NKPI

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına açıq məktub

Çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

26.11.2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd edilərkən Sizin möhtəşəm, zəngin, ruh verən, qürurlandıran çıxışınızı dinləmək kimi imkanım olduğundan sevindim. Bu tarixi çıxış dünənin, bu günün həqiqətlərinin elmi təhlili, dəqiq qiyməti, gələcəyin strateji yol xəritəsi idi. Tariximizin uğursuzluq səhifələrinə aydınlıq gətirən hər bir cümləniz tarixi həqiqətlərin yüzdə-yüz təsviri idi. Tarixin ibrət dərslərindən faydalanmaq istəyənlər üçün həqiqətin özü idi.

Sizin nitqinizdə müəllimi aliləşdirən, xalqı ucaldan fikirlərin təsir gücünü ifadə etmək üçün yetərli ifadələr tapmaqda çətinlik çəkirəm, amma bütün ruhum ilə deyirəm: “Müəllimə və bütövlükdə xalqa verdiyiniz böyük dəyər üçün sağ olun!”

Gəncliyə çağırışınız, ağsaqqallara, ağbirçəklərə ehtiramın çox vacibliyini qeyd edən hər bir fikriniz hər birimizin ürəyindən xəbər verdi.

Siz hər bir fikrinizlə Heydər Əliyev dahiliyindən bəhrələnmiş müdrik Prezident olduğunuzu göstərdiniz. Əvəzsiz və möhtəşəm uğurlu gələcəklərin əsasını qoymuş Heydər Əliyev siyasətinin uğurlar siyasəti olduğunu göstərdiniz.

“Bizdən çox bizi istəyən olmayıb və olmayacaq”- deyərək gəncliyə müraciətiniz hər bir kəs üçün fəaliyyət proqramı olmalıdır.

Bütövlükdə xalq Sizə alternativ görmür.

Sizin rəhbərlik etdiyiniz dövlət xalqın dövlətidir, firavanlıq dövlətidir, tərəqqi dövlətidir. Ölkəmizin beynəlxalq nüfuzu tarixdə görünməmiş yüksək səviyyədədir. Yenilməz ordumuz var.

Çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

Qüdrətli Azərbaycan üçün sağ olun!

Müəllimə və alimə verdiyiniz böyük dəyər üçün sağ olun!

Xalqda sabahlara yaratdığınız sonsuz inam üçün sağ olun!

Eşq olsun dahi və müdrik ulu öndər Heydər Əliyevin ləyaqətli varisinə - bütövlükdə xalqın sevimlisi olan Prezidentimiz İlham Əliyev cənablarına!

Sizinlə qürur duyan sədaqətli əsgəriniz,

akademik Vaqif Məhərrəm oğlu Abbasov 

2019-11-27   1229