev bir qrup alim və istehsalçı ilə birlikdə termiki krekinq prosesinin intensivləşdirilməsi ilə bağlı işlərinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
M.F.Nağıyev, V.S.Əliyev, Ə.M.Quliyev, R.Ş.Quliyev “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşlar.
M.Ə.Mərdanov “II dərəcəli Vətən Müharibəsi” ordeni ilə mükafatlandırılmışdır.
R.H.İsmayılov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Sosialist Əməyi Qəhrəmanı” adına, “Lenin Ordeni”nə və “Oraq və Çəkic” qızıl medalına layiq görülmüşdür.
1949-cü il
V.S.Əliyev “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
1951-ci il
 
 
 
 
Y.H.Məmmədəliyev “Şərəf nişanı” ordeni almışdır.
A.V.Kudinov Az.NEETİ-nin alimlər qrupu və istehsalçılarla birgə reaktiv təyya­rələr üçün T-1 yanacağının işlənib hazırlanması və sənayeyə tətbiqinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
Ə.M.Quliyev bir qrup mütəxəssis-istehsalçı ilə birlikdə sürtkü yağlarına yeni növ aşqarın işlənib hazırlanması və tətbiqinə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.
R.Ş.Quliyev “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
1952-ci il
 
Ə.M.Quliyev, S.C.Mehdiyev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Şərəfli əməyinə görə” medalı ilə təltif olunmuşdur.
Ə.M.Quliyev “Şərəf nişanı” ordeni ilə mükafatlandırılmışdır.
1953-cü il
B.A.Dadaşov “Şərəfli əməyinə görə” medalı ilə təltif olunmuşdur.
V.S.Qutırya “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.
1954-cü il
Y.H.Məmmədəliyev “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür.
1955-ci il
V.S.Əliyev “Şərəf nişanı” ordeni almışdır.
1956-cı il
Y.H.Məmmədəliyev “Azərbaycan SSR Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
1958-ci il
 
Y.H.Məmmədəliyev faşizm üzərində qələbənin 10 illik yubileyi ilə bağlı medalla təltif olunmuşdur.
V.S.Əliyev, M.Ə.Mərdanov “Şərəf nişanı” ordeni ilə təltif olunmuşlar.
1959-cu il
 
Y.H.Məmmədəliyev Beynəlxalq Sülh Şurasının Fəxri Fərmanı ilə təltif olun­muşdur.
Ə.M.Quliyev “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır.
R.H.İsmayılov, H.H.Haşımov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
1962-ci il
Ə.M.Quliyev Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1964-cü il
 
R.H.İsmayılov, V.S.Əliyev, İ.M.Orucova elm və texnika sahəsindəki fəaliyyətinə görə “Azərbaycan SSR Əməkdar Elm və Texnika Xadimi” adı verilmişdir.
Ə.M.Quliyev, S.C.Mehdiyev Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1966-cı il
V.S.Əliyevə “Şərəf nişanı” ordeni verilmişdir.
1967-ci il
Akademik Y.H.Məmmədəliyev adına NeftKimya Prosesləri İnstitutu neft kimyası və neft emalı sahəsindəki tədqiqatların inkişafına və əldə etdiyi nailiyyətlərə, kadr hazırlığına görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.
1969-cu il
 
 
M.F.Nağıyev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Sosialist Əməyi Qəhrəmanı” adına, “Lenin Ordeni” və “Oraq və Çəkic” qızıl medalına layiq görül­müşdür.
R.H.İsmayılov “Lenin Ordeni” ilə təltif olunmuşdur.
1970-ci il
 
 
 
M.F.Nağıyev, V.S.Əliyev, S.C.Mehdiyev, M.Ə.Məmmədyarov, Ş.M.Məmmədov, R.Ş.Quliyev, F.İ.Səmədova, S.M.Əliyev, K.M.Qasımov V.İ.Leninin 100 illik yubileyi ərəfəsində “Şərəfli əməyə görə” medalı ilə təltif olunmuşlar.
M.Ə.Məmmədyarov SSRİ Müdafiə Nazirliyi tərəfindən “Böyük Vətən Müha­ribəsində Qələbənin 25 illiyi” fəxri nişanı ilə təltif olunmuşdur.
A.C.Hüseynova “SSRİ neft emalı və neft kimyası sənayesinin əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır.
1973-cü il
 
S.M.Əliyev Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı və “1973-cü ildə Sosialist yarışının qalibi” döş nişanı ilə təltif olunmuşdur.
1974-cü il
B.A.Dadaşov “Şərəfli əməyinə görə” medalı ilə təltif olunmuşdur.
 
1975-ci il
V.S.Əliyev, B.A.Dadaşov, M.A.Məmmədyarov SSRİ Ali Sovetinin Rəyasət He­yətinin qərarı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 30 il­liyi” yubiley medalı ilə təltif olunmuşlar.
1976-ci il
 
 
 
V.S.Əliyev bir qrup alimlə birgə “Karbamidin spirtsu məhlulu ilə fazaların qravi-tasiya bölünməsilə yanacaq və azözlülü yağların yüksəkeffektli deparafinləşmə prosesinin yaradılması və sənaye tətbiqi” işinə görə Azərbaycan SSR Dövlət Mü­kafatına layiq görülmüşlər.
1977-ci il
V.S.Əliyev “Oktyabr İnqilabı” ordeni ilə mükafatlandırılmışdır.
 
1978-ci il
 
-
V.S.Əliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə müka­fatlandırılmışdır.
V.S. Əliyev “Fəxri neft kimyaçısı” adına layiq görülmüşdür.
1979-cu il
 
 
 
 
 
H.H.Haşımov, M.İ.Rüstəmov, S.C.Mehdiyev, M.Ə.Mərdanov, B.A.Dadaşov, R.Ş.Quliyevə elmin inkişafında əldə etdikləri nailiyyətlərə və onların xalq təsər­rüfatında tətbiqinə görə “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” adı verilmişdir.
V.S.Əliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə müka­fatlandırılmışdır.
F.İ.Səmədova SSRİ Neft Kimyası Sənaye Nazirliyinin, Neft, Kimya və Qaz Səna-yesi işçilərinin Həmkarlar Komitəsinin MK-nın Fəxri Fərmanı ilə mükafatlan-dırılmışdır.
1980-ci il
 
 
 
 
 
 
 
 
N.M.İndyukov NKPİ-nin bir qrup alimi ilə birlikdə Bakı neftlərindən və digər neftlərdən və qaz kondinsatlarından alınan benzin fraksiyasının katalitik rifor­minqi vasitəsilə benzolun alınması prosesinin tədqiqi, sənaye tədbiqi sahəsində işlərinə görə Az.SSR-nin Dövlət mükafatına layiq görülmüşlər.
B.Q.Zeynalov elmin inkişafındakı roluna və yüksək ixtisaslı elmi kadrların hazır­lanmasındakı xidmətlərinə görə Az.SSR-nin “Əməkdar Elm Xadimi ”adına layiq görülmüşdür.
M.Ə.Məmmədyarov mineral su yataqlarından karbon qazının sənaye istehsalı tex­nologiyasının işlənməsi və onun respublikanın xalq təsərrüfatında tətbiqi sahə­sində gördüyü işlərə görə Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görül­müşdür.
1982-ci il
 
 
 
 
-
V.S.Əliyev, M.İ.Rüstəmov NKPİ-nin bir qrup alimi ilə birlikdə “Xırda dispersli alümosilikat katalizatorunun birbaşa və yarım birbaşa axınlı yüksək səmərəli reaktorlar tətbiq etməklə neft xammalının ikipilləli katalitik krekinqi prosesinin tətqiqi, işlənib hazırlanması və tətbiqi adlı işə görə Az.SSR-nin Dövlət Mükafatı ilə təltif olunmuşlar.
D.B.Tağıyev kimya və kimya texnologiyası sahəsində “SSRİ Lenin Komsomo-lu” mükafatına layiq görülmüşdür.
1983-cü il
 
V.S.Əliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə müka­fatlandırılmışdır.
1984-cü il
 
S.C.Mehdiyev SSRİ Ali Soveti Rəyasət Heyətinin “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.
1985-ci il
 
 
 
 
V.S.Əliyev, M.A.Məmmədyarov, B.A.Dadaşov, R.Ş.Quliyev SSRİ Ali Soveti Rə­yasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən mühari-bəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi Ordeni” ilə mükafatlandırılmışlar.
B.A.Dadaşov Azərbaycan SSR-nın Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlan-dırılmışdır.
1986-cı il
 
 
 
F.İ.Səmədova, D.B.Tağıyev “Əməkdə fərqlənmə” medalı ilə mükafatlandırıl­mışdırlar.
E.T.Süleymanova, sovet elm və texnikasının inkişafında və elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatına tətbiqində əməyinə görə “Şərəf” nişanı ordeni ilə mükafatlandırılmışdır.
A.H.Əzizov, S.Ə.Soltanov “Əməkdə fərqlənmə” medalı ilə mükafatlandırılmışlar.
1987-ci il
 
 
 
 
 
 
 
M.Ə.Məmmədyarov ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sa­həsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi Respublika elmi-iqtisadi cəmiyyətinin idarə heyyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
V.M.Abbasov “SSRİ-nin qabaqcıl ixtiraçısı” nişanına layiq görülmüşdür.
B.Q.Zeynalov Böyük Oktyabr sosialist inqilabının 70 illiyi şərəfinə Ümumittifaq sosialist müsabiqəsində ən yüksək nəticələrin əldə olunması ilə əlaqədar SSRİ MK, SSRİ Nazirlər Sovetinin ÜMSHŞ və ÜLKİŞ MK-nin Fəxri Fərmanı ilə mü­kafatlandırılmışdır.
B.Q.Zeynalov uzun illər ərzində məhsuldar elmi fəaliyyəti və anadan olmasının 70 illiyi ilə əlaqədar Az SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
1988-ci il
 
 
 
V.S.Əliyev Az SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə mü­kafatlandırılmışdır.
M.Ə.Məmmədyarov “SSRİ-nın Silahlı qüvvələrinin 70 ili” medalı ilə mükafat-landırılmışdır.
V.M.Abbasov ASSOKOR Beynəlxalq Korrozionistlər Assosiasiyasının Rəyasət Heyətinin nümayəndəsi seçilmişdir.
1989-cu il
 
 
 
 
V.M.Abbasov kimya müəssisələrinin məhsuldarlığının artmasına səbəb olan yeni texnoloji proseslərin işlənib hazırlanması və tətbiqi üzrə apardığı böyük və fəal işinə görə SSRİ Kimya Sənayesi Nazirliyinin Fəxri Fərmanı ilə mükafat-landırılmışdır.
E.T.Süleymanova neft kimya elmi və sənayesi sahəsində nailiyyətlərinə görə “SSRİ-nin Fəxri Kimyaçısı” adı ilə təltif edilmişdir.
1991-ci il
F.İ.Səmədova Azərbaycanın “Əməkdar Elm Xadimi” adı ilə təltif  edilmişdir.
1995-ci il
 
 
 
-
R.Ş.Quliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin  qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdiyi cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illər­də Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 50 illiyi şərəfinə “I də­rəcəli Vətən müharibəsi Ordeni” ilə mükafatlandırılmışdır.
M. Ə. Məmmədyarov Y. H. Məmmədəliyev adına medalla təltif olunmuşdur
1996-cı il
-
V.M.Abbasov, R.S.Əlimərdanov Azərbaycanda elm və təhsil sahəsində tərəqqiyə görə Y.H.Məmmədəliyev adına medala layiq görülmüşlər.
1997-ci il
 
M.İ.Rüstəmov, E.T.Süleymanova Azərbaycanda elm və təhsilin inkişafında xid-mətlərinə görə Y.H.Məmmədəliyev adına medalla mükafatlandırılmışlar.
1999-cu il
 
 
F.İ.Səmədova, N.F. Canibəyov, Ş.S.Vəzirov, G.T.Fərhadova Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərinə görə Y.H.Məmmədəliyev adına medalla mükafatlandırılmışlar.
2000-ci il.
D.B.Tağıyev “Azərbaycanın Fəxri Müəllimi” adını almışdır.
R.Ş.Quliyev “İlin adamı” fəxri adına layiq görülmüş və Amerikanın bioqrafiya İnstitutunun fəxri medalı ilə mükafatlandırılmışdır.
2002-ci il
 
 
N.M.Seyidov Amerika Bioqrafiya İnstitutunun qızıl “Şöhrət” medalı ilə təltif olunmuşdur.
M.İ.Rüstəmov İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülmüşdür.
Ə.T.Xudiyev Ekologiya sahəsində əldə etdiyi nəticələrə görə İran İslam Respub-likasının Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
2003-cü il
E.T.Süleymanova, Z.H.Əsədov Amerika Bioqrafiya İnstitutunun “Şöhrət” medalı ilə təltif olunmuşlar.
2004-cü il
 
 
 
 
N.M.Seyidov, M.İ.Rüstəmov, F.İ.Səmədova Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunmuşlar.
V.M.Abbasov Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə mükafatlandırılmışdır.
 
F.İ.Səmədova “Əqli mülkiyyət” Beynəlxalq cəmiyyətinin mükafatına layiq görül­müşdür.
S.Ə.Sultanov fərdi prezident təqaüdünə layiq görülmüşdür.
E.T.Süleymanova Beynəlxalq dünya mükafatına layiq görülmüşdür.
Z.H.Əsədov Kembric İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş medalı­na layiq görülmüşdür
2005-ci il
 
 
İnstitutun Elm və texnologiya sahəsindəki işləri İslam İnkişaf Bankının müka­fatına layiq görülmüşdür.
M.Ə.Məmmədyarov, V.M.Abbasov Azərbaycanın “Şöhrət” ordeni ilə mükafat­landırılmışlar.
V.M.Abbasov “Azərbaycanın Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
R.Ş Quliyev fərdi prezident təqaüdünə layiq görülmüşdür.
A.C.Hüseynova “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
N.F.Cavadov “Azərbaycanın əməkdar mühəndisi” adına layiq görülmüşdür.
2006-cı il
 
 
V.M.Abbasov İsveçrədə (Jenevrə ş.) “Keyfiyyətə görə Qran-Pri” mükafatına la­yiq görülmüşdür.
M.Ə.Məmmədyarov İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülmüşdür.
2007-ci il
M.M.Abbasov “Azərbaycanın Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür
2009-cu il.
 
 
 
 
 
 
V.M.Abbasov İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülmüşdür.
N.M.Seyidov “Əməkdar Elm Xadimi” adına layiq görülmüşdür.
F.İ.Səmədova “Azərbaycanda neftçıxarma və neft emalının inkişafında Nobel qardaşlarının rolu” adlı məruzəsinə görə E.Nobelin anadan olmasının 150 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunmuşdur.
A.M.Tağıyeva “Azərbaycannın Əməkdar müəllimi” fəxri adına layiq görülmüş­dür.
Z.H.Əsədov, M.K.Məmmədov, G.Q.Abbasova, S.M.Əsgərzadə, M.C.İbrahimova, A.Abadzadə, R.V.Əliyeva, H.C.İbrahimov “Tərəqqi” medalına layiq görülmüşlər.
N.S.Əsədov, A.H.Əzizov “Azərbaycanın Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşlər.
M.Ə.Məmmədyarov, A.H.Əzizov “Əməkdar elm xadimi” adına layiq görül-müşlər.
V.M.Abbasov Avropa Biznes Assambleyasının mükafatına layiq görülmüşdür.
F.İ.Səmədova “SOCAR” və Azərbaycan Qadınları Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür.
2010-cu il
-
D.B.Tağıyev “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
A.C.Hüseynova Misir Ərəb Respublikasının mədəniyyət mərkəzinin təşəkkürna­məsini almışdır.
2012-ci il
 
 
N.M.Seyidov fərdi prezident təqaüdünə layiq görülmüşdür.
A.C.Hüseynova Azərbaycan TQDK-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.
F.İ.Səmədova A.Humbolt medalı ilə təltif olunmuş və ona “Avropanın fəxri alimi” adı verilmişdir.
2013-cü il
 
 
 
 
 
 
 
 
V.M.Abbasov “Elmdə Ad” Sokrat mükafatına və ordeninə layiq görülmüşdür (İngiltərə).
A.H.Əzizov, N.F.Canıbəyov, F.İ.Səmədova, A.H.Həsənov Azərbaycan Respub-likası “Avropa Nəşr Mətbu evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim Qızıl Medalı” ilə təltif olunmuşlar.
V.M.Abbasov Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və Uluslararası Altın Yıldız Madalyasına layiq görülmüşdür (Ankara).
V.M.Abbasov təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş və Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xid­mətlərinə görə “Əsas qızıl Cəngavər ulduzu” ilə təltif olunmuşdur.
V.M.Abbasov Beynəlxalq Sokrat Komitəsinin “Şöhrət” medalı ilə təltif olunmuş-dur.
A.H.Əzizov, R.V.Əliyeva və başqaları İxtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Birinci dərəcəli Diplomu ilə təltif olunmuşdur.
2014-cü il
 
 
 
 
 
 
 
-
 
-
 
V.M.Abbasov Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası tərə­findən Türk Dünyası Elminə, Təhsilinə və İqtisadiyyatına verdiyi üstün xidmət­lərinə görə Uluslararası Atatürk ödülünə layiq görülmüşdür.
V.M.Abbasov Xudu Məmmədov adına Beynəlxalq mükafatın diplomuna layiq görülmüşdür.
V.M.Abbasov Avropa Elmi Cəmiyyətinin Elmi məsləhəti, Beynəlxalq Cəngavərlər Assosiasiyası və Avropa Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin  qərarı ilə elm sahəsindəki fəaliyyətinə görə Avropa Əməkdar Elm Xadimi adına layiq görülmüşdür
V.M.Abbasov Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətə Görə” Böyük Gümüş  Xaç Ordeninə layiq görülmüşdür
M.Ə.Məmmədyarov AMEA-nın akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur.
M.Ə.Məmmədyarov “Şərəf” ordeni ilə təltif olunmuşdur
 
 
 
1940-2014-cü illər ərzində yuxarıda göstərilən mükafatlarla yanaşı İnstitut əməkdaşları SSRİ Xalq Təssərrüfat Nəaliyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medalları, AMEA və Azər­baycan Respublika Dövlət Neft Şirkətinin Fəxri Fərmanları və bir çox digər mükafat və təltiflərə layiq görülmüşlər.