NKPI

Maraqlı Məlumatlar

ARI BALI – biostimullaşdırıcılar

 

Sağlamlıq və uzun ömürlülük reseptləri

Bal biostimullaşdırıcıları. Bu stimullaşdırıcılar xalq təbabətində geniş istifadə edilir, sağlamlığı möhkəmləndirir, orqanizmin ümmun və digər müdafiə sistemlərinin qeyri-ənənəvi aktivatorlarıdırlar. Onları ev şəraitində baldan, asan tapılan qida məhsullarından və müxtəlif bitkilərdən hazırlamaq olar. Onlar müxtəlif astenik vəziyyətlərdə, əsəb yorğunluğu zamanı, yaz avitaminozları, sürətli yorulmalar, iş qabiliyyətinin azalması zamanı, mövsimi qrip epidemiyalarının profilaktikası zamanı, həmçinin qocalıq vaxtında müdafiə qüvvəsi azalarkən, görmə pisləşərkən, skeleroz və s. zamanı istifadə etmək olar.

Biostimullaşdırıcılar:

I. Çaxır (qırmızı, ən yaxşısı kaqor)            – 350 q

Aloye (əzvay) şirəsi                                 – 150 q

Bal (may balı daha yaxşıdır)                  – 250 q

3-5 yaşıl aloye yarpaqlar qopardılana 3 gün qalmış sulanmır. Sonra yarpaqlar kəsilir, yuyulur, xırdalanır və sıxılaraq şirəsi çıxarılır. Bütün digər komponentlərlə qarışdırılır, qaranlıqda 4-5 gün 4-dən 8 ºC-ə qədər temperaturda saxlanılır. Hər gün yeməkdən 30 dəqiqə əvvəl, gündə 3 dəfə, hər dəfə 1 yemək qaşığı qəbul olunur.

Allergiya olan adamların bu stimullaşdırıcını qəbul etməsi məsləhət deyil.

II. Bal (ən yaxşı may balıdır)                      - 1,5 stəkan

Dənələri olmayan kişmiş                      - 1 stəkan

Qabıqlı limon                                          - 2 ədəd

Hind qozunun ləpəsi                             - 1 stəkan

Ərik qurusu                                             - 1 stəkan

Komponentlərin hamısı əzilir və üzərinə 1,5 stəkan bal tökülərək qarışdırılır. Hər gün 3 dəfə, yeməkdən 1 saat əvvəl, hər dəfə 1 yemək qaşığı qəbul edilir. Bu stimullaşdırıcı uşaqlara yaşlarından asılı olaraq 1 çay qaşığı, 1 desert qaşığı və ya 1 yemək qaşığı verilir. Bir kurs üçün 1-2 belə porsiya hazırlamaq lazımdır.

Allergiyası olan adamlara məsləhət görülmür.

III. Yulaf                                            - 1 stəkan

Bal                                               - zövqə görə

Bir stəkan yulaf dənəsi 1 litr suya tökülür, mayenin dördə birinin buxarlanmasına qədər qızdırılır və süzülür. Alınan həlim bal qatılmaqla gündə 3 dəfə yeməkdən əvvəl ½ stəkan qəbul edilir. O, bağırsaq xəstəlikləri, qastrid zamanı istifadə olunur. Yulaf həlimi mübadilə artiritləri zamanı oynaqlardakı ağrını yaxşı götürür.

 

Mənbə: V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları.  “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.

2016-04-23   38070