NKPI

Интересные Факты

Kovalent əlaqə

Kovalent əlaqə. Polyarlaşma. Kimyəvi əlaqələrin ifadə olunma üsulları” mövzularına aid olan  və yadda saxlanılması vacib olan məlumatlar

- Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur.

- Kovalent əlaqənin əmələ gəlməsinin iki mexanizmi mümkündür:

1) mübadilə mexanizmi – əlaqə müxtəlif atomlara aid olan elektronların cütləşməsi hesabına yaranır;

2) donor-akseptor mexanizmi – əlaqə bir atomun elektron cütü (donor) və digər atomun (akseptor) vakant orbitalı hesabına yaranır. Donor-akseptor mexanizmi ilə yaranan kovalent əlaqə az möhkəm olur.

- Kovalent əlaqə polyar qeyri-polyar olur. O əlaqə polyar adlanır ki, bu əlaqədə elektron sıxlığı daha çox elektromənfi atoma doğru yerini dəyişir. Qeyri-polyar əlaqə əmələ gəldikdə belə yerdəyişmə olmur. Polyarlaşma nisbi elektromənfilikləri müxtəlif qiymətlərə malik olan element atomları arasında əlaqə yarandıqda baş verir.

- Çox vaxt kovalent əlaqə elektron cütünü ifadə edən xətt (–) ilə ifadə olunur. Məsələn, H–H, H–Cl, H–O–H

Əlaqənin belə ifadəsi ilə alınan yazı struktur formulu adlanır.

- Atom onun valent səviyyələrində olan ümumi orbitalların sayından çox kovalent əlaqələr yarada bilməz.

2017-03-20   36153