NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Uzaq kosmosdan “WOW” siqnalı nə deməkdir?

1977-ci ilin avqustun 5-i kosmosun öyrənilmə tarixində çox maraqlı hadisə baş verdi. Həkim Cerri Eyman “Boyük qulaq” radio teleskopunda işləyən zaman SETI layihəsi çərçivəsində nazik xətli radiosiqnal qeydə alıb. Onun göstəriciləri, göndərmə xətti, siqnal və səs-küyün nisbəti gözlənilən extraterrestrial (qeyri-dünyəvi) mənşəyə uyğun gəlirdi. Bundan heyrətlənmiş Eyman simvolları işarələyib kənarda “WOW!” qeydə almışdır. Məhs bu yazı siqnalın adı olmuşdur. Bu siqnal səmanın oxatan bürcündəki Xi ulduz qrupundan təqribən 2,5 dərəcə cənubdan gəlirdi. Lakin uzun illər keçməsinə baxmayaraq buna oxşar hadisə heç vaxt təkrarlanmamışdır. Alimlər deyirlər ki, əgər bu siqnalın mənşəyi extraterrestrialdırsa, onda bu siqnalı göndərən məxluqlar çox yüksək sivilizasiyaya malikdirlər. Belə güclü siqnalı göndərmək üçün minimum 2,2Gb ötürücü lazımdır. Məsələn, “Alyaskadakı HAARP sistemi 3600kVt-a qədər güclü siqnal verib”. Bir hipotezə əsasən əvvəlcədən gələn zəif siqnal qravitasiya linzasının təsirindən güclənib, lakin bu da əvvəlcədən onun süni mənşəli olmasını istisna etmir. Başqa tədqiqatçılar mayakaoxşar şüalanma mənbəyinin çevrilməsini, siqnalın tezliyinin dövri dəyişikliyini və onun birdəfəlik olmasının mümkünlüyünü təxmin edirlər. Hətta belə bir variant da var ki, bu siqnal hərəkət edən qeyri-planet ulduzlardan göndərilib. Siqnalın 35 illiyində, 2012-ci ildə bu mənbəyin istiqamətinə Aresibo rəsədxanası tərəfindən10000 kodlaşdırılmış tvitdən ibarət cavab göndərilsə də, onun qəbul olunub-olunmadığı məlum deyil. Bu günə kimi siqnal astrofiziklərə naməlum məsələ kimi qalmaqdadır.

 

Mənbə: http://i-fakt.ru

2017-05-31   40314