NKPI

Xəbərlər

Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqına bayram təbriki

Böyük dövlətçilik və tarixi ənənələrinə malik olan əziz xalqım!

Bu gün müstəqilliyimizin 25 ilini qürurla, sevinclə qeyd edirik. Tarix baxımından bu müddət qısa olsa da ölkəmiz böyük uğurlara imza atmışdır.

Ölkəmiz indi dünya üçün çox əhəmiyyətli olan, böyük nüfuza malik və həqiqi mənada həsəd aparılacaq sürətlə inkişaf edən bir ölkədir.

Bu uğurların özülü hələ on illər öncə dahi və müdrik Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur. Onun layiqli varisi çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları 2003-cü ildən bu siyasəti uğurla davam etdirir. Uğurlu daxili və xarici siyasət iqtisadi və sosial uğurların təminatçısıdır.

Qeyri neft sektorunun inkişafı ölkəmizin uğurlarında öz böyük rolunu oynamaqdadır.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Heydər Əliyev və onun layiqli varisi, çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları bizə bu fəxarəti yaşamaq imkanlarını verdilər.

Qüdrətli Azərbaycan dövlətinin vətəndaşı olmaq qürurvericidir.

Qədirbilən xalqım! 2016-cı ilin sentyabrın 26-da Referendumda doğru seçim etdin. Uğurlu siyasətin davamına səs verdin. Gözəl həyata, əmin-amanlığa, yenilməzliyə, iqtisadi inkişafa səs verdin.

Əziz bayram günündə hamımızın sevimlisi olan çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla Sizin hər birinizi təbrik edərək deyirəm:

Yaşasın Azərbaycan dövləti, onun yenilməz üçrəngli bayrağı!

Yaşasın Azərbaycanı ucaldan, onun böyük nüfuzunu təmin edən, çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

Yaşasın Azərbaycanın uğurlarının özülü, təminatçısı olan Heydər Əliyev siyasəti və onun uğurlu davamı!

Yaşasın Azərbaycan xalqının qürur yeri olan şanlı Azərbaycan ordusu!

Çiçəklənən Azərbaycan hər birimizindir, qüdrətli Azərbaycan xalqınındır. Onu sevək, qoruyaq, inkişaf etdirək.

Bayramınız mübarək olsun!

 

akademik Vaqif ABBASOV

2016-10-18   3425