NKPI

Maraqlı Məlumatlar

AMEA-nın dünyada və nüfuz qazanmış alimləri sırasında tarix üzrə elmlər doktoru FƏRİD ƏLƏKBƏRLİNİN xüsusi yeri var

 

Ona ABŞ-dan, Belçikadan, Böyük Britaniyadan, Norveçdən. Argentinadan, Çilidən, Almaniyadan, Rusiyadan, Uruqvaydan, Braziliyadan, Kanadadan onlarca məktub gəlmişdir. Onun haqqında xarici alimlərin məqalələri çap olunmuşdur. Onun kitablarına dünyanın nüfuzlu alimləri rəylər vermişdir.

Qeyd etdiklərimizdən bəzilərini fikirlərimizin təsdiqi kimi sizlərə təqdim edirik. Azərbaycanın aliminə verilən yüksək qiymət qürur vericidir. Fərid Ələkbərli əslində Azərbaycan elminin, o cümlədən təbabət elminin qədimliyini dünyaya nümayiş etdirir, xalq təbabəti üçün çox dəyərli olan, lakin çoxdan unudulmuş reseptləri yenidən yaddaşlara qaytarır, azərbaycanın zəngin dərman bitkiləri ölkəsi olduğunu göstərir, ölkəmizdə uzunömürlülüyün əsas səbəblərini təqdim edir, ta qədimdən indiyə qədər Azərbaycanda mövcud olan əxlaqi və mənəvi dəyərləri, böyük tarixi olan mətbəx mədəniyyətimizi sistemli şəkildə tədqiq edərək ictimaiyyətə təqdim edir. Bu təkcə elmə xidmət deyil. Bu əslində xalqa və bütövlükdə bəşəriyyətə xidmətdir. Sağlam yaşam üçün min illərdən gələn vacib yaşayış qaydalarının əməl olunmasının vacibliyinə çağırışdır. Təqdim etmək Fərid Ələkbərlidən, öyrənib faydalanmaq hər birimizdən. Alim biliyini paylaşanda zənginləşir, məşhurlaşır, ehtirama layiq olur.

ABŞ alimi Cin Peterson 2003-cü ildə “Azerbaijan international” jurnalında çap etdirdiyi məqalə: “Fərid Ələkbərli: Bakı tibb əlyazmalarının tədqiqi.”

Özünün 40 yaşında doktor Fərid Ələkbərli artıq Azərbaycan orta əsrlər tibb əlyazmaları üzrə aparıcı avtoritetdir. Bakı Əlyazmalar İnstitutunda aparılan tədqiqatlar nəticəsində o yüzlərlə nadir mətnləri oxumuşdur ki, onların əksəriyyəti ərəb dilində yazılmışdır. Onun məqsədi orta əsrlər həkimlərinin öz pasientlərini müalicə etmək üçün ənənəvi tibbi necə istifadə etdiklərini öyrənmək idi. Onların istifadə etdikləri vasitələrin əksəriyyəti çoxdan unudulub.

Fərid Ələkbərli inanır ki, biz orta əsr həkimlərindən çox şeyi öyrənə bilərik. Onların ənənəvi yanaşmaları müasir təbabətdə yenidən istifadə oluna bilər, o halda ki, o yaxşı tədqiq olunsun və təhlil edilsin. Bu biliklərin bərpası və yayılması üçün Fərid iki on illik illəri tibb əlyazmalarının oxunmasına və tərcüməsinə sərf etmişdir. Onun kəşfləri sübut edir ki, bizim müasirlərimiz özləri üçün insan orqanizmini yenidən kəşf etməlidirlər və optimal sağlamlıqdan həzz almalıdır.

Ərəb əlifbası ilə yaradılmış azərbaycan orta əsrlər tibb əlyazmalarına gəldikdə Fərid Ələkbərli çox şeyləri ilk dəfə edib. O, ilk olaraq Bakı Əlyazmalar İnstitutunda saxlanılan bütün tibb əlyazmalarının ciddi, dərin tədqiqatlarını aparmışdır. Bu iş nəticəsində o, 365 əlyazmanın kataloqunu hazırlamışdır. Onun kəşfləri arasında əvvəllər məlum olmayan iki azərbaycan həkimlərinin – Əbül Həsən Marağayi (XVIII əsr) və Murtuzaqulu Şamlının (XVII əsr) əlyazmaları var.

O, Azərbaycanda ilk adamdır ki, orta əsrlər Azərbaycanında mövcud olan xəstəliklərin aradan qaldırılması konsepsiyasını öyrənmişdir, xüsusilə də o dərəcədə ki, bu həyat tərzinə, qidalanmaya, idmana, emosiyaların tənzimlənməsinə, ətraf mühitin qorunmasına, təbabətə və farmokologiyaya aiddir.

O, həmçinin orta əsrlər azərbaycan əlyazmalarında təsvir olunmuş təbii dərmanların tədqiqində də ilkdir. Ona qədər İ.Əfəndiyev və A.Rüstəmov kimi alimlər azərbaycan təbabətinin qədim tarixini yazmışdılar, amma Ələkbərov ilk olaraq həm humanitar, həm də təbiət elmləri cəlb edərək kompleks tədqiqatlar aparmışdır.

Biologiya üzrə namizədlik dissertasiya müdafiə etmək üçün (doktorluq dissertasiyası tarix üzrə olmuşdur!) Fərid ilk adam idi ki, orta əsrlər azərbaycan mənbələrində yazılmış bikti növlərini, mineralları və heyvanları öyrənmiş və onları bioloji, tibbi filoloji və tarixi nöqteyi-nəzərdən təhlil etmişdir. Beləliklə, o əvvəllər unudulmuş 256 dərman bitkisi növlərini identifikasiya etmişdir. Lazımi eksperimental və klinik tədqiqatlardan sonra onların əksəriyyəti müasir təbabətin arsenalına daxil edilə bilər.

Əlavə olaraq, o 866 növ çox komponentli dərmanlar (həblər, siroplar, tabletkalar), onların tərkiblərini müəyyən etmiş, onların terapevtik xassələrini təsvir etmişdir. Bu dərmanların hamısı orta əsrlər mənbələrində yazılmasına baxmayaraq əvvəllər onlar heç vaxt ciddi elmi analizə məruz qalmamışdı.

Ələkbərli ilk dəfə təklif etmişdi ki, sağlamlığın müdafiəsi sistemi ənənəvi azərbaycan təbabətinin müasir elmi təbabətin sintezindən ibarət olmalıdır. Onun ideyaları azərbaycan, rus və ingilis dilində çap olunmuş çox saylı kitablarda və məqalələrdə verilmişdir. Onun diqqətli tədqiqatları sayəsində özündə 1400 sözü birləşdirən orta əsrlər azərbaycan farmakoloji terminlərinin yeni lüğəti tərtib olnumuşdur. Belə lüğət ilk dəfə tərtib olunur.

Sonuncu “birinciliyi” Fərid cari 2003-cü ildə öz həmkarı Akif Fərzəliyev ilə birlikdə Rusiyada (Sankt-Peterburq) orta əsrlər azərbaycan təbabəti haqqında kitabı çap etdirməklə qazanıb. “Tuxfat əl-muminin” – orta əsrlər traktatı artıq satışdadır. Bu, Fəridin rus dilində yazdığı üçüncü kitabdır.

Son 20 ili Fəridin sərf etdiyi əsas məsələ bir çox yüz illiklər əvvəl insan öz sağlamlığını necə qorumağı öyrənməsi məsələsi idi. Bu iş prosesində qədim həkimlərin təsvir etdikləri uzunömürlülüyün sirlərini tapdı. Bu – müasir elmin aktual məsələlərindən biridir. Bu gün həkimlər bizə məsləhət görürlər ki, faydalı məhsullar istifadə edək, müntəzəm fiziki məşqlər edək və siqaret çəkmək və şirin şeylərə izafi alüdəçilikdən əl çəkək. Orta əsrlər azərbaycan həkimlərinin sağlam həyat tərzi haqqında öz xüsusi nəzəriyyələri var idi. Onların ideyalarının bəziləri bu gün bizə təklif olunanlarla uyğunlaşır, digərləri radikal fərqlənir.

Təbabət tarixçisi, IX-XVIII əsrlərdə yaradılmış yüzlərlə tibbi əlyazmaları tədqiq etmiş Fərid Ələkbərli onların təklif etdiklərini hərtərəfli öyrənmişdir. Bu qədim əlyazmalar Bakıda Əlyazmalar İnstitutunda saxlanılır.

Orta əsrlər həkimləri bitkilərdən, heyvanlardan və minerallardan yüzlərlə dərman yazırdılar. Öz tədqiqatlarında Fərid Ələkbərli 724 növ bitki, 115 növ mineral və 150 növ heyvan aşkar etmişdir ki, onlardan Azərbaycanda nə vaxtsa dərman kimi istifadə olunmuşdu. Onlardan 256 növ dərman bitkiləri tamamilə unudulmuşdur. Ələkbərli həmçinin 866 növ mürəkəb dərman vasitələrinin identifikasiya etmişdir, onların dərman xassələrini vermişdir.

Həkimlərin 600 və ya 700 il əvvəl etdikləri ola bilsin ki, bizim artıq unutduqlarımızı bizim üçün açacaq. Fərid Ələkbərli inanır ki, ənənəvi təbabət müalicənin və xəstəliklərin qarşısını almanın açılmamış sirlərinin açarına malikdir.

“Əgər biz qədim bilikləri müasir elmi nailiyyətlərlə əlaqələndirə bilsək, preventiv təbabətin yeni konsepsiyasını formalaşdıra bilərik.”

 

Məşhur alim səyyah Tur Xeyerdal (Norveç) 27 iyun 2000-ci ildə Fərid Ələkbərliyə yazdığı məktub.

 

Əziz doktor Ələkbərli!

23 iyun 2000-ci il tarixli, olduqca maraqlı və əhəmiyyətli məlumatlara malik məktubunuza görə çox sağ olun.

Mən öz həmkarım Per Lilliestrom ilə birgə apardığımız tədqiqatlar arxeologiya və coğrafiyanı İslandiyada saxlanılmış tarixi məlumatların analizi ilə əlaqələndirməklə aparırıq. Bu tədqiqatlar göstərir ki, Qafqaz və Skandinaviya arasında sıx əlaqə mövcuddur. Bu əlaqə çox qədim köklərə malik ola bilər, amma eyni zamanda bizim eranın ilk əsrlərində Azov ətrafı ərazilərdən rus çayları ilə Baltik dənizinə və sonra Danimarkaya, İsveçrə və Norveçə müəyyən miqrasiyalar olmuşdur.

Biz hesab edirik ki, Novqorodda Skandinaviya təsiri skandinaviyalıların vikinqlər epoxasında onlara çoxdan məlum olan ərazilərə təkrar qayıtması sayəsində mümkün olmuşdur. Doktor Ələkbərli, Sizin xatırlatdığınız ruslar həqiqətən də təmiz norman mənşəli ola bilərlər, amma onların əcdadları nə vaxtsa rusiya çaylarının digər tərəfində yaşamışlar.

Per Lilliestrom və mən bu mövzuda norveç dilində yazdığımız kitabı yenicə tamamladıq, amma Sizin təqdim etdiyiniz və bizim konsepsiyamızı təsdiq edən zəngin və yeni məlumatlar kitabı ingilis dilinə və mümkündür ki, azərbaycan dilinə tərcümə etmək üçün yenidən yazmağa meyilləndirir.

Doktor Ələkbərli, Sizin təqdim etdiyiniz tarixi məlumat o qədər əhəmiyyətlidir ki, biz növbəti nəşrdə Sizə istinad etməyi planlaşdırırıq. Biz Sizdən çox xahiş edirik ki, Skandinaviya, Azərbaycan və Qafqazın digər əraziləri arasında olan əlaqələri sübut edən və Sizdə olan istənilən materialları göndərəsiniz. Biz əlbəttə ki, ədəbiyyat siyahısnda Sizə istinadı verəcəyik, amma biz istəyirik ki, Siz öz nəticələrinizin hamısını istinadlarla təmin edəsiniz ki, maraqlanan oxucular əmin ola bilsinlər ki, məlumatlar doğrudur. Ən yaxşı arzularla və tezliklə cavab almaq ümidi ilə...

Həqiqətən Sizin,

Tur Xeyerdal, Phd.

Qumar, tenruf. İspaniya.

June 27. 2000

 

Fərid Ələkbərli 1964-cü ildə Bakıda anadan olmuşdur. 1986-cı ildə indiki Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.

Sonra Xarici Dillər Universitetində 2 il fars dilini öyrənmişdir.

1991-ci ildə dissertasiya müdafiə edərək b.ü.f.d., elmi dərəcəsi almışdır. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildə professor elmi adı almışdır.

AMEA-nın Əlyazmalar İnstitutunda şöbə müdiri işləyir.

Fərid Ələkbərli 27 kitabın və 215 məqalənin müəllifidir. Dörd Dörd kitabı xaricdə çap olunub, ikisi Rusiyada, biri ABŞ-da, biri də İsveçrədə. Məqalələrinin 66-ya qədəri xaricdə çap olunub.

Fəid Ələkbərli 6 fəlsəfə doktoru hazırlayıb.

O, 2010-cu ildə Vatikanda Apostol kitabxanasında elmi ezamiyyətdə olub, 90-a qədər orta əsrlər Azərbaycanı əlyazmalarını, 100-dən çox orta əsrlərə aid arxiv sənədlərini tapmışdır və onların surətlərini ölkəmizə gətirmişdir. 

2015-10-20   4385