NKPI

Xəbərlər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Ziyarət Paşayeva Beynəlxalq konfransda iştirak edib

16-20 avqust 2019-cu ildə, Nur-Sultanda - Nazarbayev Universitetində The Harvard College Project for Asian and International Relations 2019 Asia Conference (HPAIR 2019 Asia Conference) konfransı keçirilib. Bu mötəbər konfransda 40-dan çox müxtəlif ölkənin elmi-tədqiqat institutlarının, tədris müəssisələrinin, sənayə müəssisələri və şirkətlərini təmsil edən 500 nəfərə yaxın alim və mütəxəssislər iştirak etmişlər.

Konfransda AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva  iştirak edib.

Konfrans Harvard Universiteti və Nazarbayev Universitetinin əməkdaşlığı əsasında keçirilmişdir. Konfransın məqsədi tələbələr və gənc mütəxəssislər arasında təcrübə mübadiləsi üçün müzakirə platformasının yaradılması olmuşdur. Bu konfransın məruzəçiləri arasında beynəlxalq şirkətlərin rəhbərləri, məşhur nüfuzlu şəxslər, müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlər, o cümlədən UNİCEF - Koreya prezidenti doktor Song San Hyun, Nobel Sülh Mükafatının qalibi - Rae Kwon Chung, McKinsey & Company şirkətinin baş tərəfdaşı və McKinsey Ümumdünya İnstitutunun direktoru - Conatan Wotzel, Oksford Universitetinin Sosial-Hüquq Tədqiqatları Mərkəzinin “Pharmaceutical regulation and product liability” proqramın əməkdaşı, Kolumbiya Universitetinin dosenti – Şveta Çakraborti, İndoneziya İnfrastruktur İnstitutunun sədri və İndoneziyanın keçmiş maliyyə naziri Chathib Basri və s. çıxış ediblər.

Kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva energetik və ekoloji davamlılıq istiqamətində olan bölmədə iştirak etmiş. Konfrans çərçivəsində iştirakçılar arasında İmpact Challenge keys-müsabiqəsi keçirlimişdir. İnstitutmuzun əməkdaşı Ziyarət Paşayeva ERG-3 komandasının tərkibinə daxil olmuş və uğurlu çıxışına görə müvafiq sertifikat ilə təltif edilmişdir.

Konfrans yüksək elmi səviyyədə keçirilməsi ilə yanaşı həm də deleqatların zehni yorğunluğunu aradan götürülməsi məqsədi ilə “elm və istirahət” xarakterli müsabiqə proqramı ilə də fərqlənib. Buna nümünə olaraq, müsabiqə nəticəsində mükafat kimi tanınmış alim ilə bir yerdə nahar etməyi qeyd etmək olar. Bu müsabiqə qaliblərindən biri də Ziyarət Paşayeva olmuşdur. Ziyarət Paşayeva Grainger Mühəndislik İnstitutunun yeni texnologiya istiqamətlərinin direktoru Anjela Pakes ilə nahar etmiş və onlar birlikdə səmimi fikir mübadiləsi aparmışlar.

2019-08-23   1589