Maraqlı Məlumatlar
TAĞIYEV BAHADUR HÜSEYN OĞLU
Bahadur Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir [1956]. Fizika üzrə fəlsəfə doktoru [1965], fizika üzrə elmlər doktoru [1978] elmi dərəcəsini, professor elmi adını [1984] almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
B.Tağıyev 1959-cu ildə əmək fəaliyyətinə başlayaraq AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri olmuşdur. Hazırda İnstitutun baş elmi işçisidir. Milli Aviasiya Akademiyasında əvəzçi professor [1996-2009] olmuş, 2009-cu ildən bu günədək Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun [ETNAPİ] direktorudur.
B.Tağıyev yarımkeçiricilər fizikası sahəsində tanınmış alimdir. Rusiya EA-nın Lüminessensiya Problemi şurasının üzvüdür. Onun elmi fəaliyyətini, əsasən laylı, kubik və ortorombik quruluşa malik xalkogenid binar və üçlü birləşmələrdə intensivliyi 10∙105 V/sm intervalında dəyişən elektrik sahələrində elektrik, foto elektrik və lüminessensiya hadisələrinin tədqiqi təşkil edir. Beynəlxalq İsveç Kral Akademiyasının qrantı [1999-2001], Fransa-Azərbaycan qrantı [2001-2003], NATO-CLG [Fransa-Rusiya-Azərbaycan, 2001-2003], NATO-CLG [Almaniya-Türkiyə-Azərbaycan-Gürcüstan, 2002-2004], NATO [2002-2003], İNTAS[2003-2005] və respublika [EİF] qrant layihələrinin qalibi olmuşdur.
B.Tağıyev 300 məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifidir. 28 fəlsəfə və 8 elmlər doktoru yetişdirmişdir.
"Şərəf nişanı” ordeni, "Şöhrət" ordeni [2005] ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatıdır.
2016-03-26
3957
Ətraflı

Son Xəbərlər
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bakı, 14 aprel, AZƏRTAC

Bakı, 14 aprel, AZƏRTAC

YT Parkda “Bağ məlhəmi” adlı effektiv məhsul istehsal olunur
Azərbaycanda ilk dəfə olaraq AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı effektiv
2021-04-13