NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan-Fransız Universitetinin nümayəndələri ilə görüş keçirilib

26 fevral 2021-ci il tarixində AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları ilə görüş keçirilib.

Görüşdə İnstitutun direktoru, akademik Vaqif Abbasov, direktor müavini, professor Hikmət İbrahimov, UFAZ-ın elmi araşdırmalar depatamentinin rəhbəri, professor Filip Turek, icraçı direktoru Vazeh Əskərov, magistr pilləsi üzrə tədris edən müəllimləri Zahra Afrassiabian və Fəxriyyə Məmmədova iştirak etmişlər.

Akademik Vaqif Abbasov qonaqlara institutun tarixi, aparılan elmi-tədqiqat işləri, sintez olunmuş reagentlər haqqında geniş məlumat verdi. Sonra ikitərəfli əməkdaşlıq perspektivləri barəsində UFAZ-ın yeni yaradılmış elmi araşdırmalar departamenti ilə İnstitutun gələcək layihələr və proyeklərin həyata keçirilməsi, eləcə də universitetin bakalavr və magistr tələbələrini İnstitut laboratoriyalarında təcrübə keçmələri ilə bağlı məsələlər müzakirə olundu və ADNSU, NKPİ və Unistra ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olundu.

Sonda qonaqlar akademik Yusuf Məmmədəliyevin Memorial muzeyi və institutun laboratoriyaları ilə tanış oldular.

2021-03-01   864