NKPI

Maraqlı Məlumatlar

Tarixi “kuryozlar” - QANUNİLƏŞDİRİLMİŞ QƏTL

 

I Pyotr (1672-1725-ci illər, 1682-ci ildən çar, 1721-ci ildən imperator) öz oğlu və varisi Alekseyi   İvan Qroznı kimi qəddar üsulla, amma daha çox siyasi nəticələrlə öldürdü.

Pyotr 1689-cu ildə sevmədiyi Evdokiya Lopuxina ilə evlənir. Hələ 1690-cı ilin fevralında Aleksey doğulmamışdan öncə çar praktiki olaraq həyat yoldaşı ilə əlaqəni kəsmişdi və 1698-ci ildə rəsmi olaraq ondan boşanmışdı. 1703-cü ildə o qələbə ilə ələ keçirilmiş Pribaltikadan gətirilmiş adi Marta Skavronski ilə sevgi və razılıq əsasında yaşamağa başladı və 1712-ci ildə Ekaterina adı ilə onun həyat yoldaşı oldu. Ekaterina ona dörd oğul doğdu, amma 1717-ci ilə qədər onlardan yalnız biri – iki yaşlı Pyotr qaldı. Çar qocalmışdı və kədərlə anladı ki, hakimiyyəti sevmədiyi oğlu Alekseyə verməli olacaq (o vaxt Aleksey artıq böyük və ailəli idi).

Aleksey öz tərəfindən atasını tanımadan, məlum səbəblərdən Pyotra nifrət edən anasının əhatəsində böyüyürdü, onun apardığı reformaları tənqid edirdi və əmin idi ki, varis hakimiyyətə gələrək yaxşı keçmiş qaydalar qaytaracaq. Aleksey atasından fərqli olaraq nə elm, nə hərbi iş, nə gəmiqayırma, hətta hakimiyyət ilə də maraqlanmırdı. O dindar adam idi. Pyotr bu haqda çox yaxşı xəbərdar idi, qəzəblənirdi və heç də əsassız olmayaraq ölkənin gələcəyindən narahat idi.

1715-ci ildə o Alekseyə “Mənim oğluma elan” adlı sənəd göndərmişdi. Bu sənəddə çar varisə öz siyasətini ətraflı izah edirdi, yenidən qurmanın vacibliyinə inandırırdı və tələb edirdi ki, dövlət işçilərində daha aktiv iştirak etsin. Ata istəyinə müqavimət müqabilində Pyotr oğlunu tacdan məhrum etməklə hədələyirdi. Və yazmışdı: “Yko ud qanrennıy otseku”. Qorxuya düşmüş oğul tələsik atasına cavab tərtib edir, özünün taxtı-taca layiq olmadığını qeyd edir və yalvarır ki, onu gücü çatmayan dövlət işlərindən azad etsin. Bu Pyotru daha da qəzəbləndirir.

Pyotr bilirdi ki, onun daxili və xarici düşmənləri kifayət qədərdir. Onun ixtiyarı var idi ki, ən yaxın adamlarına da inanmasın və başa düşmürdü ki, könüllü olaraq hakimiyyətdən necə imtina etmək olar. Alekseyin monastra getmək istəyi haqqında şayələri çar bicliklə qurulmuş tələ hesab edirdi. Görünür o hesab edirdi ki, oğlu atasının ölümünü təhlükəsiz yerdə gözləmək istəyir ki, sonra kiçik qardaşını taxtdan salsın. O sualı çox kəskin qoyur: əgər Aleksey ölkəni idarə etmək istəmirsə, onda rəsmi olaraq monax olsun. Alekseyi belə variant təmin etmirdi: 1716-cı ildə o avstriya imperatoru VI Karldan siyasi sığınacaq istəyir və cavabı gözləmədən Vyanaya qaçır. Avstriyalılar Rusiya ilə münaqişəyə girmək istəmirdilər, odur ki, onlar fərarini yaxşı gizlədirlər, sonra isə başqa ad altında Neapola göndərirlər. Pyotr da beynəlxalq skandal qaldırmaq istəmirdi, amma belə özbaşınalıqla barışmaq istəmirdi. O elə üsul seçdi ki, sonralar bu üsul tipik oldu: o Alekseyin ardınca gizli cəsuslar – qraf Pyotr Tolstoy və Aleksandr Rumyangevi göndərdi. 1717-ci ilin iyulunda onlar şahzadəni axtardılar və tapdılar və ona atasının məktubunu göstərdilər: çar vəd verirdiki, oğlu könüllü olaraq geri dönsə onu əfv edəcək. Şahzadə ilə söhbətlər, hədələr, vədlər oktyabra qədər davam etdi. Nəticədə Aleksey atasına etiraf məktubu yazdı və Rusiyaya yola düşdü. Orada o dərhal həbs olundu və rəsmi olaraq taxtdan məhrum olundu. Bundan sonra sorğular başlandı: qaçışı kim hazırlayıb, kim oğulu ataya qarşı istiqamətləndirib, kim çara nifrət edir və onun siyasətinə qarşıdır? Aleksey işgəncə altında çox sayda adamların adını çəkdi, həbsxanalar yeni dustaqlarla  doldu ki, onlar da həm Alekseyin özü, həm də digərlərinə qarşı izahat verdilər.

Bütün bunların nəticəsi Pyotru taxtdan salmaq üçün təşkil olunmuş genişmiqyaslı zaqovor oldu. Hakimlər onun çox iştirakçılarını, o cümlədən şahzadəni ölümə məhkum etdi. Amma Pyotr oğlunun hökmünü təsdiq etmədi. Rəsmi versiyaya görə Aleksey Sankt-Peterburqda Petropavlovsk qalasında 1718-ci ilin iyunun 26-da ölür. Ölümün səbəbi aydınlaşdırılmamış qalır: ya məhbus növbəti işgəncəyə dözmür, ya da həyəcandan ürəyi dözmür. Bəzi məlumatlara görə o ən yüksək tapşırığa görə gizli olaraq öldürülür.

Bu ölüm Pyotra heç bir siyasi dividen vermir. Varis haqqında məsələ açıq qalır, xüsusən də 1717-ci ildə kiçik yaşlı Pyotr Petroviç öldükdən sonra (rusiya imperatorunun sonuncu oğlu).

Bütün bu kədərli hadisələr saray çevrilişləri epoxasının başlanğıcını qoydu.

 

Mənbə: Джеффри Риган. Коллекция исторических курьезов. Италия. Ридерз Дайджест. 2008, 512 с.

2016-08-30   38292