NKPI

Maraqlı Məlumatlar

KİMYA VƏ HƏYAT element - Gümüş

 

Bitkilərdə gümüşün miqdarı milyonda bir faizdir. Onun miqdarı orta hesabla dəniz bitkilərində 100 qram quru maddəyə görə 0,025 mq, yerüstü bitkilərdə isə 0,006 mq miqdarında olur. Gümüş ionları bütün bitkilərin tərkibində daima olur. Gümüşü ən aktiv toplayan bitki sürünən yoncadır. Gümüş ionları bakterial hüceyrələrin daxilinə keçir və mikroorqanizmlərin fermentlərini blokadaya alır və bu zaman əksər ibtidailər məhv olurlar. Gümüş, dezoksiribonuklein turşularının azotlu əsasları ilə əlaqəyə girərək DNT-nin stabilliyini pozur və uyğun olaraq bakteriaların, göbələrklərin və virusların həyat qabiliyyətləri pozulur. Bundan başqa gümüş ionlarının sürətlə hüceyrəyə, sitoplazmatik membrana daxil olması, hüceyrə təbəqəsinin funksiyasının pozulması (bakteriostatik effekt) və çoxlu sayda bakterial fermentlərin blokadası (bakteriolitik effekt) mikroorqanizmlərin məhvinə səbəb olur.

Heyvanların orqanizmində gümüşün miqdarı 100 qram quru qalığa görə (məməlilərdə) 20 mkq-a çatır.

Gümüşün insan orqanizmində miqdarı 1,1 mkq/kq-dır. Daha çox miqdarda gümüş ağ ciyərlərdə, qara ciyərdə, beyində, eritrositlərdə, gözün əlvan təbəqəsində və hipofizdə olur.

Indiyə qədər gümüşün insan orqanizmində fizialoji rolu kifayət qədər öyrənilməmişdir. Gümüş fermentlərin inhibitoru (ləngidici) rolunu oynayır. Müəyyən edilmişdir ki, gümüş əksər fermentlərin aktiv mərkəzlərinin əmələ gəlməsində iştirak edən sulfhidrid (HS) qruplarını blokadaya alaraq fermentlərin aktivliyini azalatmaq qabiliyyətinə malikdir.

Gümüş miozinin adenozintrifosfat fəaliyyətini blokada edir. Miozin insan əzələ toxumasının əsas zülalı olub ATF-i parçalamaq qabiliyyətinə malikdir.

Gümüşün duzları dəriyə düşdükdə qara və çətin kənarlaşdırılan ləkələr yaranır.

Gümüşün insan üçün zəhərlilik dozası 60 mq, öldürücü dozası 1,3-6,2 qramdır.

Onun orqanizmə daxil olmasının əsas mənbələri mineral sular və dəniz məhsullarıdır.

Gümüşün ən geniş məlum olan və insan tərəfindən daha geniş istifadə olunan birləşmələri aşağıdakılardır.

AgNO3 – gümüş (I) nitrat

Ag2Hg3 – gümüş amalqaması – civə və gümüşün ərintisi.

Ag2S – gümüş (I) sulfid.

Gümüş qiymətli metal olub qədim svilizasiyalar dövründən məlumdur.

Gümüş adı ingilis – sakson “siolfur” və latın sözü “argentams”-dan götürülüb.

Qida məhsulları ilə gümüşün sutka ərzində orqanizmə daxil olan miqdarı 0,07 mq-dır.

Gümüş nitrat AgNO3 tibbi preparat kimi istifadə olunur, protarqol və kollarqol dərman preparatlarının tərkibinə daxildir.

Gümüş amalqaması stomatologiyada, xüsusi halda diş protezlərində istifadə olunur.

Qədim zamanlarda insanlar gümüşü su və ərzaq saxlamaq məqsədi ilə qablar və tutumlar hazırlamaq üçün istifadə edirdilər. Çünki, gümüş bakteriostatik təsirə malikdir.

Məlumdur ki, hər gün milyonlarla hindlilər Qanq çayında çimərək dini ayinlər icra etsələr də yolxucu xəstəliklərə tutulmurlar. Bunun səbəbi odur ki, bu çayın suyunda yüksək miqdarda  gümüş ionları var.

Hava atmosferində çox vaxt gümüş predmetlərin qaralması müşahidə olunur. Bu, onların səthində havada olan hidrogen sulfidin təsirindən qara gümüş sulfidin Ag2S əmələ gəlməsidir.

XVII-XIX əsrlərdə gümüş preparatları əsəb və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunmuşdur.

Gümüş ionları bakteriyaların inkişafının qarşısını alır və olduqca az qatılıqlarda (10-10 mol/l-ə yaxın) içməli suyu sterilləşdirir.

Gümüş kəskin ifadə olunan bakterisid, antiseptik, iltihab əleyhinə, yığıcı təsirə malikdir.

Gümüş təbii bakterisid metal olub 650 növ bakteriyalara qarşı effektivlidir. Demək olar ki, bütün antibiotiklərdən fərqli olaraq bu bakteriyalar gümüşə uyğunlaşmırlar. Gümüş bir çox ibtidailərə və hətta viruslara qarşı antibiotik təsirlidir.

2016-07-21   36205