Maraqlı Məlumatlar
Bitkilər – Xalq Təbabətində – 81
Göz xəstəliklərində işlədilən bitkilər – I
- Göz ağrısı temperaturla olarsa gülabdan, yumurta ağından, soyuqdan olarsa müşkdən, gözdən su axarsa sürmədən, quru olarsa ana südü, heyva dənəsinin şirəsi və badam içindən istifadə edirlər.
- Sarı zanbağın yağını gözə kompres kimi qoymaq göz şişinə kömək edir.
- Şibyəni çöl hissədən göz pərdəsinə sürtmək göz iltihabına qarşı yaxşı dərmandır, onu gözün özünə çəkmək göz qızartısını aradan qaldırır.
- Yumurta ağını gülab ilə gözə çəkmək şişi müalicə edir.
- Ənlik-kirşanı sirkə və gül yağı ilə qarışdırıb göz pərdəsinin çöl hissəsini yağlamaq iltihabı aradan qaldırır.
- Sumağı gülabda qaynadıb gözə damcılatmaq göz iltihabının başlanğıcı üçün xeyirlidir.
- Saqqız ağacını yandırıb onun hisini gözə çəkmək ağrını kəsir və göz sulanmasının qarşısını alır.
- Ana südü göz ağrısını sakitləşdirir.
Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.
2021-02-22
199
Ətraflı

Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə
2021-02-26
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Xocalı soyqrımı abidəsi önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Neft-Kimya Prosesləri İnstitutunun kollektivi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsinə
2021-02-26