NKPI

Maraqlı Məlumatlar

Kimyadan maraqlı məsələlər (həlli ilə) - 30

Məsələ: Üç nömrələnmiş (№1, №2 və №3) sınaq şüşəsində litium karbonat, stronsium karbonat və stronsium karbonat ilə litium karbonatın qarışığı var. Bilinmir ki, hansı sınaq şüşəsində hansı maddə var. Gənc kimyaçı №1, №2 və №3 sınaq şüşəsindən eyni çəkidə nümunə götürüb. Onların hamısı tam parçalanana qədər közərdilib və hər bir halda ayrılan karbon qazının həcmi ölçülüb. Aydın olub ki, №1 sınaq şüşəsindən götürülən nümunə parçalandıqda alınan karbon qazının həcmi normal şəraitə hesablanmaqla №2-dən götürülən nümunədən ayrılan qazdan 1,5 dəfə, №3-dən götürülən nümunədən alınan qazdan 2 dəfə çoxdur.

1) Məsələdə qeyd olunan maddələrin formullarını yazın.

2) Təsvir olunan təcrübələrdə gedən reaksiyaların tənliklərini yazın.

3) №1, №2 və №3 sınaq şüşələrində hansı maddələrin olduğunu müəyyən edin.

4) Litium və stronsium karbonatın kütlə paylarını onların qarışığında müəyyən edin.

5) №3 sınaq şüşəsində olan maddənin 10,0 qramını tam parçaladıqda normal şəraitdə hesablanmaqla hansı həcmdə CO2 almaq olar (normal şəraitdə hesablanmaqla).

Cavab:

1) Məsələdə qeyd olunan maddələr:

Litium karbonat – Li2CO3;

Stronsium karbonat – SrCO3;

Karbon qazı – CO2

2) Analizin gedişində baş verən reaksiyalar:

Li2CO3 = Li2O + CO2;

SrCO3 = SrO + CO2

3) Hər bir karbonatın 1 molundan 1 mol CO2 əmələ gəlir.

Digər tərəfdən V(CO2) = n(CO2)∙Vm = n (karbonat)∙Vm = m(karbonat)/M(karbonat)∙Vm∙M(Li2CO3) = 73,8 q/mol; M(SrCO3) = 147,6 q/mol.

M(SrCO3) iki dəfə M(Li2CO3) – dən çox olduğundan onda SrCO3 – ün hansısa çəkidə nümunəsindən alınan V(CO2) eyni çəkidə Li2CO3-dən alınan karbon qazının həcmindən iki dəfə az olacaq.

Uyğun olaraq birmənalı nəticə çıxarmaq olar ki, 1-ci sınaq şüşəsində Li2CO3, 3-cü sınaq şüşəsində isə SrCO3. Onda 2-ci sınaq şüşəsində karbonatların qarışığı yerləşir.

4) İkinci sınaq şüşəsindən alınan karbon qazının həcmi Li2CO3-ün eyni çəkisindən alınan karbon qazının həcmindən 1,5 dəfə az olduğundan, Li2CO3-ün kütlə payını ω ilə işarə edərək yazmaq olar:

m/73,8 = 1,5∙(m∙ω/73,8 + m∙(1−ω)/147,6).

Bu tənlikdən çıxır ki, ωLi2CO3 = 0,333 və ya 33,3%

Onda ω(SrCO3) = (1−0,333) = 0,667 və ya 66,7%.

5) 3-cü sınaq şüşəsində SrCO3 yerləşir.

Onun 10,0 qramına 10,0/147,6 = 0,06775 mol CO2 uyğun gəlir.

Uyğun olaraq, onun tam parçalanması zamanı 0,06775 mol və ya 0,06775∙22,4 = 1,521 CO2 əməl gəlir.

2019-12-03   157