NKPI

Maraqlı Məlumatlar

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY

Uilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də  Şotlandiyanın  Qlazqo şəhərində anadan olmuşdur.

Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. “Toluol və nitrotoluol turşuları adlı dissertasiya müdafiə etdi.

Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru  seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.

1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Uilyamsonu əvəz edir. Məhs burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskusiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum  olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman  ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı “arqon” adlandırmışdı. Sonrakı illərdə o, neon, kripton və ksenon kimi qazları da kəşf etmişdi.  Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə  olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.

Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə  Ramzay asetilendən və hidrogen sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi.

Ramzay 1910-cu ildə mikrotərəzilər kəşv etdi.

Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi.

Ramzay Peterburq Elmlər akademiyasının fəxri üzvü idi (1913).

Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Bu ölümə səbəb radiaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu.

Qeyd edək ki, Ramzay çox müxtəlif sahəli maraq dairələrinə malik idi: Qərbin qədim və müasir dillərini yaxşı bilirdi, rəsm çəkirdi, skripkada və fortepianoda çalırdı, ədəbiyyatın, təsviri sənətin, musiqinin dərin bilicisi idi, yaxşı rəqs edirdi və idman ilə məşğul olurdu. Tennis oynamağı, yaxtada üzməyi, velosiped sürməyi sevərdi.

2015-09-07   36579