NKPI

Maraqlı Məlumatlar

Sarımsaq əsasında hazırlanan dərmanlar

 

Sarımsağın müalicə məqsədilə istifadəsi üçün mütəxəssislər ondan müxtəlif dərman formaları hazırlamağı təklif edirlər ki, onlardan hər biri müəyyən hallarda daha üstün müalicəvi əhəmiyyətə malik olur. Aşağıda göstərilən preparatlardan bəziləri hazırlanan kimi də tez istifadə edilməlidir. Spirt istifadə etməklə hazırlanan preparatlar isə quru, soyuq və qaranlıq yerdə uzun müddət saxlana bilir.

Həlim. Sarımsaq həlimi onunla fərqlənir ki, onu hazırlayarkən tərkibində mineral duzlar dəyişməz qalır, uçucu maddələr isə yüksək temperaturun təsiri ilə parçalanır. Həlim aşağıdakı kimi hazırlanır. Içərisinə emal çəkilmiş qab götürülür və ona 2 stəkan su tökülərək zəif alovda qızdırılmağa başlanır. Elə ki, su qaynamağa başlayır ona 1 çay qaşığı doğranmış sarımsaq tökülür. Uzunmüddətli olmayan qaynatmadan sonra həlimə bir qədər sakit qalmaq imkanı verilir, sonra süzgəcdən keçirilir və təyinatı üzrə istifadə olunur. Sarımsaq həlimini çox hazırlayıb uzun müddət saxlayıb istifadə etmək olmaz. O, yalnız təzə hazırlanmış olduqda faydalıdır. Sarımsaq həlimi olduqca qüvvətli dərmandır və onu 4-5 saatdan bir, 0,5 stəkandan çox olmadan istifadə etmək olar. Sarımsaq həlimi müxtəlif növ infeksiyalar, soyuqdəymələr zamanı əvəzolunmaz dərmandır.

Sarımsaq cövhəri. O, öz xarakteristikasına görə həlimə yaxındır, amma onun hazırlanma üsulundan fərqli hazırlanır.

Xırda doğranmış sarımsaq dişləri saxsı və ya emalı qaba qoyulur, üzərinə qaynar su tökülür, sonra ağzı qapaqla möhkəm bağlanır. Bir qədər saxlanılır, soyudulur, süzülür və təyinat üzrə istifadə olunur. Sarımsaq cövhəri hazırlayarkən istifadə olunan su böyük əhəmiyyət kəsb edir. Yaxşı olar ki, quyu, bulaq, qar suyu, onlar olmadıqda distillə olunmuş su istifadə edilsin.

Cövhərdə uçucu maddələr həlimdə olduğundan daha yaxşı qalır. Sarımsaq cövhəri ilə müxtəlif infeksiyalar və soyuqdəymə (sətəlcəm, iltihabi proseslər) zamanı müalicə oluna bilərsiniz. Cövhərdən təmizləyici imalə zamanı da istifadə etmək olar.

Tinktura. Sarımsaq tinkturası cövhərdən onunla fərqlənir ki, əsas komponent kimi onda araq və ya spirt istifadə olunur.

Sarımsaq tinkturası tibbdə çoxdan istifadə olunur. O, həqiqətən də universal vasitədir.

Yaxşı tinktura hazırlamaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır: sarımsaq təzə, iri, böyük ağ dişli olmalıdır; tinktura üçün istifadə olunan araq heç bir qarışığa malik olmamalıdır. Yaxşı olar ki, lazımi həddə qədər durulaşdırılmış tibbi spirt istifadə edilsin; butulkalar mütləq tünd şüşədən olmalıdır və ağzı kip keçən propka ilə örtülməldir. Şüşə qab quru və təmiz olmalıdır. Tinkturanı hazırlamamışdan əvvəl onu azca qızdırmaq lazımdır.

Bilicilər məsləhət görürlər ki, sarımsaq tinkturası ay təqviminə uyğun hazırlansın və bu zaman o, daha keyfiyyətli olur: Yeni ay doğanda hazırlanır və ay tam olana qədər saxlanılır. Yarımlitrlik şüşə butulkaya bir baş sarımsaq iri hissələrlə doğranaraq tökülür və üzərinə 2 stəkan ən təmiz araq tökülür və yeni ay doğandan bədr (bədr gecəlik ay doğana qədər) vaxtına qədər saxlanılır. Butulka gündə 2 dəfə – səhər və axşam çalxalanır. Qeyd olunan vaxt keçdikdən sonra tinktura çox ciddi filtrlənir və soyuq yerə qoyulur. Sarımsaq tinkturası səhər və yatmazdan qabaq 10-15 damcı olmaqla qəbul edilir.

Sarımsağın ən vacib sirlərindən biri odur ki, «köhnəlmə» prosesində onun müalicəvi xassəsi artır. Məhz buna görə də 2-3 il saxlanılan sarımsaq tinkturasının effekti daha yüksəkdir. Məsələ ondadır ki, saxlama zamanı tinkturada fermentlər (məsələn, eyxoen) əmələ gəlir ki, mütəxəssislərin araşdırmalarına görə şiş əmələ gəlmənin qarşısını alan təsirə malik olub və aspirin kimi qanı durulaşdırır.

 

Sarımsaq ekstraktı. Tinkturada maddələrin qatılığı ilə fərqlənir, baxmayaraq ki, tinktura ilə eyni prinsip üzrə hazırlanır. Hesab edilir ki, ekstrakt tinkturadan 10 dəfə qüvvətlidir. Ev şəraitində və xüsusi avadanlıqlar olmadan tam keyfiyyətli ekstrakt almaq çətindir və odur ki, ev şəraitində bu işə çox da girişmək məqsədə uyğun deyil.

Məhz bu səbəbdən də ekstrakt hazırlama haqqında ən ümumi məlumatları veririk.

Ekstarktın hazırlanmasının iki üsulu mövcuddur – soyuq və isti.

Isti üsulla ekstrakt hazırlamaq xüsusi avadanlıqla xüsusi hazırlıq tələb etdiyindən bu üysulla fərdi məşğul olmaq heç məsləhət deyil.

Soyuq hazırlama prosesi isə uzun müddətli kimyəvi proseslərə əsaslanır və aşağı temperaturlarda aparılır. Aşağı temperaturda emal zamanı alınan ekstraktda vitaminlər, efir yağları və digər uçucu maddələr saxlanılır. Ekstrakt hazırlamaq üçün bir neçə kiloqram sarımsaq və 2 litr tünd təmiz araq götürün. Oksidləşməyən və aşağısında kranı olan tutum götürün. Onun dibinə sıx tellərlə örtülmüş setkanı elə qoyun ki, o kranın səviyyəsindən 1 sm çox yuxarıda olsun. Əvvələcədən təmizlənmiş və xırdalanmış bir neçə kq sarımsağın ¼-ni setka üzərinə sərin və üzərinə araq tökün. Qapağı imkan daxilində kip örtün və təxminən 1 həftə soyuqda saxlayın. Bu müddətdən sonra sarımsağın ikinci ¼-ni bir həftədən sonra üçüncü ¼-i və eyni qaydada dördüncü ¼-i əlavə edilir. Başlanğıcdan keçən təxminən iki həftədən sonra kran vasitəsi ilə az miqdarda yarımfabrikat yığa biləçrsiniz. Diqqət edin ki maye yağlı və sarımtıl olsun. Nə qədlər maye götürsəniz bir o qədər arağı sarımsaq tökülmüş qaba əlavə edin. Ekstraktın çıxımı ilkin tökülmüş arağın onda birindən çox olmamalıdır. Bir neçə dəfə filtrləyin və yaxşı-yaxşı durulmağa imkan verin. Yadda saxlayın ki, sarımsaq ekstraktı güclü maddədir və onu çox ehtiyyatla istifadə etmək lazımdır. Bir dəfədə 6-8 damcıdan artıq qəbul etmək olmaz.

Ekstrakt isti süd ilə və ya fincanın yarısı qədər istənilən təbii tərəvəz şirəsi ilə birlikdə içilir. Belə ekstrakt adi müalicəyə tabe olmayan istənilən virusun öhdəsindən gəlir.

Sarımsağın alma sirkəsində ekstraktı da hazırlanır: 1 litr alma sirkəsinə bir iri baş sarımsaq xırda doğranaraq tökülür. Ən azı, 20 ay saxlanılır, süzülür və zəif alovda sirkə buxarlandırılır. Səhər və axşam 1 yemək qaşığı qəbul edilir.

Sarımsaq çaxırı. Iki növ sarımsaq çaxırı mövcuddur və hər ikisi bağırsaq parazitlərini qovmaq, qızdırmadan və orqanizmi ümumi zəiflikdən müalicçə üçün istifadə olunur.

Birinci növ – fransız sarımsaq çaxırıdır. Onun hazırlanması üçün bir baş sarımsağın dişləri təmizlənir və əzilir. Əzilmiş sarımsaq şüşə bankaya tökülür. Üzərinə 10 çimdik təzə, xırda doğranmış yovşan yarpaqları əlavə olunur. Qarışığın üzərinə 3,5 stəkan isti qırmızı və ya ağ çaxır tökülür. Ağzı qapaqla bağlanır və 5 gün saxlanır. Fransız sarımsaq çaxırını gündə 1-2 rumka içmək olar.

Ikinci növ – amerkan sarımsaq çaxırıdır. Bu, ilin soyuq və yağışlı dövründə soyuqlamanı müalicə etmək üçün yaxşı vasitədir. Belə növ sarımsaq çaxırı hazırlamaq üçün 1 stəkan təmizlənmiş düyü arağına bir baş sarımsağın təmizəlnmiş dişləri əlavə olunur və ən azı, 1 ay saxlanılır. Əgər, siz donmusunuzsa və ya soyuqlamısınızsa hər 2 saatdan bir 1 yemək qaşığı həmin çaxırdan istifadə edin.

Sarımsaq sirkəsi. Sarımsaq sirkəsi diabet olan xəstələrdə yaraları sağaltmaq, qoturluq və dəmirovun, həmçinin döyənək və ziyilin (bədəndə, cinsiyyət orqanında və anus dəliyinin ətrafında) müalicəsində istifadə olunur.

Sarımsaq sirkəsi hazırlamaq üçün 3 diş sarımsaq təmizlənir və üzərinə 3-4 stəkan çaxır sirkəsi (alma sirkəsi ilə də əvəz oluna bilər) əlavə olunur, 2 həftə saxlanır.

Yaralardan və ziyildən azad olmaq üçün ağrıyan yerə sarımsaq sirkəsindən soyuq kompres qoyulur və o vaxta qədər saxlanılır ki, o bədənin temperaturu ilə qızır, sonra o yeni soyuq kompres ilə əvəz olunur.

Qotur və dəmirovun müalicəsi zamanı dərini sirkə ilə yumaq və ağrıyan yeri kobud parça ilə sarımaq lazımdır ki, sirkə dəriyə yaxşı keçsin. Bunun üçün sarımsaq sirkəsinə 2 damcı konfra yağı əlavə oluna bilər.

Döyənək və ziyili müalicə etmək üçün ən yaxşı üsul aşağıdakıdır: pambıq parça hissəsi sarımsaq sirkəsində isladılır, mayenin artığı sıxılaraq kənarlaşdırılır və parça bir başa döyənək və ya ziyilin üzərinə qoyularaq sarğı ilə bağlanır və bütün gecə ərzində saxlanılır. Səhər yeni kompres qoyulur.

 

Sarımsaq çayı. Sarımsaq çayı hazırlamaq üçün bir neçə diş sarımsağı əzib qalın dibli kiçik qazana tökülür və üzərinə bir stəkan su tökülərək qapağı örtülməklə 20 dəqiqə zəif alovda saxlanılır. Azca soyudulan çaya bir çay qaşığı limon şirəsi qatılaraq qarışdırılır, sonra stulda oturaraq qazan dizlərin üzərinə qoyularaq baş ədyal ilə örtülür. Qapaq açılır və çay soyana qədər onun buxarı ilə nəfəs alınır. Belə inqaliyasiya yuxarı nəfəs yollarının xəstəliklərini və qripi müalicə etmək üçün yaxşıdır.

Sarımsaq şirəsi. Sarımsaq şirəsini hər dəfə təzə və bir dəfə qəbul etmək üçün yetərli olan qədər hazırlamaq lazımdır. Sarımsaq dişlərini təmizləyin və lazım bildiyiniz qədər götürün və yalnız əl ilə işlədilən şirə çəkən maşında (elektrik şirə çəkən qəti olmaz) şirəni çəkin. Yaxşı olar ki, sarımsaq şirəsini olduğu kimi təbii halında qəbul edəsiniz. Lakin, hansı səbəbdənsə siz sarımsaq şirəsini ehtiyat üçün də (bir neçə dəfə qəbul etmək üçün) hazırlamaq istəsəniz spirt konservləşdirilməsindən istifadə edin: sarımsaq şirəsinə şirənin miqdarında spirt və on dəfə artıq distillə suyu əlavə edin.

Sarımsaq siropu. Əsasən uşaqlar sarımsaqdan hazırlanmış preparatlardan imtina edirlər. Belə halda sarımsaq siropu daha əlverişlidir. O, xüsusən, öskürək, larengit, burun boşluğunun xəstəlikləri zamanı da yaxşı səmərə verir.

Məşhur həkim Xeynermanın ən yaxşı sarımsaq siropu hazırlama reseptini oxuculara təqdim edirik. Yarım stəkan təmizlənmiş və xırda doğranmış sarımsaq içi emallı olan qazana tökülür və üzərinə təzə tünd bal tökülür və zəif alovda sarımsaq tam həll olana qədər qızıdırılır. Sonra qazanın qapağı örtülür və yenidən qızdırılır (amma gözləmək lazımdır ki, sirop yanması). Sirop soyumadan və ya tam soyumamış süzülür və soyuducuda saxlanılır.

 

Sarımsaq yağı. Sarımsaq yağı daxili iltihabi proseslərin (qulaq-burun boşluğu) ağız boşluğunun iltihabı zamanı və s. əvəz olunmaz vasitədir. Olduqca təzə (yəni yeni dərilmiş) 2 baş sarımsağın qabığı təmizlənir, xırda doğranır və taxta həvəngdəstə vasitəsilə əzilir. Alınan kütlə şüşə bankaya yerləşdirilir və üzərinə az-az təzə təmizlənmiş bitki yağı, daha yaxşı olar ki zeytun yağı tökülsün (yarım stəkan). Yağ ilə sarımsaq kütləsi yaxşı-yaxşı qarışdırılır, qapaqla bağlanılır və pəncərənin qarşısına qoyulur. Banka 10 gündən az olmayaraq pəncərə qarşısında, günəş şüalarının təsiri altında saxlanılır və bu müddət ərzində qarışıq gündə 2-3 dəfə qarışdırılır. Qeyd olunan vaxt keçdikdən sonra yağ yaxşı-yaxşı filtrlənir, bir neçə damcı təmizlənmiş qliserin əlavə edilir və tünd şüşədən olan butulkaya keçirilələrək kip bağlanan probka ilə ağzı yaxşı-yaxşı qapanır. Sarımsaq yağı soyuducuda saxlanılır, amma, diqqət edilir ki. Donmasın.

Hesab olunur ki, sarımsaq yağı hazırlandığı vaxtdan 2-2,5 ay keçənə qədər istifadə oluna bilər. Yağı istifadədən öncə onu yüngülcə 30-35 °C-ə qədər qızdırırlar.

Sarımsaq sürtküsü (mazı). Maz hazırlamaq üçün bir baş sarımsaq təmizlənir və xırda-xırda doğranır. Doğranmış sarımsaq emallı qazana tökülür, üzərinə 2 stəkan qaynar su tökülür, qarışıq qaynıyana qədər qızdırılır və zəif alovda o vaxta qədər qızdırılır ki, suyun həcmi 2 dəfə azalsın. Qarışıq süzülür və 1 (və ya 0,5) stəkan qaynar zeytun və ya istənilən digər bitki yağı əlavə olunur. Yavaş-yavaş bir az arı vosku əlavə edilərək qatı smetan həddinə çatdırılır. Maz uzun müddət saxlanması üçün həmçinin bir qədər oduncaq qətranı əlavə etmək lazımdır.

Sarımsaq linimenti. Sarımsaq linimenti çox vaxt bədəni ovuşdurmaq, kompres qoymaq üçün istifadə edilir. O, artiritlər, pulu dəmirov, müxtəlif növ əzələ dartılmaları zamanı əvəzolunmaz vasitədir.

Iri sarımsaq dişlərindən 5-6 ədədinin qabığı təmizlənir və taxta həvəngdəstə ilə yüngülcə əzilir. Alınan kütlə şüşə bankaya keçirilir, sonra üzərinə 2 stəkan alma şirəsi və 0,5 stəkan tünd araq tökülür. Yaxşı-yaxşı qarışdırılan qarışıq bir neçə gün qaranlıq sərin yerdə saxlanılır. 2 həftə ərzində alınan kütlə hər gün ən azı üç dəfə qarışdırılır. Sonra filtlənir və üzərinə 1 çay qaşığı evkalipt yağı əlavə olunur (o, əzələ gərginliyini götürür və dəri örtüyündən sürətli nüfuzetməyə kömək edir). Son dəfə qarışdıraraq siz əla keyfiyyətli müalicəvi liniment alırsınız.

Sarımsaq şamı. Sarımsaq şamı babasili, prostatı və həmin sahədə olan digər iltihabı xəstəlikləri müalicə etmək üçün istifadə olunur. Şam anusa daxil edilir və tam orada sorulur.

Bu şamı hazırlama resepti kifayət qədər sadədir. Əzilmiş sarımsaq dişləri (2 dəfə ət maşınından keçirmək olar) ərimiş yağ və bir az qaynar su ilə qarışdırılır. Qarışıq yüngülcə soyudulur, lazımi qaydada formalaşdırılır və soyuducuya qoyulur. Bir neçə mütləq məcburi qaydalar nəzərə alınmalıdır: yağ təzə və duzsuz olmalıdır; su ən təmiz, daha yaxşı olar ki, distillə edilmiş su olsun.

Burada bir məqamı oxucuların diqqətinə bir daha çatdırmaq istərdik. Qeyd olunan dərmanlar hazırlanarkən istifadə edilən etil spirti, alma sirkəsi, bitki yağları və s. xüsusi kimyəvi maddələr sinfinə aid olan birləşmələrdir. Belə olan halda həmin maddələr haqqında yetərincə biliyə malik olmaq lazımdır ki, onların əhəmiyyətli xassələrindən yetərincə istifadə edə biləsiniz. Belə olan halda bir daha əmin oldunuz ki, kimya və biologiyanı məktəbdə öyrənmək gələcəkdə kimya və biologiya müəllimi, kimya mühəndisi, kimyaçı-texnoloq, həkim olmaq istəyənlər üçün yox, hər bir insan üçün vacibdir. Insan həyatda yaşadıqca o bir sıra gözlənilməz hadisələr və xəstəliklərlə rastlaşır. Əgər siz təbiətin kimyasını yaxşı bilsəniz, ondan qaydasında istifadə etməklə həm özünüzü, həm də ətrafınızda olan insanları vaxtında xəstəliklərdən azad edə bilərsiniz (əlbəttə diaqnozu peşəkar həkim müəyyən etdikdən sonra). Odur ki, digər fənlərlə yanaşı kimya və biologiyanı sevin, onların möcüzəli sirlərinə yiyələnin. Onda təbiət sizin yardımçınız olacaq. Siz təbiəti sevdikcə təbiət də sizə öz töhvəsini verəcək. Unutmayın ki, siz də təbiətin bir ayrılmaz hissəsisiniz. Təbiət ilə gizlənpaç oynamaq olmaz. Yalnız təbiətin sirləri açıldıqca insan bir çox fəlakətli təbiət hadisələrindən özünü qoruya bilir, özünün sağlam həyat tərzini və uzun ömürlülüyünü təmin edir, balalarının və gələcək nəsillərin gözəl və sağlam yaşaması üçün təbiətdən faydalanmaq yollarını göstərir.

 

Mənbə: V.M.Abbasov, A.M.Tağıyeva, Z.V.Abbasova, A.E.Əlizadə, İ.S.Musayeva. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.

2016-03-02   41662