NKPI

Maraqlı Məlumatlar

Kimyanın dili. Kimyəvi adların etimologiyası - Elementlər – toponimlər

Berillium. Bu elementin oksidi ilk dəfə olaraq 1789-cu ildə fransız kimyaçısı Lui Nikola Voklen (1763-1829) tərəfindən berill mineralını Be3Al2Si6O18 analiz edərkən alınmışdır. Zümrüd və akvomarin də eyni tərkibə malikdir (rəng müxtəlif elementlərin qarışıqları hesabına yaranır). Mineralın adı (yunanca beryllos) Cənubi Hindistanda, Mədrəsədən uzaq olmayan Belur (Velur) şəhərinin adına gedib çıxır; qədim zamanlarda Hindistanda zümrüd yataqları məşhur idi.

Berilliumun duzları şirin idi (o vaxt onların zəhərli olduğunu bilmirdilər) odur ki, yeni elementi də qlisini adlandırdılar. Yunanca glykys – “şirin” deməkdir. D.İ.Mendeleevin “Kimyanın əsasları” kitabında berillium qlisi adlandırılmışdır.

Dubnium. Sıra nömrəsi 105 olan element 1970-ci ildə akademik Qeorqi Nikolaeviç Flerovun (1913-1990) rəhbərlik etdiyi qrup tərəfindən Dabnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda və bundan asılı olmadan Berklidə (ABŞ) kəşf olunmuşdu. Sovet tədqiqatçıları təklif etdilər ki, bu elementi nilsborium (Ns) adlandırsınlar (danimarka fiziki Nils Xenrik David Borun (1885-1962) şərəfinə); amerikalılar təklif etdilər ki, elementə qanium (Ha) adı versinlər (Otto Qanın (1879-1968) şərəfinə. Otto Qan uranın spontan parçalanmasını kəşf edən alimlərdən biridir). Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının (İUPAK) nomenklatura üzrə komissiyası təklif etdi ki, bu element fransız fiziki və radiokimyaçısı Frederik Jolio-Kürinin (1897-1956) şərəfinə joliotium (Jl), ya da (heç kim inciməməsi üçün) say “unnilpentium” (Unp), başqa sözlə, sadəcə 105 ilə adlandırılsın. Ns, Ha, Jl simvollarını müxtəlif illərdə çap olunmuş elementlər cədvəllərində görmək olar. Hazırda element “dubnium” adını daşıyır.

1973-cü ildə İUPAK-ın nomenklatura üzrə komissiyası təklif etdi ki, fikir ayrılıqları və mübahisələrdən qaçmaq üçün 104-cü elementdən başlayaraq sıra nömrələrinə uyğun olaraq bunun üçün latın və yunan miqdari və sıra saylarının kökləri istifadə edilməklə adlandırılsın; a-nil, 1-un, 2-bi, 3-tri, 4-quad, 5-pent, 6-hex, 7-sept, 8-oct, 9-enn. Bu köklər elə seçilib ki, asanlıqla təkrarlanmayan adlar və simvollar istənilən element üçün, hətta 999-a qədər yaradıla bilsin. Bu halda yeni elementlərin simvolları artıq mövcud olanlardan fərqli olaraq üç hərfdən ibarətdir. Belə adların və simvolların nümunələri aşağıda verilir: №104 Unnilquadium (Unq), №105 Unnilpentium (Unp), №106 Unnilhexium (Unh), №107 Unnilseptium (Uns), №108 Unniloctium (Uno), №109 Unnilennium (Une), №110 Unnilium (Uun), №111 Unununium (Uuu), №112 Ununbium (Uub), №113 Ununtrium (Uut) və s.

Polonium. 1898-ci ildə Per Küri (1859-1906) və Mariya Sklodovskaya-Küri (1867-1934) kəşf etmişlər. Mariyanın vətəni Polşanın şərəfinə polonium adlandırılmışdır (latınca Polonia).

Rutenium. 1844-cü ildə Kazan Universitetinin professoru Karl Karloviş Klaus (1796-1864) tərəfindən analiz üçün ona Peterburqdan göndərilmiş platinin emalı tullantılarını analiz edərkən kəşf olunmuşdur (1828-1845-ci illərdə Peterburq sikkəxanasında ural planetindən pul kəsilirdi). Klaus yeni elementi öz vətəninin şərəfinə adlandırıb (latın dilində Rusiyanın adı Ruthenia adlanır). Görünür aydınlaşdırmaq lazımdır ki, Klaus Derpt şəhərində anadan olmuşdur və bu şəhər 1704-cü ildən Rusiya imperiyasına daxil idi (1893-cü ildən Yurev, indi isə Estoniyada Tartu şəhəri). Lakin, ilk dəfə olaraq “ruten” adını Vilhelm Ozann (1797-1866) düşünmüşdür. O, xam platində kəşv etdiyi 3 elementdən birini belə adlandırmışdır. Lakin, Berselius Orannın aldığı nəticələri təsdiq etmişdir, o isə məşhur isveç kimyaçısı ilə mübahisədə özünün haqlı olduğunu sübut edə bilmədi. Berselius  Klausun da nəticələrini təsdiq etmədi! Amma, o, Oranndan  fərqli olaraq nüfuzlu Berselius qarşısında durmağı bacardı və nəhayətdə onu inandıra bildi ki, o, haqlıdır. Odur ki, ruteniumun kəşvi şərəfi Klausda qaldı.

Xassium (Hs). Sıra nömrəsi 108 olan element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan aslı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu  qanium adlandırırdılar).

Darmştadtium (Ds). Sıra nömrəsi 110 olan bu element 1994-cü ildə Darmştadtda sintez olunub.

Livermopium (Lv). Sıra nömrəsi 116 olan bu element Ernst Lourens adına Livermorsk milli laboratoriyasında sintez olunmuşdur və bu ad həmin laboratoriyanın şərəfinə verilmişdir. Laboratoriya Kaliforniya ştatında Livormor şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adı isə 1816-cı ildə İngiltərədən Kaliforniyaya mühacirət etmiş və bu şəhərin əsasını qoymuş fermer Robert Livermorun adını daşıyır. Beləliklə, bu elementin adında faktiki olaraq heç kimə tanış olmayan fermerin adı əbədiləşib.

Holmium. 1879-cu ildə İsveçrə kimyaçısı və fiziki Jan Lui Sore (1827-1890) spektral analiz üsulu ilə “erbium torpağında” yeni element aşkar etdi. Ona adı İsveç kimyaçısı Per Teodor Kleve Stokholmun şərəfinə (onun latınca qədim adı Holmia idi) verir, ona görə ki, Kleve özü İsveçin paytaxtı yaxınlığında tapılmış mineraldan 1879-cu ildə yeni elementin oksidini ayırmışdı.

Tulium. Yeni element holmium kəşv edilən ildə isveçli Kleve tərəfindən kəşv olunmuş və qeyri-adi olaraq öz vətəninin şərəfinə adlandırmışdır. Qeyri adilik odur ki, Tule adında ölkə mövcud deyil. Qədim yunan səyyahı Pifey “Okean haqqında” əsərində Tule (Thule) adasını təsvir etmişdir. Guya bu ada “Britaniyadan dənizlə altı günlük məsafədə, donmuş dənizin yaxınlığında yerləşir”. Amma artıq qədim zamanlarda bu təsvir şübhələr yaratmışdı. Antik coğrafiyaçılar sadəcə dünyanın ən şimal həddini belə adlandırırdılar, orta əsrlərdə isə Avropanın şimal hissəsini: İslandiyanın və ya müasir Norveçin şimali-qərb hissəsini. 1942-ci ildə İsveçdə avtomobillər üçün avadanlıqlar istehsal edən Thule şirkəti yarandı.

Stronsium. O, stonsianit mineralında (SrCO3) aşkar olundu. Bu mineral 1764-cü ildə şotland kəndi Strontian yaxınlığındakı qurğuşun yatağında tapılmışdır. Bu mineralda közərtdikdə yeni elementin oksidinin iştirakı təxminən 30 il sonra eyni vaxtda bir neçə tədqiqatçı tərəfindən müəyyən edildi.

Skandium. Elementin mövcudluğu D.İ.Mendeleyev tərəfindən əvvəlcədən göstərilmişdir (eka-bor kimi) və 1879-cu ildə İsveç kimyaçısı Lars Frederik Nilson (1840-1899) tərəfindən kəşv olunmuşdur və Skandinaviyanın şərəfinə adlandırılmışdır.

İtfrium, itferbium, terbium, erbium. 1787-ci ildə İsveç ordusunun leytenantı və həvəskar mineroloq Karl Aksel Arrenius (1757-1824) çöl spatı çıxarılan karxanada maraqlı daşlar axtarırdı. Bu, böyük olmayan İsveç kəndi İtterbyu (Ytterby) yaxınlığında (Stokholm yaxınlığında Rasaryo adasında) yerləşirdi. Arrenius yeni, tünd mineral tapır və onu itterbit adlandırır.  İtterbit mineralların hamısından ən məşhuru oldu: sonralar onda çoxlu sayda yeni elementlər aşkar edildi. İndi Rasaryonun çox küçələri elementlərin və mineralların şərəfinə adlandırılır. Orada həmçinin daşkəsmə tarixini yaşadan muzey də var.

Arrenius itterbiti Abo şəhər universitetində, gənc fin kimyaçı Yuxan Qadolinə (1760-1852) göndərir. Bu mineralı öyrənərək Qadolin 1794-cü ildə onda əvvəl məlum olmayan “torpaq” aşkar edir (o vaxtlar müxtəlif elementlərin çətin əriyən oksidləri belə adlandırılırdı). İsveç kimyaçısı və mineroloqu Anders Qustav Ekberq bu “torpağı” itteri (yttria) adlandırdı. Sonradan minerala qadolinit adı verildi, onda olan element isə itterium adlandırıldı. Çox illər keçdikdən sonra, 1843-cü ildə İsveç kimyaçısı Karl Qustav Mosander (1797-1858) göstərdi ki, “itterium torpağı” üç oksidin qarışığıdır. Bu tərkibi tərkib hissələrinə ayırmaqla analoji olaraq onun adını da “parçaladılar”. İtterbium, terbium və erbium belə yarandı. Mosander təmiz halda “erbium və terbium torpaqlarını” – erbiumun və terbiumun oksidlərini ayıra bildi; itterbiumun təmiz oksidini təmiz halda 1878-ci ildə isveçrə kimyaçısı Van Şarl Qalissar de Marinyak (1817-1894) ayırdı və bu elementin kəşfi şərəfi ona aiddir.

Maqnezium və manqan. Hələ qədim yunan filosofu Miletli Fales (bizim eradan əvvəl VII-VI əsrlər) dəmiri cəzb edən qara mineralı öyrənmişdir. O, bu mineralı Magnetis lithos - “Maqnesidən daş” adlandırmışdır (Şimali Yunanıstanın şərq hissəsində, Fessalidə dağlıq ərazi). Bu məşhur yer idi: Yason orada “Arqo” gəmisi qurmuşdu, buradan Troyu altına gəmiləri Heraklın dostu Filoktet aparmışdır. Maqnitin adı Maqnesiyadan yaranmışdır. İndi məlumdur ki, bu maqnit xassəli qara dəmir oksidi (Fe3O4) idi.

Amma, burada maqnezium və manqana nə aidiyyət? Roma təbiətşünası Böyük Plini (23-79) oxşar qara rəngli, amma maqnit xassəsi olmayan mineralı qeyd etmək üçün magnetis (və ya magnes) terminindən istifadə etmişdir. Xarici görünüşcə oxşar olan  mineralların fərqli xassələrini Plini bizim üçün olduqca qeyri adi formada izah edir. Güc, o cümlədən maqnit gücü - “kişi başlanğıcı” olduğundan qara maqnit mineralı “kişidir”. Maqnitsiz qara mineral isə uyğun olaraq “qadındır”. Sonralar qara, maqnitsiz mineral pirolizit (yunanca pyr-“od” və lysis-“təmizləmə”) adlandırıldı: onu ərimiş şüşəyə qatdıqda o, rəngsizləşir. Bu onunla izah olunur ki, dəmir əlavələri olan adi qumdan alınan şüşə yaşıl (“butulka”) rənginə malik olur. Pirolizit isə şüşəyə yaşıl rəngə əlavə olaraq bənövşəyi çalar verir. Beləliklə, komponentlərin düzgün nisbətində  şüşə rəngsiz olur. Sonradan aydın oldu ki, pirolizit manqan dioksiddir MnO2.

Əlkimyaçılar  bu mineralı rənginə görə magnesia nigra, başqa sözlə “qara maqneziya” adlandırdılar. Orta əsrlərdə əlyazmaların üzünü köçürərkən  magnes  əvvəlcə mangnesə, sonra manganesə çevrildi. 1774-cü ildə isveç mineroloqu Yuxan Qotlib Qan (1745-1818) pirolizitdən yeni metal ayırdı və ona manganes adını verdi. O, bu formada avropa dillərində möhkəmləndi (ingiliscə, italyanca manganese, fransızca manganèse, ispanca manganeso, həmçinin almanca Mangan, hollandca mangaan). Rus dilinin qanunları “nq” hərif birləşməsini “rq”-yə çevirdi və “manqans”dan “marqanes”ə çevrildi.

Qaldı maqnezium ilə məsələni aydınlaşdırmaq. 1695-ci ildə İngiltərədə Epsom mənbəyinin mineral sularından acı dadlı və işlədici təsirli duz ayırdılar. Əczaçılar onu acı, ingilis və ya epsom duzu adlandırdılar; epsomit mineralının tərkibi  MgSO· 7H2O kimidir. Kimyaçılar bu duzun məhlullarına soda və ya potaş ilə təsir edərək ağ çöküntü aldılar - maqneziumun əsasi karbonatını. Bu əsasi karbonat müxtəlif tərkibə malik ola bilər. Məsələn MgCO· Mg(OH)2 · 3H2O. Bu, ağ maqneziya idi (magnesia alba). O, susuzlaşdırıldıqdan sonra xaricə prisipka kimi istifadə olunurdu, indi də istifadə olunur, daxilə isə turşuluq çox olduqda və yüngül işlədici kimi istifadə olunur. Maqneziumun əsasi karbonatı təbiətdə nadir hallarda rast gəlinir və magnesia alba da həmçinin qədim zamanlardan məlumdur. Ehtimal olunur ki, bu mineral Magnesiya yaxınlığında tapılmışdır, amma, çox ehtimal ki, başqa yerdə. İş ondadır ki,  Magnesiyanın əhalisi kiçik Asiyada eyni adlı daha bir şəhər salmışdılar ki, bu da yanlışlığa səbəb ola bilər. Belə şəhərlərdən biri indi  Manisa adlanır və Türkiyənin şərq kənarında yerləşir. Bu şəhərin ətrafı Niobi haqqında əfsanələrlə  məşhurlaşıb. Digər Magnesiya cənubda idi, məşhur Artemidlər məbədi burada idi. Lavuaze ağ maqneziumu bəsit cism adlandırırdı. 1808-ci ildə ingilis kimyaçısı Qemfri Devi (1778-1829) azca nəmləndirilmiş ağ maqneziumu civə elektrod ilə elektroliz edərkən yeni metalın amalqamasını almışdır (0,3%-ə qədər maqneziuma malikdir). Sonra o çevrəni qovaraq metalı ayırmış və onu maqnezium adlandırmışdır. O vaxtdan əksər avropa dillərində bu element magnesium ispan və italyan dillərində magnesio adlanır. Beləliklə, maqnit, maqnezium və manqan “qohumluğu” kifayət qədər gözlənilməz alındı.

Bir çox elementlərin adları filizin və ya mineralın çıxarıldığı yerin adı ilə bağlıdır. Belə bir əlaqə (mis – Kipr) cuprum sözünün etimologiyası ilə əlaqəli baxılmışdır (Misə aid məlumatda). İndi isə bu qrupa aid digər elementlərə qısa olaraq baxaq.

Yevropium. Yeni element 1886-cı ildə nadir torpaq elementləri qarışığından fransız kimyaçısı Ejen Anatoli Demarse (1852-1903) tərəfindən ayrılmışdır. Onun mövcudluğu spektral analiz ilə yalnız 1901-ci ildə təsdiq olundu və onda Demerse yeni elementi Avropanın şərəfinə “yevropium” adlandırdı. Dünyanın bu hissəsi hələ qədimdə Zevsi oğurlamış finikiya çarının qızı, mifik Avropanın adı ilə adlandırılmışdı.

Amerisium. Süni olaraq 1944-cü ildə Çikaqo Universitetinin Metallurgiya laboratoriyasında Qlenn Siborq (1912-1999) və əməkdaşları tərəfindən alınmışdır. Yeni elementin xarici elektron təbəqəsi (5f) yevropiumun 4f təbəqəsi analoji olmuşdur. Uyğun olaraq Avropanın şərəfinə yevropium adlandırıldığı kimi bu element Amerikanın şərəfinə amerisium adlandırıldı.

Berklium. 1949-cu ildə Berklidə Kaliforniya Universitetində Siborqun qrupu tərəfindən süni olaraq alınmışdır.

 

Mənbə: Илья Леенсон. Язык химии. Этимология химических называний. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

2017-05-01   39328