NKPI

Maraqlı Məlumatlar

Robin Şarm. Sizin potensialınızı açmaq üçün 100+1 ideya – 14

Məsuliyyəti üzərinizə götürün

Həqiqi liderlik əslində şəxsi məsuliyyətdən ibarətdir. Dərin nəticələr əldə etməkdə. Sizin öz sərhəddə və ya ştabda olmağınızdan asılı olmayaraq işi öz üzərinizdə götürməkdədir. Mən nə haqda deyirəm.

Axşam göyərti alıram. Növbədə durmuşam. Heç bir tərpəniş yoxdur. İrəli baxıram orada qadın çaşqınlıqdadır – onun bank kartı keçmir. Kassirin sifəti işıqforda duran maralın sifəti kimidir – o sadəcə donub qalıb. İzah etmir ki, nə baş verir (mən sonra aydınlaşdırdım ki, sistem işləmir). Ləngimə üçün alıcılar qarşısında üzr istəməyib. Heç nə etmədi ki, işi ölü nöqtədən çıxarsın. Yalnız qorxmuş halda gülümsədi və əsəbi fit çaldı. Sanki hər şey aydındır, amma həqiqət ondadır ki, hər şey yağ kimi gedəndə yox, həyat çağırış etdikdə liderlik yaranır.

Liderlik o vaxt özünü göstərir ki, işdə vəziyyət bizi sınağa çəkir. Bizim hər birimiz Titulsuz Lider kimi bu çağırışa cavab verməliyik. Hər şey plan üzrə getmədikdə öz böyüklüyünü göstərməlisiniz. İşi öz üzərinizə götürməlisiniz. Tez. Tezliklə sistem yenə işlədi, kartı qəbul etdi və mənim növbəm çatdı. Amma növbəti dəfə bu dükanda olarkən və seçim edərkən ağlı başında olan kassir seçəcəm. O kassir ki, tez düşünür. Digərləri sakit durduğu halda o, iş görür.

 

Mənbə: Робин Шарм. 100+1 идея для раскрытия вашего потенциала.

От монаха, который продал свой “Феррари”. Москва: Издательство АСТ, 2019, 224с.

2019-12-15   32325