NKPI

ELAN

25 aprel 2020-ci il tarixində saat 12.00-da “Pandemiya şəraitində Horizon 2020: Tibbi araşdırmalar” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarın Skype üzərindən təşkil edilməsi planlaşdırılır. Tədbirdə HORİZON 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər mövcud vəziyyət, yeni çağırışlar və layihə imkanları haqqında məlumat verəcəklər.

 Vebinarın proqramı:

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov – COVİD-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar

Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova – Horizon 2020 çərçivəsində “Səhiyyə, demoqrafik dəyişiklilər və rifah” sahəsində layihə imkanları

Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri Fuad Novruzov –Ağciyərlərin COVİD-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya və Komputer Tomoqrafiyasının əhəmiyyəti: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğunda

Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov – Azərbaycanda elmin inkişafı üçün COST proqramı çərçivəsində imkanlar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov – COVİD-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları

 Vebinara qoşulmaq istəyənlər 23 aprel 2020-ci il tarixi saat 16.00-a qədər qeydiyyatdan keçməlidir:

https://docs.google.com/forms/d/e/1FAIpQLScVWdCjm5kcLWKaTK9zUdZbFJA1Q7yr0HCb1ys8zJPZbQUPLg/viewform

 

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti Xarici əlaqələr idarəsinə esmira.alirzayeva@science.az ünvanı vasitəsilə müraciət edilə bilər.

2020-04-19   388