NKPI

Maraqlı Məlumatlar

Robin Şarm. Sizin potensialınızı açmaq üçün 100+1 ideya – 2

Görünməyən maneələr

Mən Los-Anceles hava limanında oturmuşam. “Ceneral elektrik”in perspektivli bir qrup əməkdaşları qarşısında çıxış etməyə getmişdim, qeyri-formal liderlikdən danışdım. O haqda ki, hər şeyi ekstra-yüksək səviyyədə cəhd etməyə cəhd vacibdir. Onların yaratdıqları hər şeyin böyüklüyü haqqında danışdım.

Təqdimatdan sonra mən düşündüm ki, nə üçün bu qədər insan öz şəxsi həyatının əsas aspektlərində ikinci dərəcəli rol oynayır. Nə üçün biz dəyişikliklərdən qaçırıq? Nə üçün yeniliklərdən qorxuruq və hər birimizdə olan yaradıcı hədiyyəni göstərmirik? Nə üçün bizim həyatlarımızın çağırışlarına cavab verməkdən qaçırıq? Və nə üçün bizim çoxlarımız dahi olmaqdan qaçırıq? Bilirsiniz, mən hansı cavaba gəldim? Görünməyən menələr – işin hamısı bundadır. Nəyi nəzərdə tutduğumu izah etdim. Keçən həftə şəhər kənarına getmişdim – nəfəs almaq, təzələnmək, düşünmək üçün. Kiminsə yaşıllığı üzərində itsaxlayanlar məktəbinin yazısını gördüm. O, Görünməyən Maneədən danışırdı. Bu sistem itin keçə bilmədiyi görünməyən sərhədlər qoyurdu. İt tezliklə bunu mənimsəyir və hətta maneə yox olduqdan sonra da həddi keçmir. İtlər onların reallığını müəyyən edən təxəyyül edilən məhdudiyyət müəyyən edir. Biz onlardan fərqlənmirik. Böyüyərək biz ətraf aləmdən neqativ inamlar, yalan prinsiplər və əminliyi yox edən qorxular mənimsəyirik. Onlar bizim Görünməyən Maneələrimiz olur. Biz onların reallığına əminik. İşin gedişində (həyatda) onlara rast gələrək geri çəkilirik. Əminik ki, həqiqətən də sərhəd mövcuddur və öz təyinatımızdan, öz istedadımızdan və haqlı olaraq bizim olanlardan kənara qaçırıq. İllüziya inandırıcıdır. Amma bu, yalnız illüziyadır. Xahiş edirəm bunu yadda saxlayın.

Mən sizə təklif edirəm ki, Görünməyən Maneələrinizi şübhə altına alasınız. Onları dərk edin və müşahidə edin. Onlara çağırış edin. Və onlardan biri nə vaxtsa sizin qarşınızda dursa ondan uzağa qaçmayın, bütün gücünüzü və cəsarətinizi toplayaraq maneələrin içərisindən keçin. Əfsanəvi imkanlarla, sizin necə olmalı olan həyatınızla görüşə. Aradan qaldırmaq üçün üzbəüz getməliyik.

 

Mənbə: Робин Шарм. 100+1 идея для раскрытия вашего потенциала.

От монаха, который продал свой “Феррари”. Москва: Издательство АСТ, 2019, 224с.

2019-12-03   186