NKPI

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arısu kəndi
Təvəllüdü (gün, ay, il): 22 yanvar 1941-ci il
Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Tibb İnstitutu, Əczaçılıq fakultəsi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Baş elmi işçi (dosent), professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

2306.01 - Üzvi kimya

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 328
Xaricdə çıxmış elmi əsərlərin sayı: 43
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 12
Əsas elmi nailiyyətləri:

Asimmetrik Dils-Alder reaksiyası, optiki aktiv funksionaləvəzolunmuş alitsiklik birləşmələrin sintezi, fizioloji aktiv maddələr, azot və kükürd birləşmələrin Mannix reaksiyası ilə sintezi, Azərbaycan yeni yataq neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metal kompleksləri, o cümlədən ferrosen və simantrenin amin törəmələrinin sintezi. Uzun müddət ərzində xiral katalizatorların iştiraki ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparmışdır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizator sintez edilmiş və alınan katalizatorlar dien sintezində tətbiq edilmişdir. Onun rəhbərliyi və iştiraki ilə alitsiklik sırası yeni bioloji aktiv maddələr, optiki fəal və fərdi stereo-izomerlər şəklində sintez edilmişdir. Bu maddələrin bir çoxu yeni sintez olunmuş xiral katalizatorların iştiraki ilə aparılan Dils-Alder reaksiyası vasitəsi ilə alınmışdır. Sintez olunmuş maddələrin bioloji aktivliklərinin quruluşlarından asılı olaraq dəyişməsinin tədqiqi və onun gördüyü tədqiqat işlərinin sırasına daxildir

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 4
Elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Akhmedov I.M., Peynircioglu B., Mamedov E.G., Tanyeli C., Demir A.S. Hexachlorocyclopentadien in Diels-Alder asymmetric reaction. Tetrahedron, 1994, v. 50, N 7, p. 2099-2106.
  2. Мамедов Э.Г. Асимметрическая реакция Дильса-Альдера 1,3-бутадиенов с (-)-диментилфумаратом в присутствии BBr3 и BBr3∙OEt2. Журн. орг. химии, 2007, т. 43, в. 2, с. 192-195.
  3. Мамедов Э.Г., Клабуновский Е.И., Абдиев О.Б., Мамедова И.М. Синтез хиральных полигалогеннорборненов асимметрической реакцией Дильса-Альдера. Катализ в промышленности, 2008, № 5, с. 23-31.
  4. Мамедбейли Э.Г., Джафаров И.А., Кязимова Т.Г., Ибрагимли С.И., Гасанов Х.И. Синтез и свойства аминометоксипроизводных 1-(этилтио)пентана. Журн. общей химии, 2012, т. 82, вып. 11, с. 1802-1806.
  5. Мамедбейли Э.Г., Гасанов А.Г., Гусейнов Н.С., Аюбов И.Г., Гасанов Х.И. Диены С5 фракции пиролиза в термических и каталитических реакциях [4+2]-циклоприсоеди-нения. Нефтехимия, 2013, т. 53, в. 1, с. 58-63.
  6. Мамедбейли Э.Г., Джафаров И.А., Казимова Т.Г., Мирзоева М.А., Искендерова О.К. Синтез и свойства аминометокси-производных 1-(этилсульфанил)ал-канов. Журнал прикладной химии, 2013, т. 86, № 8, с. 1184-1189.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: -
Elmi-təşkilatı fəaliyyəti: -
Təltif və mükafatlar: AMEA Rəyasət heyyətinin fəxri fərmanı
Pedaqoji fəaliyyəti: -
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Laboratoriyanın müdiri
Xidməti tel.: +994 (12) 4902476
Ev tel.: +994 (12) 4404789
Mobil tel.: +994 (55) 7535284
Faks: +994 (12) 4903520
Elektron poçtu: