NKPI

Xəbərlər

Akademik Vaqif Abbasov Suraxanı rayon məktəbliləri üçün təşkil olunmuş hazırlıq qrupunun şagirdləri ilə görüşüb

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Suraxanı rayon İcra hakimiyyəti və Suraxanı rayon Heydər Əliyev mərkəzi arasında bağlanmış müqaviləyə əsasən rayonun maddi imkanları az olan ailələrinin uşaqları üçün kimyadan və fizikadan ödənişsiz kurs təşkil olunub. 2019-cu ildə qrupda məşğələləri başa çatdıran şagirdlərdən 9 nəfəri ali məktəblərə qəbul olunub.

2019-cu ilin oktyabr ayından yeni qrup məşğələləri başlayıb.

Akademik Vaqif Abbasov 06.10.2019-cu ildə məşğələ qrupunun iştirakçıları ilə görüşüb, onlara dəyərli məsləhətlər verib.

 

2019-11-07   253