NKPI

Xəbərlər

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarda dəyişiklik edildi

Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edib.

AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı qəbul edilib. Qərara əsasən təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.

Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

2021-05-05   513