NKPI

Xəbərlər

Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin tələbələri 2016-cı ilin oktyabrın 15-də Neft Kimya Prosesləri İnstitutunda olub

Universitetin 10 tələbəsi institutda olub. Akademik Vaqif Abbasov Universitetin müxtəlif fakültələrinin 10 tələbəsini qəbul edib. Onlarla söhbət aparıb. Müasir Azərbaycan onun uğurları, bu uğurların səbəbləri haqqında geniş məlumat verib. Akademik Vaqif Abbasov tələbələrin çoxsaylı suallarına cavab verib.        

         Sonra institutda olan akademik Y.M.Məmmədəliyevin Memorial Museyi ilə tələbələri tanış edib.

         Rusiyalı tələbələr xahiş ediblər ki, 2017-ci ilin yay praktikasını Neft Kimya Prosesləri İnstitutunda  keçirilməyə icazə verilsin. Akademik Vaqif Abbasov  tələbələrin bu xahişlərinə müsbət cavab verib.

 

2016-10-15   3520