NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 125

Bitkilərdən istifadə qaydaları – XVIII

- Revmatizmdə uca andız pıtrağın kökü ilə birlikdə aşağdakı kimi istifadə edilir: 2 xörək qaşığı andız kökü bir stəkan suda 30 dəqiqə ərzində dəmlənilir, 10 dəqiqə soyudulur, 0,5 stəkan gündə 2-3 dəfə yeməkdən bir saat əvvəl qəbul edilir.

- Dərman zəncirotu kökünün dəmləməsi orqanizmdən yad maddələrin sidiklə podaqrada, meyvələrindən eplepsiya, ürək-damar xəstəliklərində, dəri xərçəngində ağrıkəsici və hemostatik vasitə kimi istifadə edilir.

- Adi razyana dəmləmə şəklində, uşaqlarda tez-tez baş verən mədə ağrıları və bağırsaq spazmaları zamanı geniş şəkildə istifadə olunur. Eyni məqsədlə meyvəsinin qurudulmuş nanə yarpağı ilə bərabər qarışığının dəmləməsi daha yaxşı nəticə verir.

- Adi razyana xammalı ilə bostan şüyüdünün meyvəsinin qarışığına yol verilməməlidir.

- Üçyarpaq suyoncasının isti, sulu dəmləməsi paradontoz, gingivit və stomatitə qarşı qarqara etmək üçün məsləhət görülür. Son zamanlar suyoncası xammalından 10,0:200,0 nisbətində isti, sulu dəmləmə, yaxud həlim hazırlanır. Alınmış çıxarışdan gündə 3 dəfə, hər dəfə 60-70 ml, yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-04-07   262