NKPI

Xəbərlər

Heydər Əli oğlu Məmmədəliyevin “Azərbaycanda neft kimyasının inkişaf yolları” adlı (rus dilində) monoqrafiyası nəşr olunub

 

“Elm” nəşriyatında kimya üzrə fəlsəfə doktoru Heydər Əli oğlu Məmmədəliyevin “Azərbaycanda neft kimyasının inkişaf yolları” adlı (rus dilində) monoqrafiyası nəşr olunub. (2016-cı il).

Monoqrafiyada keçmiş SSRİ-də və Azərbaycanda neft kimyasının və neft emalının inkişafı, Azərbaycanda yaradılan üzvi sintez prosesləri, strateji əhəmiyyətli məhsulların (benzol, etil benzol, yanacaqlar və sürtkü yağları, polimer materiallar və s.) istehsalı üçün monomerlərin və yarım məhsulların sintezi prosesləri haqqında geniş məlumat var. Həmçinin bu sahənin inkişaf tarixində böyük rolu olmuş Azərbaycan kimyaçı alimləri haqqında da məlumatlar verilmişdir. 
Kitab uyğun ixtisaslara malik ali məktəblərin tələbələri, müəllimləri, doktorantları, elmi-tədqiqat institutlarının əməkdaşları, kimyaçı mühəndislər üçün dəyərli mənbədir.

 

Mənbə: Г.А. Мамедалиев. Пymu развития нефтехимии в Азербайджане. Баку, “Эли”, 2016, 442 с.

2016-07-28   3500