NKPI

Maraqlı Məlumatlar

TİBET TƏBABƏTİ - unikal Tibet özünümasaj

          Unikal Tibet özünümasaj çox səmərəli, asan, sadə və xoş müalicədir. Bunun üçün yalnız səbr və istək lazımdır. Masajı hər gün səhər və ya axşam (axşam daha məsləhətdir) icra etməniz məsləhətdir. Ağır hallarda masaajı gundə  iki dəfə - səhər və axşam etmək olar. Nəticədə qan dövranı yaxşılaşar, kapilyarlar açılar, maddələr mübadiləsi güclənər və insan gümrah olar. Yarım saat masaj 500 kkal. enerji itirməyə səbəb olur.

          Massaj insanı sakitləşdirər, baş ağrısını yox edər, bədənə rahatlıq və gümrahlıq bəxş edər.

 Baş - boyun masajı baş ağrısı və başgicəllənməsi zamanı faydalıdır.

Boyun – sinə sahəsinin masajı qan dövranının pozulması və nevralogiya zamanı faydalıdır.

Döş qəfəsinin masajı ağ ciyər xəstələrində daha faydalıdır.Bronxial astma ağrılarını yüngülləşdirir, hətta qarşısını alır. 

Əl və ayaqların masajı oynaqlarda olan ağrıları azaldır. 

Bədənin ümumi masajı orqanizmin tonusunu artırır, yuxunu yaxşılaşdırır, soyuqlama xəstəliklərinin azalmasına səbəb olur.

Diqqət! Hipertoniya və ürək xəstəlikləri zamanı massaj ehtiyatla olunmalıdır. Əks halda arterial təzyiq kəskin arta bilər. Onkoloji xəstəliklər, kəskin ağrılar və yüksək temperatur zamanı masaj etmək olmaz!

          Pəncə masajı

Sağlamlığın distant idarə olunma pultu ayağın altında yerləşir. Burada bədənin bütün hissələrinə və orqanlarına cavabdeh olan bioloji aktiv nöqtələr yerləşir.

Odur ki, şərq həkimlərinin təsəvvürlərinə görə pəncə masajı daxili orqanların işini bərpa etməyə, oynaqlarda və beldə ağrıları azaltmağa kömək etmiş olur. Bu necə baş verir? Ayaqların altında bizim orqanizmimizin müxtəlif orqanları və onurğa ilə əlaqəli olan 70 mindən çox nöqtə var. İstənilən xəstəlik zamanı zədədlənmiş yerdən pəncədəki uyğun nöqtəyə siqnal istiqamətlənir (göndərilir) ki,bu da  ağrının yaranmasına səbəb olur. Bu nöqtəni mssaj ilə stimullaşdırdiqda müalicə dalğası yaranır və xəstə orqanı ağrıdan azad edərək qaydaya salmış olur.

Şərq təbabəti sübut etmişdir: İnsan bədədni sanki bir qaloqramdır və onun səthinin istənilən sahəsi bütün bədən haqqında məlumat daşıyır.

Ayaqların masajı ilə müalicə hələ Qədim Misirin, Hindistanın və Çinin birinci sivilizasiyalarında məlum idi.

Tibet təbabəti təklif edir ki, ayaqların pəncələri barmaqlarla massaj olunarsa bütün orqanizm energetik qida almış olar. Böyük barmağı pəncə üzərində buraraq ağrayan yeri tapıb aktiv masaj etsəniz faydasını görəcəksiniz.

Özünümasajı ya yeməkdən ən azı 30 dəqiqə sonra ya da 30 dəqiqə əvvəl etmək lazımdır ki, qida həzminə mane olmasın.

Masajdan sonra otaq temperaturunda olan bir stəkan su içsəniz orqanizmdə olan şlakların kənarlaşmasına kömək etmiş olarsınız.

Pəncə nöqtələrini qıcıqlandıraraq orqanları daha aktiv işləməyə məcbur etmiş oluruq.

Diqqət! Özünümasaj seansından sonra siqaret çəkmək qəti qadağandır! Çünki aktivləşmiş orqanlar toksinləri dəfələrlə çox daha güclü udur.

Yatmazdan əvvəl ayaqları isti su vannasına qoymaq  faydalıdır.

İçərisində 40-45 dərəcə temperatura malik su olan ləyənə ayaqlar topuğa qədər salınır və 15-30 dəqiqə ərzində saxlanılır. Ləyəndəki suyun temperaturu bədən temperaturundan aşağı düşməməsi üçün arabir isti su əlavə olunur. Bu prosedurun mənası yatmazdan öncə qan dövranını yaxşılaşdırmaqdır. Məhz yuxy zamanı bizim orqanlarımız gün ərzində toplanmış şlaklardan və toksinlərdən azad olur ki, isti vanna bu faydalı təmizləmə prosesini gücləndirir.

Səhər tezdən 1-2 stəkan otaq temperaturunda olan su içmək şlak və toksinləri kənarlaşdırmağa kömək edir.

2015-09-28   38874