NKPI

Maraqlı Məlumatlar

Böyük kimya səyahəti - I BLOK

 

Hər başlıq üzrə 1, 2, 3, 4, 5 və 6 bal ilə qiymətləndirilən suallar bloku verilir. Sualları tapmaq bacarığınızı yoxlayın.

Dövri sistemin bel sütunu

1 Bal

1. Dövri qanun kim tərəfindən (nə vaxt) kəşf olunub?

2. Dövri sistemdə vertikal sütunlar necə adlanır?

3. Atomun tərkibinə daxil olan hissəcikləri adlandırın.

4. Sıra nömrəsi (qrupun nömrəsi, dövr) nəyi ifadə edir?

5. Atomunda 10 elektron olan elementi adlandırın.

6. Kimyəvi əlaqənin əsas növlərini adlandırın.

7. Hansı kimyəvi element Yerdə (atmosferdə, kosmosda) daha çox yayılıb?

 

2 Bal

1. Natrium və alüminiumun (xlor və bromun və s.) atomlarının quruluşlarındakı oxşarlıqlar nədir?

2. Dörd energetik səviyyəsi və xarici səviyyədə 6 elektronu olan elementi adlandırın.

3. Dövri sistemdə dəmirin mövqeyini xarakterizə edin.

4. Qələvi metallarla (hallogenlərə, təsirsiz qazlara, xalkogenlərə, qələvi-torpaq metallara) aid olan elementləri sayın.

5. Hansı qeyri-metal yer qabığında yayılmasına görə oksigendən sonra ikincidir?

6. Akademik A.E.Fersman hansı qeyri-metalı “həyat və fikir elementi” adlandırmışdır?

7. Hansı elementlər alimlərin (coğrafi obyektlərin, səma cisimlərinin, mifik qəhrəmanların) şərəfinə adlandırılmışdır?

8. İon (kovalent polyar, kovalent qeyri-polyar) əlaqəli maddələrin formullarını seçin: HCl, MgCl2, Cl2.

9. Elementlərin oksidləri və hidroksidləri hansı xarakterik xassələrə malik ola bilər?

 

3 Bal

1. Dövri qanunun müasir tərifini deyin.

2. Kristallik qəfəslərin tiplərini sayın.

3. Hansı metal (qeyri metal) daha aktivdir: sezium və ya kalium (kükürd və ya selen)? Nə üçün?

4. Hansı qeyri metalın adı məşhur alimin soy adı ilə eynidir?

5. Dövrlərdə (əsas yarımqruplarda) metallik (qeyri-metallik) xassələr necə dəyişir?

 

4 Bal

1. Allotropik şəkildəyişmələr əmələ gətirən elementləri adlandırın.

2. Nə üçün atom nömrəsi artdıqca elementlərin xassələri dövri olaraq dəyişir?

3. Hansı elementlər onların xassələri ilə əlaqəli olan adlar almışdır?

4. Elementin baş oksidinin formulu RO3-dür və atomunda 3 energetik səviyyə var. Hansı elementdən söhbət gedir?

5. Hansı element günəş tacı spekterində Yerdən 13 il əvvəl tapılıb?

6. Hansı elementin adı “dağıdıcı” anlamındadır?

7. Hansı elementin adı yunan əsatirində Ay ilahəsinin adı ilə əlaqədardır?

8. Hansı ionlar turşuların məhlullarının ümumi xassələrini müəyyən edir?

9. Hansı element Rusiyanın şərəfinə adlandırılıb?

10. Hansı qeyri-metal onun buxarlarının rənginə görə adlandırılıb?

 

5 Bal

1. Dövri sistemdə ən aktiv metalı (qeyri-metalı) adlandırın.

2. VII elementlər qrupunu hallogenlər qrupu adlandırmaq olarmı? Nə üçün?

3. Nə üçün birinci dördə yalnız 2, ikinci dövrdə 8 element var?

4. Kristallik qəfəslərin tiplərini sadalayın və nümunələr göstərin.

5. Kütləcə fərqlənən, amma eyni nüvə yükünə malik olan atomlar necə adlanır?

 

6 Bal

1. Hansı üç element torpaqdan bitkilər vasitəsi ilə daha çox götürülür ki, bu səbəbdən də onların itkisini bərpa etmək lazımdır?

2. Bir element ion, kovalent polyar, kovalent qeyri-polyar əlaqələrin (ion və metallik) əmələ gəlməsində iştirak edə bilərmi? Cavabı izah edin.

3. Uçucu hidrogenli birləşmədə hidrogenin kütlə payı daha çox olan qeyri-metalı adlandırın.

4. Hansı tibbi preparatın tərkibinə gümüş daxildir?

5. VI qrupun elementinin oksidlərinin birinin tərkibində 50% oksigen olur. Bu elementi adlandırın.

 

2016-07-30   37401