NKPI

Maraqlı Məlumatlar

Acı bibər yemək ölüm riskini azaldır

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə birə qədər azalda bilir.

NKPI.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyillilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

“Rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır”, – deyə alimlər qeyd ediblər.

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaltdığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidant, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

2021-03-04   32575