NKPI

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Xocalı faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Xocalı soyqrımı abidəsi önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

2021-02-26   619