NKPI

Maraqlı Məlumatlar

Tapmacalar – 211

***
Oradadır əzrayıl,
Şeytanın quyruğu, bil,
Uzanıbdır onadək.
Lap uzaqdan şeytana
Toxun: eyləyək gödək!
Əzrayıl orda tüğyan,
Edər, dağılar hər yan.
(Qumbara)
***
Başlayanda o işə
Söhbət yığışar dişə.
Dəyişdirər dişini,
De sən onun işini.
(Dəllək ülgücü)
***
Çaldı bir qoca, zurna;
Məhv oldu göydə durna.
Hamı durdu qaçmağa,
Haqq qapısın açmağa.
Bax, partokrat, bürokrat,
Minib qaçdılar bir at.
(İsrafil zurna çalır)
***
Deyirlər quyruqludur.
Çıxsa buyruq quludur.
Yurd-yuvası Qaf dağı,
Nə solu var, nə sağı.
(Cin)
 
Mənbə: Muradov İ.C. “Tapmacalar”. Bakı: “Müəllim” nəşriyyatı, 2019, 240 səh.

2021-04-07   255