NKPI

Maraqlı Məlumatlar

Azərbaycanda 4 Çaylı kəndi var

 

I) Tərtər rayonunun Çaylı kəndi. Dağətəyi ərazidədir. Kürəkçayın sahilində yerləşdiyinə görə belə adlanmışdır. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Yuxarı Çaylı adlanmışdır. 1990-cı ildən Çaylı adlanır.

II) Qazax rayonunun Çaylı kəndi. Gəncə-Qazax düzənliyindədir. Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur.

III) Şamaxı rayonunun Çaylı kəndi. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. 1846-cı ildə baxşıbəyli və ağakişibəyli adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

IV) Şəmkir rayonunun Çaylı kəndi. Şamxor çayının sahilindədir. Yerli məlumata görə, Qazax rayonunun Çaylı kəndindən gəlmiş ailələr saldığı üçün belə adlanmışdır (indi Qazax rayonunun bu kəndi Çaylı kommuna adlanır).

 

Mənbə: Azərbaycan toponimləri. Ensiklopedik lüğət. “Azərbaycan Ensiklopediyası”, 2000, 588 s.

2017-04-27   38771