NKPI

Xəbərlər

Akademik Vaqif Abbasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin diplomçuları ilə görüşüb

7 noyabr tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 7 nəfər tələbəsini qəbul edib. Bu tələbələr NKPİ-də diplom işlərini yerinə yetirəcəklər.

Akademik Vaqif Abbasov tələbələrlə diplom işlərinin mövzularını müzakirə edib, onlara dəyərli tövsiyələr verib. Akademik tələbələri maraqlandıran sualları cavablandırıb.

2019-11-08   254