NKPI

Maraqlı Məlumatlar

Sizin həyatınızı dəyişəcək 125 qərar -39

“Bəli” VƏ YA “xeyr”?

Əgər siz o qədər işlə yüklənmişsiniz ki, narahatsınız, qıcıqlanırsınız və yuxunuz pozulub, ola bilər ki, siz çox adamın müsbət rəyini qazanmaq üçün həddən artıq çalışırsınız. Psixoloqlar hesab edir ki, bunun səbəbini uşaqlıq illərində axtarmaq lazımdır. Əgər valideynlər uşaqlara çox ciddi nəzarət edərlərsə və sevimli olduqlarını ancaq düzgün hərəkət edəndə bildirərlərsə, bu uşaqlar nə istədiklərini tam dərk edə bilməzlər və başqalarından təqdirləmə gözləyərlər. Özünü təkmilləşdirmə üzrə işlərin müəllifi Elizabet Xilts “toksiki nəzarət” adlanan (əsasən qadınlara xas olan) qarşıdurmadan qorxma səbəbindən əmələ gələn cəhəti qeyd edir. Belə adamlar işdə çox vaxt həmkarlarına “bəli” deyirlər və üzərlərinə çox məsuliyyət götürdüklərinə görə uğursuzluğa uğrayırlar.

Ən pis halda belə adamlar başqalarının istək və tələbləri ilə razılaşırlar, gücləri xaricində olduqda isə “partlayırlar”. Əlbəttə, başqalarının fikrini nəzərə almaq vacibdir, lakin özünə ziyan vermədən. Xilts hətta “daxili nəfsinizlə” əlaqə saxlamağı məsləhət görür. “Life Clubs” özünü inkişaf təşkilatının rəhbəri Nina Qrünfeld iki sütundan ibarət siyahı tutmağı məsləhət görür. Sol sütunu “bunlara “yox” deyirəm”, sağ sütunu “bunlara “hə” deyirəm” adlandırır. Bu, prioritetləri düzgün bölüşdürmək üçün yaxşı texnikadır. Bu, rəhbərinizin sizin işləmək istəmədiyinizi düşünməməsi üçün də faydalıdır: “Bağışlayın, mən iclasa gələ bilməyəcəm, lakin bugün axşama istədiyiniz hesabatı bitirə bilərəm”.

Cavab: “xeyr” demək (nəzakətlə).

Ekspert rəyi: “Özünüzü bunun normal olduğuna inandıra bilmisinizsə, gördüyünüz işdən məmnunluq dərəcəsi görmədiyiniz işdən xəbərdar olma dərəcəsinə bərabərdir” (Devid Allen. İşləri necə qaydasına qoymalı).

 

Mənbə: Хилли Джейнс. Латте или капучино? 125 решений которые могут изменит вашу жизнь./ Москва: Эксмо, 2015, 192 с.

2019-12-03   175