NKPI

Maraqlı Məlumatlar

Məmmədəli Əliyev (Sail) - Qiymətli olur söz həmişə kamil olanda

***
 
Var qamətinin bənzəri Fərhadə, a dostum,
Əhsən sənə xəlq eyləyən ustada a dostum.
 
Sən dostluğa sadiqsən əzizim, hünərin var.
Pis gün səni heç görmə bu dünyadə, a dostum,
 
Sən şadlığı sev, şadlığ isə qoy səni sevsin,
Dayim olasan qüssədən azadə, a dostum.
 
Qəlbində sənin vardır məhəbbət dolu sevda,
Alqış sənə, həm bir belə sevdadə, a dostum.
 
Bil ki, sənə öz dostlarının hörməti çoxdur,
Hazırdılar hər əmrinə amadə, a dostum.
 
Gər dadlı qəzəllər sən eşitmək diləyirsən.
Dayim düşünüb Saili sal yadə, a dostum.
 
Mənbə:  M.Əliyev. Qiymətli olur söz həmişə kamil olanda. 128 səh.

2017-04-27   35344